Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan İdman Jurnalistləri Federasiyasının təqdimat mərasimi keçirilib
Tarix: 10.01.2020 | Saat: 11:43:00 | E-mail | Çapa göndər
Bu gün Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təqdimat mərasimi keçirilib.

Azsport.az saytı xəbər verir ki, Milli Olimpiya Komitəsində baş tutan tədbirdə federasiyanın rəhbəri Qabil Mehdiyev, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov iştirak ediblər.

Tədbirdə çıxış edən F.Mansurov idman mediasında ciddi problemlərin olduğunu qeyd edib: "Nazir Azad Rəhimov 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə idman jurnalistikasının durumundan narazılığını bildirmişdi. İdman mediasında uğurlar olmalıdır. Bu səbəbdən belə qərara alındı ki, yeni təşkilat yaradılsın. Düşünürəm ki, bu federasiya idman mediasının inkişafına öz layiqli töhfəsini verəcək".

A.Abiyev isə ölkə idmançılarının nailiyyətlərinin işıqlandırılmasında idman jurnalistlərinin böyük rola malik olduqlarını bildirib və yeni təşkilata uğurlar arzulayıb.

Federasiyanın rəhbəri Qabil Mehdiyev isə idman mediasındakı vəziyyəti düzəltmək üçün çalışacaqlarını vurğulayıb. O, bu qurumun yaradılmasında əsas məqsədlərdən birinin idman jurnalistlərinin sosial durumunun düzəldilməsi, onların iş fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Federasiyanın rəhbəri AİJF-nın rəsmi saytı və loqosunun da artıq hazır olduğunu bildirib: "Qurumun saytı Sportsmedia.az domeni ilə fəaliyyət göstərəcək. AİJF-nın rəsmi saytında yer alan “Mediadan seçmələr” bölməsində idman jurnalistlərinin maraqlı məqalələri əks olunacaq. İlin sonunda isə həmin jurnalistlərdən ən yaxşısı mükafatlandırılacaq. Mirpaşa Miriyev və Aqşin Kazımzadə mükafatları təsis ediləcək. İlk mükafat il ərzində jurnalistlərlə yaxşı işləyən idman xadimlərinə və ya federasiya nümayəndələrinə, ikinci isə ən yaxşı idman jurnalistinə təqdim olunacaq".

Qeyd edək ki, AİJF-nin İdarə Heyəti 9 nəfərdən ibarət olacaq. AİJF-nin İdarə heyətinin sədri “İdman” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qabil Mehdiyevdir. İdarə heyətinin üzvləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov, MOK-un İnformasiya və Nəşriyyat İdarəsinin rəhbəri Cəmaləddin Rəhmanov, Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman jurnalistikası magistr proqramının meneceri Ellada Mustafayeva, AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla, azerisport.com saytının baş redaktoru Vüqar Zeynalov, "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli, "Report" İnformasiya Agentliyinin İdman departamentinin redaktoru Elşən Məmmədov və ATV telekanalının İdman şöbəsinin redaktoru Sənan Şəfizadədir.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 947 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
02.07.2022 Azər Quliyev AİJ İctimai Birliyinin prezidenti seçilib
21.02.2022 İdman jurnalistləri arasında şahmat yarışı keçiriləcək
18.11.2021 İdman jurnalistləri ilə veteran futbolçular arasında yoldaşlıq görüşü keçirilib
14.11.2021 Media nümayəndələri arasında üzgüçülük turniri keçirilib
13.11.2021 Media nümayəndələri arasında üzgüçülük turniri keçiriləcək
03.11.2021 Media nümayəndələri arasında üzgüçülük turniri keçiriləcək
29.10.2021 Qabil Mehdiyev: AİJF-in məqsədi idmanı inkişaf etdirmək, ölkəmizin imicini dünyada möhkəmləndirməkdir
29.10.2021 Tbilisidə idman jurnalistləri arasında futbol turniri keçirilir
30.09.2021 Respublika stadionunun 70 illiyi münasibətilə yoldaşlıq görüşü keçirilib
29.09.2021 Jurnalistlər və futbol veteranları arasında yoldaşlıq görüşü keçiriləcək


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru