Bu gün hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə onlayn superturnir start götürür.
Pandemiya dövrünün ən nüfuzlu turnirində Maqnus Karlsenlə yanaşı, amerikalı şahmatçılar Fabiano Karuana, Hikaru Nakamura, fransalı Maksim Vaşe-Laqrav, çinli Liren Dinq, rusiyalı Yan Nepomnyaşi, Niderland təmsilçisi Aniş Giri və FIDE bayrağı altında çıxış edən Əlirza Firuzca mübarizə aparacaqlar.
Azsport.az saytı xəbər verir ki, bu gün ilk turda Karlsen – Nakamura və Firuzca - Liren qarşılaşırlar. İlk turun sabah keçiriləcək oyunlarında isə Karuana Nepomnyaşi ilə, Vaşye-Laqrav isə Giri ilə üz-üzə gələcək.
Qeyd edək ki, dairəvi sistemli ilk mərhələdə 4 rapid partiya (15 dəqiqə+10 saniyə) oynanılacaq və qalib 3 xal qazanacaq. Hesab bərabər olarsa qalibi “armaqedon" müəyyən edəcək. Bu halda qalib 2, məğlub 1 xal alır. Qrup mərhələsindən sonra ən yaxşə 4 şahmatçı yarımfinaldan mübarizəni davam etdirəcək.
|