Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
29/03 | 14:43 Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlanıb
29/03 | 11:23 Azərbaycanın 4 gimnastı Dünya Kubokunda iştirak edəcək
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azarkeş stadiona niyə gəlmir
Tarix: 17.12.2019 | Saat: 13:00:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Niyə də gəlsin ki...

Futbolsuz meydana baxmağa?!"Qarabağ" futbol klubu builki Avropa macərasını bədbin notlarla başa vurdu. Buna qədər daim qarşısına favoritlər çıxan kollektiv bu dəfə bəlkə də hər bir ortababın arzuladığı bir qrupda yer almışdı. Belə anlarda, arzusuna çatanda isə bütün idman qəzəbini, hirsini ortaya qoyub, bir az da böyüməyə başladığı bir vaxtda, Azərbaycan azarkeşi bunun tam tərsini gördü.

"Qarabağ" belə bir şansı əldən verdi. Hələ və üstəlik, şansı ikiqat, üçqat artmışdı da. Çünki rəqiblərdən biri onu Çempionlar liqasından xaric edən idi. Həmin rəqibə məğlubiyyətin təsadüf olduğunu da göstərmək olardı, hirsi daha da böyüməli idi. Biri tərəfdən, artıq ikinci ildir yüksəlişdə olan daha birindən ehtiyatlanmaqla, ondan da həvəsli, üstün olduğunu şübhəsiz göstərməliydi. Amma fələk macal tapmamış, ulduzlaşmışlar meydanda deməli olduğunu, söz qəhrəmanlığı ilə dedi.

"Qarabağ" buna qədər deyə biləcəklərinin hamısını demişdi. Transferlərinə görə şübhəli vəziyyətdə olan, ardıcıl qazanılan qrup mərhələlərinə rəğmən böyümək istəməyən bir kollektivi nə dərəcədə təsəvvür etmək çətindirsə, Azərbaycan klublarının nümunəsində, bu dəfə bu klubları arxasınca aparmalı olan "Qarabağ"ın timsalında bunu müşahidə etmək lap asan oldu. Səbəb isə aydındır: komandalar arasında rəqabət yoxdur, deməli, bir iddia da yoxdur. Belə vəziyyətdə biznes struktur olmaq istəyi də yoxdur. Futbolu idarə edən qurum da buna şərait yaratmaq üçün bir vasitə, üsul tapa bilmir. Bir sözlə, dalana yetişmişik.

"Qarabağ"ın son oyunu ərəfəsində hər şey məlum idi. Son matç, sadəcə, prestij, özünə hörmət qarşılaşması olmalı, azarkeşlə görüşə, dəvətə çevrilməli idi. Arenaya azarkeşlərin çox gəlməyəcəyi aydın olsa belə, klub səhvlərini anlayıb, sanki ağızbaağız dolu arenadan sevənlərinə "qayıdın" sədası ilə səslənməli idi. Çünki incik düşmüş azarkeş qəlbini ovundurmaq o qədər də asan deyil. Üstəlik, qışın "soyuq qəlbi"nin öz nağılını diktə etməyə başladığı bir vaxtda, hələ bir gecənin çağlayan vaxtında azarkeşi stadiona aparan qüvvə böyüklüyü, əzəməti ilə seçilməlidir. Əminəm ki, həmin gecə Bakıya ən güclü klublardan biri də gəlsəydi, arena tam dolmayacaqdı. Bəlkə də azarkeşin hər zaman - şad gündə də, dar gündə də, sevimli komandasının yanında olması vacibdir. Lakin bunun üçün həmin komanda da dəstək verən azarkeşlərinə mənəvi zövq, qida, ümid vermək üçün hər şeyi ortaya qoymalıdır. Nəticə ilə olmasa belə, oyunla, sevgi ilə, əzmlə. Matç ərəfəsində isə buna cəhd də yox idisə, niyə azarkeş stadiona üz tutmalı idi? Elə tutmadı da.
5 minə yaxın azarkeşin timsalında "Qarabağ" bəlkə də arxasında bir ordunu hiss edib, dediymiz bu əzmi, sevgi və oyunu göstərsəydi, yəqin bu qədər danlaq obyekti olmazdı. Əgər meydana çıxarmağa həvəsli bir futbolçu yox idisə, meydanı yarışa sifariş edilmiş və ehtiyatda qalanlara vermək olardı ki, bəlkə onlarda bu sadaladıqlarımızı görmək ümidinə sığınaydıq.

Bəlkə bunu etsəydi, "Qarabağ" bu günə qədər ona dəstək vermiş azarkeşləri küsdürməzdi. Ümumən, yarışdan qopmuş və yarışda nəyəsə ümidi qalmasa da, "Qarabağ"ın hələ azarkeşinə mənəvi cavab borcu çoxdur. Ötən illərdə onun yanında olmuş, elə bu il də tək qoymayan azarkeşlər onun stimulu olmalıydı. Əvəzində, yerli səviyyədə belə nəinki ulduz, hətta ulduzcuq belə olmayanlara, özünü parlaq cism qismində görənlərə, hələ topu düz-əməlli qəbul edə bilməyib özünü as qismində görənlərə haqq qazandırmaq üçün "məyus idilər, sanki mövsüm onlar üçün bitmişdi" tipli və ya buna bənzər ifadələr, başqalarını demirəm, meydana gələn elə o 5-6 min nəfər üçün təhqir deyilmi?

Ayıbın sayğısızlıq həddini aşmaq heç bir kluba və onun rəsmisinə bu qədər yaraşmaz, məncə. Futbolsevərdən soruşmaq istəyirəm: "Siz üzrxahlıq eşitdinizmi?", yaxud "Bilirik ki, daha yüksək nəticəyə qadir idik. Ümidləri doğrultmadığımız üçün qınamayın" tipli bir açıqlama eşitdinizmi? Eşitmədik ki, daha sonra səsləndirəcəkləri və bəzilərinə haqq qazandırmağa çalışdıqları nağıllara da qulaq asaq. Məgər üzrxahlıq bu məqamda alicənablıq mesajı olmazdımı?

Yenə özünə haqq qazandırmaq istəyənlər sırasında, özünü qabağa verib səviyyə fərqindən, futbolda rəqabətsizlikdən danışanlar arasında bu ölkənin sayılıb-seçilən simalarının olması utancvericidir. Başqa sözlə, hələ boyunuzdan artıq tullanmadan alçaq dağların müəllifliyinə iddia etməyə başlamaq nə qədər doğrudur. Axı, həyatınızda ilk dəfə bir qış boyunca futbol oynamaq kimi böyük sevdanı nəyəsə dəyişdiyiniz bir vaxtda heç olmazsa, səssiz dayansaydınız, bəlkə də nəyəsə ümid olardı. Əvəzində sanki Madrid "Real"ı və ya başqa bir klubun üzvləri rolunda hədəfi qaçırıbmış kimi "məyus idilər, sanki mövsüm onlar üçün bitmişdi" tipli cümlələri qurmaq məncə asan deyil. Səbəbi də çox sadədir: onlar hətta bu halda kimin üçün meydana çıxdıqlarını anlayır, üzrxahlıq etmək zirvəsinə ucala bilirlər. Bunlar isə heç "araşdırıb, təhlil edəcəyik, nəticə çıxaracağıq" da deməyi özlərinə ar bilirlər elə bil. Aydındır, axı özlərini əvəzedilməzlərdən, azarkeşi isə möhtaclardan sanırlar.

Hələ sükançı, kapitan belə absurd ifadələr, cümlələr qurursa, deməli, bu ölkənin futbolu bərq vurur. Normalda iki-üç dəfə bir yarışda iştirak edən komanda, 3-4 demirəm, 5-6-cı dəfəni nəinki özü, hətta cürətlə bunu bütün Azərbaycan futbolu üçün uğur sayırsa, çox uzağa da getmək olmayacaq. Bunun da səbəbi budur: bir azacıq olsa belə, çəkinmək, utanmaq, ar etmək üçün əsas yoxdur. Fikirləşmir də ki, bunu o deyil, elə həmin azarkeş, bu futbolun tarixini yazan, statistikasını aparan, onun nəzəriyyəsini hazırlayanlar, bir sözlə, kənardan qiymət verənlər deməlidir. Meydanda top qovanın belə bir uğursuzluqdan sonra özünə və əməlinə tarixi qiymət verməsi absurddan başqa bir şey deyil.

Belə danışmağa haqları olduğunu düşünmək üçün onların darməqam əsas saydığı təməl var: onsuz da başa çatmaqda olan ilin qəhrəmanları sırasında özlərini görürlər və bilirlər ki, obyektivliyini itirmədiyini zənn edənlər onların adını çəkəcək: "kimi seçməlidirlər ki?!" düşüncə təfəkkürü qalib gəlir.

2019-cu ilə dönüb baxsaq, Avropa liqasının final oyununun gözəl təşkilatçılığı Azərbaycan futbolu üçün ülvi və tarixi bir məqam oldu. Amma meydanda nə milli, nə də klub səviyyəsində bir uğur gördük. Deməli, meydan qəhrəmanları olmayan bir ili başa vururuq.

Əminəm ki, hələ utanmadan bundan sonra oyunla heç bir cəhd göstərmədən stadionlara azarkeş səsləyəcəklər. İndi sizlərdən soruşmaq lazımdır: azarkeş və futbolsevər stadiona niyə gəlsin? - Futbolsuz, həvəssiz, cansız meydana, onun get-gedə örtüyü süniləşən örtüyünə baxmaq üçün?

Yəqin insanların futbolu arenadan niyə canlı izləmək istədiyini artıq bundan sonra klubların əvəzsizləşdirilmişlər, özlərini ulduz sayanlar, xəyalları səmalarda gəzişənlər, qazancı kifayət qədər çox olmaqla oyununa uyğun olmayan mükafatlar alanlar, bir matçla qəhrəmanlaşanlar, menecerlərinin köməyi ilə ərköyünləşənlər, amma öz üzərində işləmək, irəli atılmaq, həvəs göstərmək əvəzinə əyləncələrdən əskik olmayanlar indi düşünüb daşınsalar, bəlkə hansısa qənaətə gəldilər. Bəlkə nədənsə çəkindilər. Bəlkə özlərinə hörmət qoyub, hörmət qazanmağa başladılar. Bəlkə bundan sonra nəyəsə ümid verməyə əsas yaratdılar.

Yəqin indi müəyyən edə bilərlər ki, niyə vaxtilə çox qazanmayan futbolçular meydanda daha həvəsli görünürdülər. Əsla, bunun qazanca bağlılığı yoxdur. Sadəcə, mənəviyyatın daha böyük olduğu zamanların ictimai qınağından, tək bundan deyil, həm də adi azarkeşin sərt ifadəsindən, münasibətindən ar edir, çəkinirdilər. Məgər onlar bilmir və demirdilər ki, səviyyə fərqi var. Amma dilləri bu qədər bəzək-düzəkli sözlərlə dolmurdu. Səviyyə fərqini isə utanaraq dilə gətirirdilər. Onlar bir oyunluq böyük sensasiyalara imza atanda belə, sevincləri daha səmimi görünür, həmin gecənin ulduzu kimi, o gecənin bir həqiqət sabahının da yetişəcəyini bilir və başdan yuxarı tullanmır, böyük danışmırdılar. İndi isə uğursuzluğa da don geyindirmək dəbə minib.

Hə, son söz əvəzinə də bunu deyək: arada üzrxahlığın hələ ən böyük nəciblik olduğunu unutmayın, hazarat, meydanınıza dönün topunuzu qovun!

BATI YAR

Xəbər 1064 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru