Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Avropa çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə komandamız Vətənə qayıdıb
Tarix: 14.02.2020 | Saat: 08:52:00 | E-mail | Çapa göndər
İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə yığma komandamız fevralın 14-də Vətənə qayıdıb.

İki qızıl, dörd bürünc medalla tarixinin ən məhsuldar qitə birinciliyini keçirən və komanda hesabında ikinci yeri tutan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Aeraportunda Azərbaycan Güləş Federasiyasının rəhbər şəxsləri, məşqçilər, güləşçilər, pəhləvanlarımızın yaxınları, azarkeşlər və media nümayəndələri qarşılayıblar.

Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov komandamızın tarixi uğurundan danışaraq deyib: “Güləşçilərimizin çıxışından çox razıyam. Xüsusən də gənc Sənan Süleymanov ilə tanınmış güləşçimiz Rafiq Hüseynovun çıxışlarını qeyd etmək istərdim. Belə yüksək diqqətə görə federasiyamız adından bütün idman ictimaiyyətinə minnətdarlığımı bildirirəm. Azərbaycan prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbriklərinə görə təşəkkür edirəm. Bu, hamımızı çox sevindirdi. Hesab edirəm ki, bu, idmançılarımızın qələbəsinə verilən ən yüksək qiymətdir. Güləşçiləri qarşıladığınıza və verdiyiniz dəstəyə görə hamınıza federasiyamızın rəhbəri Namiq Əliyev adından minnətdarlığımı bildirirəm.

Bundan sonra yığmamızı iki lisenziya turniri gözləyir. Bu yarışlara hazırlığımızı davam etdirəcəyik. Təbii ki, medalsız qalan güləşçilər səhvlərindən nəticə çıxaracaqlar. Çalışacağıq ki, Tokio Olimpiadasına nəzərdə tutulan lisenziyaları əldə edək”.

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandamızın baş məşqçisi Aleksandr Tarakanov deyib: “Komandanın çıxışından çox razı qaldım. Fikrimcə, Avropa çempionatında 2 qızıl və 4 bürünc medal qazanmaq çox yaxşı nəticədir. Nəzərə alaq ki, bizim üçün əsas lisenziya turnirləri sayılır. Çünki Olimpiadaya bacardığımız qədər çox vəsiqə əldə etməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik. Fürsətdən istifadə edib Azərbaycan Güləş Federasiyasının rəhbəri Namiq Əliyevə dərin minnətdarlığımı bildirirəm. Çünki o komandanın bütün ehtiyaclarının qarşılanması və yüksək səviyyədə təlim-məşq toplanışlarının təşkili üçün əlindən gələni əsirgəmir. Yaradılan şəraitdən istifadə edərək etimadı tam doğrultmağa çalışacağıq”.

Daha sonra Avropa çempionları jurnalistlərin suallarını cavablandırıblar. İlk dəfə qatıldığı Avropa çempionatında 77 kiloqram çəki dərəcəsində uğurlu çıxış edərək qızıl medala sahib olan Sənan Süleymanov təəssüratlarını bölüşərək deyib:

“Bu çəki dərəcəsində ilk dəfə çıxış edirdim. Çempion olmaq çox gözəl hissdir. Birinci görüşdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəldim. Yarımfinalda da rəqibim erməni idi. Onu da məğlub etməyi bacardım. Əlbəttə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın komandamızı təbrik etməsi bizi daha da həvəsləndirir və gələcək yarışlar ərəfəsində yeni qələbələrə ruhlandırır. Bu təbrikləri görəndə qürur hissi keçirdim. Ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğı göz önündədir. Bu uğurumun davamını dünya çempionatında və Olimpiadada da gətirməyə çalışacağam”.

Doqquz illik fasilədən sonra ikinci dəfə Avropa çempionu olan Rafiq Hüseynov isə bildirib: “Təbriklərə görə təşəkkür edirəm. Həm ikinci dəfə Avropa çempionu olduğum üçün, həm də komanda yoldaşlarımın uğuruna görə çox sevinirəm. Artıq millimizdə güclü gənc güləşçilər var. Hər idmançı yarışa çempion olmaq üçün gedir. Böyüklərdə ilk nəticəm olduğu üçün birinci çempionluq daha şirin idi. Amma eyni nəticəni doqquz ildən sonra təkrarlamağın da dəyəri başqadır. Hər titulun öz yeri var. Bundan sonra lisenziya xarakterli yarışlara hazırlaşacağıq. Məşqçilərin qoyduqları plan üzrə hərəkət edəcəyik. Ondan sonra da hədəfimiz Olimpiadadır”.

Xatırladaq ki, Avropa çempionatında Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Millimiz 116 xalla komanda hesabında ikinci yeri tutub.
Xəbər 866 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.04.2024 Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb
07.04.2024 Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
14.03.2024 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
16.02.2024 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb
15.02.2024 Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
15.02.2024 Avropa çempionatında ikinci yeri tutan Azərbaycan güləşçiləri Vətənə dönüblər
15.02.2024 Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb
14.02.2024 Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında ikinci yeri tutub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru