Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
01/04 | 21:11 Teymur Rəcəbov FIDE-nin yeni reytinq siyahısında ilk onluqdakı mövqeyini qoruyub
01/04 | 20:01 Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru WADA-nın struktur orqanına üzv seçilib
01/04 | 19:17 “Bu bütün dünyanın qlobal problemi olduğuna görə, alınan qərarlarla razılaşmalıyıq”
01/04 | 17:00 UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunları növbəti dəfə təxirə salınıb
01/04 | 16:09 Macarıstanda 9 idmançı koronavirusa yoluxub
01/04 | 15:07 “Tokio-2020” Yay Olimpiya Oyunlarının olimpiya məşəli Fukusimada ictimaiyyətə təqdim olunub
01/04 | 14:10 Azərbaycan Voleybol Federasiyası milli komandada və klublarda çıxış edən oyunçuları xüsusi diqqətdə saxlayır
01/04 | 13:34 Sabiq dünya çempionu koronavirusa görə karyerasını bitirmək niyyətindədir
01/04 | 12:23 Mattia Binotto : “Azərbaycan Qran-Prisi yanvarda keçirilə bilər”
01/04 | 11:53 Ümumdünya Antidopinq Agentliyi Beynəlxalq Taekvondo Federasiyası barədə qərarını dəyişib
01/04 | 09:01 Xaricdə çıxış edən Azərbaycan voleybolçuları özlərini yaxşı hiss edirlər
01/04 | 08:34 Super Formula yarışlarının yeni mövsümünə iyunda start veriləcək
31/03 | 22:37 Formula 1 üzrə Hindistan Qran-Prisinin keçirildiyi avtodrom karantin mərkəzi kimi istifadə olunur
31/03 | 20:37 “Görüş yerini dəyişmək olmaz”
31/03 | 17:09 UEFA yarımçıq dayandırılan çempionatların bərpası yollarını axtarır
31/03 | 14:44 Formula 1 komandaları bir illik müqavilə imzalamaq istəyir
31/03 | 13:08 Formula 1 pilotu COVID-19 virusu ilə mübarizə üzrə tədbirlərə qoşulub
31/03 | 12:32 Red Bull şirkətinin idman məsləhətçisi sürücülərə Covid-19 virusu yoluxdurmaq istəyib
31/03 | 11:46 UEFA quruma üzv olan 55 milli assosiasiyanın rəhbərləri ilə videokonfrans keçirəcək
31/03 | 10:00 Atletika üzrə dünya çempionatının vaxtı "Tokio-2020"yə görə dəyişdirilib
31/03 | 09:28 Aydın Süleymanlı: Dünyanın bir nömrəli şahmatçısı olmaq istəyirəm
30/03 | 22:06 Kirsan İlümjinov: Teymur vəziyyəti düzgün dəyərləndirdi
30/03 | 20:30 BŞGİBİ “Ağ top”la birgə onlayn turnir keçirib
30/03 | 18:36 UEFA-nın növbəti videomüşavirəsinin vaxtı müəyyənləşib
30/03 | 17:21 “Mercedes” komandasından koronavirus xəstələrinə dəstək
30/03 | 16:15 Amerika Milli Basketbol Assosiasiyası koronavirusdan sağalmış oyunçulardan digər pasiyentlərin müalicəsi üçün qan vermələrini xahiş edir
30/03 | 15:43 Tomas Bax: “Tokio-2020” Olimpiadasına lisenziya qazanmış idmançılar 2021-ci il Oyunlarında iştirak edə bilərlər
30/03 | 15:13 Tokio olimpiadasının yeni tarix bəlli olub
30/03 | 14:26 Həbib Nurməhəmmədovla Toni Fergüsonun döyüşü təxirə salınıb
30/03 | 13:19 "Yuta Caz" və "Detroyt"un basketbolçuları koronavirusa qalib gəliblər
30/03 | 12:50 UEFA avrokubok mövsümünü avqustda yekunlaşdırmağı planlaşdırır
30/03 | 10:04 "Dreyer & Reinbold"un pilotu Seyc Karam "IndyCar iRacing Challenge"in birinci mərhələsinin qalibi olub
30/03 | 09:28 Nazim Babayev: Peşəkar məşq etmək artıq qeyri-mümkündür
30/03 | 09:00 Vüqar Həşimovun qardaşı Avropa Şahmat Birliyində rəhbər vəzifəyə təyin olunub
30/03 | 08:30 Futzal üzrə "Avro-2022"nin püşkatma mərasimi təxirə salınıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına yekun vurulub
Tarix: 16.02.2020 | Saat: 17:48:00 | E-mail | Çapa göndər
Fevralın 16-da Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına yekun vurulub.

Mötəbər turnirin sonuncu günündə təsnifat yarışlarında uğurlar çıxış edən gimnastlar medallar uğrunda mübarizə aparıblar.

Əvvəlcə qadın və kişi batutçuların fərdi yarışlarında qaliblərin adına aydınlıq gəlib. Qadınların yarışında ilk iki yeri Çin idmançıları tutublar. Belə ki, Xueyinq Cu 55,810 xalla qızıl medal qazanıb. Komanda yoldaşı Linqlinq Liu isə 54,945 xalla ikinci olub. İlk üçlüyü 54,585 xalla Kanada təmsilçisi Samanta Smit tamamlayıb. Kişilərin mübarizəsində “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, çinli Qao Ley birinci olub. Final mərhələsində çıxışına görə, hakimlərdən 61,585 xal alan Q.Ley bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ötən il Yaponiyada təşkil olunan dünya çempionatının mükafatçısı, belaruslu İvan Litvinoviç 61,360 xalla gümüş medala sahib olub. Digər çinli idmançı, “London-2012” Yay Olimpiya Oyunlarının qalibi Dun Dun isə 60,260 xalla yarışı üçüncü pillədə başa vurub.

Sonra kişi və qadın tamblinqçilər öz aralarında ən güclüləri müəyyənləşdiriblər. ABŞ idmançısı Kaden Braun 75,400 xalla kişilər arasında dünya kuboku yarışlarının qalibi olub.

Avstraliyalı Etan Makquinness 73,600 xalla yarışı ikinci, Rusiya təmsilçisi Aleksandr Lisitsin isə 72,700 xalla üçüncü pillədə başa vurub. Azərbaycan idmançısı Fərid Mustafayev isə 57,600 xalla böyüklər arasında ilk dəfə çıxış etdiyi yarışda səkkizinci pillədə qərarlaşıb. Qadın idmançıların yarışında isə ilk iki yeri Rusiya təmsilçiləri tutublar.

Dünya çempionu Viktoriya Danilenko 66,600 xalla birinci, İrina Siliçeva isə 64,800 xalla ikinci olub. ABŞ gimnastı Tia Teylor isə 64,300 xalla bürünc medal qazanıb.

Dünya kubokuna batut gimnastikası üzrə kişi və qadın sinxron cütlüklərin final yarışı ilə yekun vurulub. Yana Lebedeva və İrina Kundiusdan ibarət Rusiya komandası 48,530 xalla bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ukraynalı qadın batutçular Marina Kyiko və Svetlana Malkovadan ibarət cütlük 48,430 xalla gümüş medala sahib olub. ABŞ-ı təmsil edən Nikola Eşinger və Cessika Stevens 48,010 xalla yarışı üçüncü pillədə başa vurublar. Kişi batutçuların yarışında Belarusu təmsil edən “Rio-2016” Yay Olimpiya Oyunlarının çempionu Vladislav Qançarov və Oleq Ryabtsev 52,720 xalla qızıl medala sahib olublar. Piyer Guzu və Mikael Vivianidən ibarət Fransa komandası 51,310 xalla yarışda ikinci pillədə qərarlaşıb. İlk üçlüyü qazaxıstanlı batutçular Pirməmməd Əliyev və Daniel Mussabayev 50,780 xalla tamamlayıblar. Belaruslu batutçu V.Qançarov 2015-ci ildə Bakıda təşkil olunan birinci Avropa Oyunlarında həm fərdi, həmdə sinxron proqramda gümüş medal qazanıb. Gimnast ötən il Minskdə keçirilən ikinci Avropa Oyunlarının fərdi yarışlarında isə qalib gəlib.

Sonra turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunub. Kişi və qadın batutçuların fərdi yarışlarında belaruslu V.Qançarov və çinli Xueyinq Cu, tamblinqdə isə ABŞ təmsilçisi Hop Bravo və Rusiya gimnastı Maksim Riabikov fərqləniblər.

“Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 30 ölkədən 150 gimnast birincilik uğrunda mübarizə aparıb.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə dünya kuboku da Olimpiadaya təsnifat xarakteri daşıyırdı. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib. Gələn il Azərbaycanda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı keçiriləcək.
Xəbər 223 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
01.04.2020 “Bu bütün dünyanın qlobal problemi olduğuna görə, alınan qərarlarla razılaşmalıyıq”
29.03.2020 FIG koronavirus pandemiyası səbəbindən Namibiyadakı iclaslarını təxirə salıb
28.03.2020 AGF 15 dəqiqəlik səhər gimnastikası layihəsinə start verib
27.03.2020 Azərbaycan Gimnastika Federasiyası da Koronovirusla Mübarizə Fonduna vəsait ayırır
24.03.2020 Bakıda keçirilməsi nəzərdə tutulan aerobika gimnastikası üzrə dünya çempionatı təxirə salınıb
17.03.2020 Bakı idman gimnastikası üzrə dünya kubokunu qəbul edib
14.03.2020 Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir ləğv olunub
13.03.2020 İdman gimnastikası üzrə dünya kubokunun ikinci gününə yekun vurulub
13.03.2020 Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir
12.03.2020 Azərbaycan gimnastı Marina Nekrasova dünya kuboku yarışlarının finalına yüksəlib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Bu oyunda kim uduzdu, kim uddu?
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru