Futzal üzrə Azərbaycan kuboku yarışlarının 1/8 final mərhələsinin ilk oyunlarının cədvəli açıqlanıb.
Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, görüşlər martın 11-12-də “Olimpik Star”da keçiriləcək.
Martın 11-də “Premier”–“Red Line”, “Marafon”–“Atletiko Baku”, “Araz”–“Baker Tilly”, “Advokat”–“Star kargo-2”, ertəsi gün isə “Neftçi”–“Badamlı”, EKOL–“Standard”, “Nəqşicahan”–“Baku Fans” və “Hövsan”–“Yurd” oyunları keçiriləcək.
|