Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
17/02 | 20:29 “AZE Nakhcivan-Köln” futbol klubu Almaniyada rəsmən fəaliyyətə başlayıb
17/02 | 19:17 Stolüstü tennisçilərimiz Latviyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər
17/02 | 18:59 Azərbaycanın gənc qılıncoynadanları İsveçrədə dünya kubokunun mərhələ yarışında iştirak ediblər
17/02 | 18:42 Muay-tay üzrə XII Azərbaycan çempionatına yekun vurulub
17/02 | 18:01 UEFA Çempionlar Liqası üçün yeni mükafat təsis edib
17/02 | 17:48 Parapauerliftinqçilərimiz “Tokio-2020”yə reytinq xalları qazandıran turnirdə iştirak edirlər
17/02 | 17:11 Sindo-ryu və pençak-silat üzrə Bakı turniri təşkil olunacaq
17/02 | 16:48 Mərkəzi Şahmat Klubunda keçirilən rapid turnirinin qalibləri müəyyənləşib
17/02 | 16:25 Taekvondo üzrə açıq Ağcabədi turnirinin qalibləri müəyyənləşib
17/02 | 16:09 Həndbolçularımız beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar
17/02 | 15:56 Millimiz Cəbəllütariq, Şotlandiya və Malta yığmaları ilə qarşılaşacaq
17/02 | 15:44 Bakıda kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” adlı beynəlxalq turnir keçiriləcək
17/02 | 15:09 Azərbaycan voleybolçusu Macarıstan kubokunun qalibi olub
17/02 | 14:50 Şahmatçımız Praqada beynəlxalq festivalda Rusiya təmsilçisi ilə mübarizə aparacaq
17/02 | 14:07 Yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
17/02 | 13:31 Kamandan oxatma üzrə paralimpiyaçılarımız 6-cı Fazza dünya reytinq turnirində iştirak edirlər
17/02 | 13:08 Savatçılarımız Tbilisidə beynəlxalq turnirdə 10 medal qazanıblar
17/02 | 12:47 Futbol üzrə 17 yaşadək qızlardan ibarət millimiz Bakıda təlim-məşq toplanışında iştirak edir
17/02 | 12:10 Futzal üzrə Yüksək Liqada XV turun oyunlarına hakim təyinatları açıqlanıb
17/02 | 11:59 Azərbaycanın U-21 komandasının Bakıda təlim-məşq toplanışı başlayıb
17/02 | 11:41 Azərbaycan karateçisi İrina Zaretska "Tokio 2020" Olimpiadasına vəsiqə qazanıb
17/02 | 11:22 “Tokio 2020” Olimpiadasının şüarı bəlli olub
17/02 | 11:02 Şahmatçımız “Caspian Cup” beynəlxalq festivalının liderlər qrupunda mübarizəni davam etdirir
17/02 | 10:44 Yeniyetmə cüdoçularımız Avropa kuboku turnirində 9 medal qazanıblar
17/02 | 10:23 “Qarabağ” klubundan növbəti rekord göstərici
17/02 | 10:14 Azərbaycan atleti İstanbul kuboku turnirində bürünc medal qazanıb
17/02 | 09:53 Azərbaycan güləşçiləri Avropa çempionatını 13 medalla başa vurublar
16/02 | 22:15 Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub
16/02 | 18:46 Rafael Ağayev Karate 1 Premyer Liqa turnirinin qızıl medalını qazanıb
16/02 | 17:48 Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına yekun vurulub
16/02 | 16:00 Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun təmsilçiləri güləş üzrə Avropa çempionatında dörd medal qazanıblar
16/02 | 15:48 İrina Zaretska Karate 1 Premyer Liqa turnirinin bürünc medalını qazanıb
16/02 | 15:39 Rusiya komandası batut gimnastikası üzrə qadın sinxron cütlüklərin yarışında qızıl medal qazanıb
16/02 | 15:02 ABŞ tamblinqçisi Kaden Braun dünya kuboku yarışlarında fərqlənib
16/02 | 14:59 Dünya kubokunda qadın tamblinqçilərin yarışında ilk iki yeri Rusiya təmsilçiləri tutublar
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 17 11 5 1 31-7 38
2 Neftçi 17 8 6 3 26-13 30
3 Keşlə 17 7 5 5 21-17 26
4 Sumqayıt 17 6 4 7 22-24 22
5 Zirə 17 5 5 7 21-30 20
6 Sabah 17 5 4 8 19-23 19
7 Səbail 17 5 3 9 14-26 18
8 Qəbələ 17 3 4 10 18-32 13
Bakıda AFFA-nın növbəti konfransı keçirilib
Tarix: 28.01.2020 | Saat: 18:39:00 | E-mail | Çapa göndər
Yanvarın 28-də Bakıda AFFA-nın növbəti konfransı keçirilib.

Konfransda AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimov, idman ictimaiyyətinin nümayəndələri, UEFA-nın və FIFA-nın əməkdaşları iştirak ediblər.

Əvvəlcə ölkə futbolundan bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edən A.Rəhimov idmana dövlət qayğısını xüsusi vurğulayaraq, futbolun hamı tərəfindən sevildiyini və ötən il UEFA Avropa Liqasının final matçının Bakıda yüksək səviyyədə keçirildiyini deyib. Nazir bildirib ki, bu il də Azərbaycan idmanı üçün əlamətdar olacaq. Ölkəmiz futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyununa ev sahibliyi edəcək. Ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin tərkib hissəsidir. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

A.Rəhimov AFFA-nın ölkədə futbolun kütləviliyinin təmin olunması istiqamətində gördüyü işləri xüsusi qeyd edərək, nazirliyin də bu işdə əlindən gələn dəstəyi verdiyini söyləyib.

Hesabat dövrünün beynəlxalq tədbirlərin təşkili baxımından əlamətdar olduğunu deyən AFFA-nın prezidenti R.Abdullayev mötəbər yarışlara fəal dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. UEFA Avropa Liqasının finalını izləmək üçün xaricdən 38 min nəfərin gəldiyini deyən AFFA prezidenti bu qarşılaşmanın son on ilin ən yaxşı final matçı kimi dəyərləndirildiyini diqqətə çatdırıb.

AFFA prezidenti deyib: “Şamaxıda yeni stadion tikiləcək. Artıq layihə də hazırdır və bu il işlərə başlanılacaq. Eyni zamanda, Gəncədə idman kompleksinin inşası nəzərdə tutulur. Sumqayıt şəhər stadionu yenidən qurulub. Hakimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində mühüm işlər görülür. Artıq ədalət təmsilçilərimiz digər ölkələrin çempionatlarının oyunlarını idarə edirlər”.

UEFA-nın milli assosiasiyaların inkişafı departamentinin rəisi Terri Favre və FIFA-nın üzv assosiasiyaları şöbəsinin Avropa regionu üzrə direktoru Emili Şav ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.

AFFA-nın könüllülərlə iş üzrə meneceri Yusif Vəliyev bu sahədə görülmüş işlərə dair hesabat məruzəsi ilə çıxış edib. O, ilk dəfə 2009-cu ildə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Uels yığmaları arasında oyunda 150, ötənilki Avropa Liqasının final matçında 3020 könüllünün xidmətindən istifadə olunduğunu söyləyib. Y.Vəliyev finaldakı iştirak sayının FIFA və UEFA tərəfindən rekord kimi qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, “Avro-2020”nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar 6797 könüllü qeydiyyatdan keçib.

Daha sonra ötənilki fəaliyyətə dair hesabat məruzəsi dinlənilib və seçkilər keçirilib.

R.Abdullayev uzunmüddətli əməkdaşlığa görə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardini mükafatlandırıb.

Sonra AFFA-nın prezidenti vəzifəsinə seçkilər keçirilib. Rövnəq Abdullayev növbəti dəfə dörd il müddətinə AFFA-nın prezidenti seçilib. O, 2008-ci ildən AFFA-nın prezidentidir. AFFA prezidentliyinə seçkilər dörd ildən bir keçirilir.

Həmçinin konfransda qurumun İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşib. Səsvermə nəticəsində İsgəndər Cavadov, Kazbek Tuayev, Elxan Məmmədov, Zaur Axundov, Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov, Fərid Mansurov, Firudin Qurbanov, Mahir Məmmədov, Elmar Məmmədyarov və Könül Mehdiyeva İcraiyyə Komitəsinə üzv seçiliblər.
Xəbər 62 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.02.2020 Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü
30.01.2020 Gənclər və İdman naziri Cəlilabadda vətəndaşları qəbul edib
29.01.2020 Azad Rəhimov AİJF İdarə Heyətinin üzvləri ilə görüşüb
29.01.2020 Bakıda basketbol üzrə NBA Azərbaycan Yeniyetmələr Liqasının təqdimatı keçirilib
28.01.2020 Azad Rəhimov: Bu il də Azərbaycan idmanı üçün əlamətdar olacaq
26.01.2020 Avro-2020 könüllüləri üçün xüsusi gecə təşkil olunub
27.12.2019 İlin ən yaxşı idmançıları mükafatlandırılıb
27.12.2019 Cari ildə Azərbaycan idmançıları 775 medal qazanıblar
13.12.2019 Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü
29.11.2019 Nazir Azad Rəhimov Baş Assambleyaların məhz Zirvə Toplantılarından öncə keçirilməsini təklif etdi


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru