Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Görüş yerini dəyişmək olmaz”
Tarix: 31.03.2020 | Saat: 16:37:00 | E-mail | Çapa göndər
Olimpiya və paralimpiya oyunlarının vaxtının dəyişilməsi barədə hələ fevral ayının ortalarında yaranmış söz-söhbətlər rəsmi təsdiqini tapıb. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Riçard Paund məsələyə aydınlığın may ayında gətiriləcəyini söyləsə də, Yaponiya hökuməti və MOK rəhbərliyi bu barədə daha tez razılığa gələ biliblər. “Tokio-2020”nin bayrağı nəzərdə tutulduğu kimi, bu il iyulun 23-də deyil, düz bir il sonra qaldırılacaq. Paralimpiya oyunları isə avqustun 24-dən start götürəcək.

Bu barədə qərar martın 24-də elan edilib. Məsələnin müzakirəsi zamanı müxtəlif təkliflər irəli sürülüb. Hətta olimpiadanın ləğv edilməsi və ya oyunların tamaşaçılarsız keçirilməsi fikirlərini ortaya atanlar da olub. Yaponiya bunlara qəti etiraz edib. Əlbəttə, təşkilatçıları başa düşmək olar. Axı ölkə hazırlıq tədbirlərinə 12 milyard ABŞ dolları sərf edib. Hazırlıq dövründə görülən işlər duyğuları diqqətə gətirəcək qədər heyrətamizdir. Tokio körfəzində yaradılan süni Xarumi adasında 13 hektar sahəni əhatə edən möhtəşəm Olimpiya kəndində ucaldılan 14-18 mərtəbəli 21 bina, onun ətrafında salınan olimpiya parkı, 1964-cü ildə Yaponiya paytaxtında keçirilən XVIII Yay Olimpiya oyunları üçün tikilən 60 minlik milli stadionun yerində 68 minlik tamaşaçı yeri olan yeni stadion və digər müxtəlif infrastruktur. Dünya şöhrətli memar qadın Zahi Hadidin hazırladığı ilkin layihəyə görə stadion 80 min nəfərlik olmalı idi. Amma ərəb mənşəli britaniyalı memarın layihəsinin icrası 2.2 milyard vəsait tələb edirdi. Tokionun hakimiyyət dairələrini kəskin tənqidlərə məruz qoyan bu layihə uzun mübahisələrdən sonra, məqbul sayılmadı. İkinci layihəni yaponiyalı Kenqo Kuma hazırladı və 1.2 milyardlıq layihə daha münasib hesab edildi. Əlbəttə, belə maliyyə məsrəfindən sonra, Oyunların ləğv edilməsi və ya başqa bir ölkəyə keçirilməsi praktiki olaraq, mümkün deyildi. Digər tərəfdən qısa müddət ərzində belə ağır hazırlıq qayğılarını öz üzərinə götürə biləcək ölkə tapılacaqmı? Deməli, görüş yerini dəyişmək olmazdı.

İndiyə kimi olimpiya oyunları ancaq Birinci və İkinci dünya müharibələri zamanı 1916, 1940 və 1944 cü illərdə ləğv edilib. Epidemiya səbəbindən isə oyunlar nə ləğv edilib, nə də təxirə salınaraq, vaxtı dəyişilməyib. Ümumiyyətlə olimpiya hərəkatı 124 illik ömründə xeyli sayda müxtəlif hadisələr, münaqişələr, baykotlar, təxribatlar, terror aktları, diskvalifikasiyalar yaşayıb. Hətta bu hadisələrin 10 ən məşhurlarının siyahısı da var. Bu siyahıda olimpiya medalından imtina etmə, medaldan mərhum olunma, saxta bilet biznesi, idman qurğularındakı partlayışlar, hakim qalmaqalları yer alıb.

Olimpiadanın bir il təxirə salınmasını MOK prezidenti Tomas Bax belə qiymətləndirib: “İnsanlıq hazırda qara bir tunelin içərisindədir. Olimpiada bu tunelin sonunda xəfif bir işıq olacaq”.

Əksər milli olimpiya komitələri Oyunların vaxtının dəyişilməsi faktını razılıqla qarşılayıblar. Bu, ilk növbədə insanların, idmançıların sağlamlığının qorunması naminə atılan mühüm addımdır.

Ə.Fərəcov


Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 769 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
25.10.2021 Yaponiya jurnalı Azərbaycan idmançılarının Tokio Olimpiadasında uğurlu çıxışlarına həsr olunan məqalə yayıb
08.09.2021 Tokio Yay Olimpiya və Paralimpiya oyunları zamanı komandaların üzvlərindən 863 nəfər koronavirusa yoluxub
07.09.2021 “Tokio-2020”də uğurla çıxış edən milli Paralimpiya komandamızın üzvlərinin sonuncu qrupu Vətənə qayıdıb
06.09.2021 Paralimpiyaçılarımızın triumfu: İdmançılarımız Azərbaycanın milli Paralimpiya tarixində qızıl səhifə yazdılar
05.09.2021 “Tokio-2020” XVI Yay Paralimpiya Oyunları təntənəli bağlanış mərasimi ilə başa çatıb
05.09.2021 İlqar Rəhimov: Azərbaycan paralimpiyaçıları Tokio Oyunlarını görünməmiş, möhtəşəm qələbələrlə başa vurdular
04.09.2021 Birinci vitse-prezident Mehriban Əliyeva Yay Paralimpiya Oyunlarında uğur qazanan idmançılarımızı təbrik edib
04.09.2021 Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında növbəti qızıl medallar qazanan idmançılarımızı təbrik edib
04.09.2021 Azərbaycan Tokio Paralimpiadasını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub
04.09.2021 Azərbaycan Tokio Paralimpiadasında 13-cü qızıl medalını qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru