Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
09/04 | 23:16 Şahmatçımıza filippindən dəvət gəlib
09/04 | 22:26 Rauf Məmmədov ikinci onlayn seansı da başa vurdu
09/04 | 20:41 Stend atıcılığı üzrə dünya çempionatı təxirə salınıb
09/04 | 20:00 Azərbaycan voleybolçusu Marqarita Əzizova karantindən evə buraxılıb
09/04 | 19:53 Ross Braun: Formula 1 mövsümünün Avropada başlaması daha münasibdir
09/04 | 19:29 AMADA Beynəlxalq Təmiz İdman Gününə həsr olunmuş kampaniyaya başlayıb
09/04 | 18:47 "2020-ci ilin Formula 1 mövsümü cari təqvim ili ərzində keçiriləcək"
09/04 | 17:00 Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində mövqeyini qoruyub
09/04 | 16:51 AİJF idman mediası üçün Hökumətə müraciət etdi
09/04 | 16:02 UEFA Avropa çempionatının təqvimini müzakirə edəcək
09/04 | 15:16 Uşaq paralimpiyaçılara dəstək üçün “Valideyn klubu” yaradıldı
09/04 | 14:34 Bakıda keçirilməsi planlaşdırılan stend və güllə atıcılığı üzrə dünya kuboku yarışları ləğv olunub
09/04 | 13:24 Beynəlxalq şahmat yarışları bir il müddətinə təxirə salına bilər
09/04 | 09:05 “Karantin vəziyyəti idmançılar üçün daha çətindir”
09/04 | 08:16 “MotoGP” üzrə İtaliya və Kataloniya Qran-Priləri təxirə salınıb
08/04 | 21:07 Rauf Məmmədovun ilk onlayn seansı başa çatdı
08/04 | 16:42 Kişi voleybolçulardan ibarət millimiz reytinq cədvəlində mövqeyini qoruyub
08/04 | 16:04 Nüfuz və milyardların itirilməsi
08/04 | 15:51 Yaponiyada Olimpiya alovunun açıq nümayişi koronavirusa görə dayandırılıacaq
08/04 | 15:11 Tokio Olimpiya Oyunları üçün təsnifat dövrü 2021-ci il iyunun 29-da başa çatacaq
08/04 | 14:09 Stend və güllə atıcılığı üzrə Dünya Kuboku ləğv olunub
08/04 | 11:37 İdman dünyasının koronavirus STATİSTİKAsı
08/04 | 07:01 Formula 1 Kanada Qran-prisi təxirə salınıb
07/04 | 21:33 İspaniya Tennis Federasiyası yay turniri keçirməyi planlaşdırır
07/04 | 17:41 “Tokio-2020” Yay Olimpiya Oyunlarının olimpiya məşəli sərgidən çıxarılır
07/04 | 15:05 İki sərbəst güləşçimiz Olimpiya reytinq siyahısında ilk onluqda qərarlaşıb
07/04 | 13:29 Formula 1 Azərbaycan Qran-Prisi oktyabrda keçirilə bilər
07/04 | 12:09 Formula 1 mövsümü tamaşaçısız başlaya bilər
07/04 | 11:44 Sürətli şahmat üzrə onlayn respublika birinciliyinin qalibləri müəyyənləşib
07/04 | 10:02 “Williams” və “Racing Point” komandaları müvəqqəti olaraq fəaliyyətini dayandırıb
06/04 | 17:28 İdman mövzulu əsginaslar
06/04 | 15:10 Qadın voleybolçulardan ibarət Azərbaycan millisi reytinq cədvəlində irəliləyib
06/04 | 14:55 UFC: Həbib Nurməhəmmədov UFC 249 turnirində iştirak etməyəcək
06/04 | 14:18 BŞGİBİ "İdea" şahmat klubu ilə birgə onlayn turnir keçirəcək
06/04 | 13:05 Rusiya Formula 1 Qran-Prisinə hazırlaşır
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Taekvondo üzrə Azərbaycan yığmasının cari ildə qatılacağı növbəti beynəlxalq yarışlar müəyyənləşib
Tarix: 13.02.2020 | Saat: 16:08:00 | E-mail | Çapa göndər
Bu il fevralın əvvəlində böyüklərdən ibarət taekvondo üzrə Azərbaycan yığma komandası İstanbulda təşkil edilmiş açıq Türkiyə çempionatından yaxşı nəticə ilə qayıdıb. Həmin turnirdə yığmamız 16 taekvondoçu ilə təmsil olunub. 2020-ci ilin ilk yarışı olan açıq çempionatda milli komandamız üç qızıl və üç bürünc olmaqla altı medal qazanıb. Yarışda idmançılarımızdan Cavad Ağayev (68 kq), Milad Beigi Hərçəqani (80 kq) və qadın taekvondoçumuz Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Məhəmməd Məmmədov (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (87 kq-dan yuxarı) isə bürünc medalla kifayətlənməli olublar. İki idmançımız, o cümlədən Ayxan Tağızadə və Qaşım Maqomedov medal qazanmaq uğrunda döyüşdə son saniyələrdə rəqiblərinə məğlub olublar. Buna baxmayaraq hesab edirəm ki, bu birinci yarış üçün qənaətbəxş nəticədir.

Bu barədə Azərbaycanın qadın taekvondoçulardan ibarət yığma komandasının baş məşqçisi, Əməkdar məşqçi Elnur Amanov müsahibəsində deyib.

Gələcəkdə təşkil ediləcək beynəlxalq yarışlara hazırlıqla bağlı məlumat verən E.Amanov bildirib ki, böyüklərdən ibarət millimiz fevralın 18-22-də İsveçdə beynəlxalq turnirlərə qatılacaq. İsveçdəki yarışa 6-sı qız, 16-sı oğlan olmaqla 22 idmançı aparacağıq. Fevralın 16-da İsveçə yola düşməyi planlaşdırırıq. Orada iki yarış olacaq. Əvvəlcə fevralın 18-də Avropa regionunda keçirilən “Prezident Kuboku” turniri təşkil ediləcək. Fevralın 22-də isə açıq İsveç çempionatı keçiriləcək. Həmin yarışlar başa çatandan iki həftə sonra isə Niderlanda yola düşəcəyik. Martın 7-də orada idmançılarımızı bir daha sınayacaq və eləcə də təlim-məşq toplanışları keçirəcəyik. Niderlanddan sonra martında 14-də Belçikada daha bir turnirdə iştirak edib ölkəyə medallarla qayıtmaq istəyirik.

“Bundan başqa, mayda Xorvatiyada Avropa çempionatı təşkil ediləcək. “Tokio-2020”yə vəsiqə verən sonuncu turnir apreldə keçiriləcəyi üçün maydakı qitə birinciliyi lisenziya xarakteri daşımayacaq. Buna baxmayaraq həmin mötəbər yarışa da komandamızın güclü və hazırlıqlı idmançılarını aparacağıq”, - deyə baş məşqçi qeyd edib.

Əməkdar məşqçi diqqətə çatdırıb ki, ümumiyyətlə, yığma komandamızın üzvlərinin çoxsaylı turnirlərə qatılmasının məqsədi onların reytinqini yüksəltmək və Olimpiadada daha çox idmançı ilə iştirak etməkdir.

AZƏRTAC
Xəbər 226 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.03.2020 Respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin və klublarının məşqləri dayandırılır
08.03.2020 Taekvondo üzrə Azərbaycan yığması Niderlandda keçirilən beynəlxalq turnirdə yeddi medal qazanıb
02.03.2020 Taekvondo üzrə açıq Bakı birinciliyində ilk üç pilləni tutan komandalar müəyyənləşib
28.02.2020 Taekvondo üzrə açıq Bakı birinciliyinə start verilib
23.02.2020 Taekvondoçularımız İsveçdə beynəlxalq yarışda 6 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar
22.02.2020 Həmyerlimiz İsveçdə ən yaxşı taekvondo hakimi adına layiq görülüb
21.02.2020 Taekvondoçularımız İsveçdə dörd medal qazanıblar
17.02.2020 Taekvondo üzrə açıq Ağcabədi turnirinin qalibləri müəyyənləşib
04.02.2020 Taekvondoçularımız İstanbulda keçirilən beynəlxalq turnirdə üç qızıl medal qazanıblar
28.01.2020 Sumqayıtda ilk təqdimat xarakterli tədbir keçirilib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
İdman mövzulu əsginaslar
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru