Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Ümidi, inamı qaytaran “Qarabağ
Tarix: 08.10.2019 | Saat: 07:52:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Düşmən məkrinə ən təsirli cavab cılızlığını şüara çevirməkdir


Nəhayət, gözlədiyimiz məqam, an yetişdi. "Qarabağ" Avropa liqasının budəfəki qrup mərhələsində uğura doğru ilk ciddi addımını atdı.

Lüksemburq səfərində elə ilk dəqiqələrdən komandanın matça ciddi kökləndiyi aşkar hiss olunurdu. Yəqin təmsilçimiz rəqibin bu həddə qədər gəlib çatmasından, üstəlik, prinsipial rəqiblərindən birini səfərdə məğlub etməsindən dərsini götürmüşdü. Açığı, rəqib də heç özündə deyildi. Bunaqədərki matçlarından fərqli olaraq, həyəcan fonunda özünü itirmişdi. Görünən o idi ki, "Qarabağ"ın irəli atılacağını gözləyir və əks hücumlara bel bağlamışdı. Düzgün seçilməyən bu tərz, taktiki üslub onlara baha başa gəldi. Əslində, qınamıram, başqa yolları da yox idi.

APOEL-lə ilk qarşılaşmasından fərqli yanaşma tətbiq etməyə nə fiziki, nə də taktiki imkanı olmayan ev sahibinin özünü itirməsi, "Qarabağ"dan çəkinməyə başlaması normal futbol qanunudur. Əslində, rəqib "Qarabağ"ın favoritizmə meyilli olmayacağını əvvəldən bilirdi. Çünki Avropa arenasında Azərbaycan çempionu, bəzi mütləq favoritlər istisna olunmaqla, heç bir rəqiblə, hətta bu, mütləq və aşkar görünəndə belə, açıq oyun tərzinə üstünlük verməyib. Meydanı qonaq komandaya təhvil verməyə hazır olan lüksemburqlular bütün matçboyu başqa plan tərzinə hazır olmadıqlarını, imkanlarının məhdudluğunu nümayiş etdirdilər. Beləcə, aramla, asta-asta istədiyi tempi artıran Ağdam təmsilçisi bundan vurduğu 4 fərqli qola yetərincə faydalandı. Amma ehtiyatı əldən verməyin də cəzasını qapısından çıxarmalı olduğu topla aldı.

Əlbəttə, görüşdə həlledici məqam heç də idman mübarizəsi ilə bağlı olmadı. Söz yox ki, şərhimizi elə bununla başlaya bilərdik. Lakin idman meydanında ən əvvəl məhz idman mübarizəsindən yazmaq lazımdır.

"Dığanın dron dığı"ndan çox deyilib də, yazılıb da. Məncə, indi nəticə və münasibət əsas mövzu olmalıdır. Bu hadisəyə "oldu, keçdi, getdi" demək olmaz. Özünü Azərbaycana düşmən elan etmiş və torpaq iddiası ilə əzəli-əbədi və məncə, islah olunmayacaq xislətini ortaya qoyan bir mərəzə "yetər" demək zamanıdır.

Nə qədər kiçik, əhəmiyyətsiz görünsə belə, tarixin hər anı unudulmamalı və unutdurulmamalıdır. Vaxtilə boynubükükcəsinə sığındığı, daha sonra özünə tapdığı güclü arxa-dayağının məkrli niyyətinin dəstəyi ilə torpaqlarına məskunlaşdığı və indi isə kök salıb həyasızcasına qənim kəsildiyi bir xalqa qarşı ortaya qoyulan xəyanətlərə layiqli cavablar verilməlidir. Çünki "it hürər, karvan keçər" prinsipi ilə bir gün hürən it, o biri gün köpək kimi cəsarətlənib dişləyər, daha sonra canavar xislətini yada salıb, gəmirər və əslində, gəmirmək istəyir, amma ötən əsrlərin nümunəsindən fərqli bu dəfə gözləmədiyi inadı görüb, daşı qaya kimi möhkəm qətiyyətə rast gəlib. Bu günlərdə həyasıza yerini göstərən "Qarabağ tarixən, əzəli Azərbaycan torpağıdır. Beləliklə, "Qarabağ Azərbaycandır və nida işarəsi" tarixi ibarənin nümunəsi kimi. Son dövrlərdə lap həyasızlaşıb, getdikcə bizi zəif bənd sayan quduzlaşan düşmən məkrinə bu, sadəcə, layiqli cavab deyildi, həm də buqələmun sifəti yeni rəng alan düşmən planlarına, niyyətinə, həyasızlığına dözümlüyün də bir həddi olduğuna işarə idi.

Məncə, artıq "zəifi əzmərik, rəhm edərik"; "məğlub etdiyimizi öldürmərik, rəhm edərik" kimi əzəli milli xüsusiyyəti dövrün tələbinə uyğunlaşdırmaq lazımdır. Tarix nə qədər göstərib ki, elə bu yolla arxaya dönüb baxmağı özümüzə sığışdırmadan daim arxadan vurulmuşuq, zərbələr yemişik. Daha bir milli xislətimiz - heç vaxt özümüzə tay tutmadığımıza diqqət etmərik, onun səviyyəsinə enmərik. İdman meydanının bir həqiqəti - zaman gəlir zəif rəqib olmur ibarəsini xatırlayaq. Şəraitə uyğunlaşan, öyrənən və onu tətbiq edən rəqib hər zaman və istər idman, istər qeyri-idman meydanlarında təhlükəlidir. Düşmənin cılız, bir futbolçumuzun dediyi kimi, "düşük" səviyyəsinə enmərik. Amma unutmayaq, elə enmədən də cavab vermək olar. Düşmənin bətnində gizlətdiyi məkrin hiylə və həmlələrinin irisi-xırdası olmur. Heç olmasa belə düşünək: bunun əsəbimizə, sinirimizə təsir etməsinə niyə yol verək, bunu niyə həzm edək?..

Əzəldən bəllidir, adı "Qarabağ" olan klubumuz düşmənlə mübarizədə həm də silahımızdır. Hərdən bunu unudanlarımız bu klubun indi mərhələlərdən-mərhələlərə adlamasını çoxdan təmin etməli idilər. Onun Avropada olmasına, onun uğurlarına, bax, elə bu səbəbdən xüsusi yanaşır və tələbkar oluruq.

Ağıllı olan üçün cılız, təsirsiz, deyək ki, lap elə milli təbirimizə görə, bizə yaraşmayan həmlə yoxdur. Bizə yaraşmayan onlara yaraşırsa, elə belə - ona yaraşdırıb, yapışdırıb addım atmaq lazımdır - buna görə də bu qarşılaşmada baş verənlərin dərslərini nəinki unutmaq olmaz, əksinə, ondan istifadə etmək bir vəzifə borcudur. Başqa sözlə, mübarizə vasitələrini çoxdan dəyişmək lazımdır. Yəni matçda yaşananları hisslərimizə çox yaxın buraxmalı, ondan istifadə etməliyik. Mübarizədə hər üsulu, hər vasitəni özünə silah edən birinə elə onun öz təbiri, öz silahı ilə cavab vermək, onun dili ilə danışmağı bacarmalıyıq.

Məşqçinin dediyi kimi, qorxaq deyilik, döyülərik, yıxılarıq, məğlub olarıq, amma meydandan qaçmağı bacarmarıq. Bəli, belə təxribatlara uymaq olmaz. Amma sizə kim deyir ki, meydandan qaçın - sözlərinin mahiyyətindəkilərlə razılaşmadığım məqam budur: düşmən təxribatına uymadan bunu silah kimi ona qarşı işlədib, baş verənləri mübarizənin bir üsuluna, ələ düşən hər fürsətdə düşməni alçaldan vasitəyə çevriməliyik. Məsələn, lap sadəsini deyim, Avropa səfərlərinə gedəndə, bunu hər rəqibin diqqətinə çatdırmalıyıq, təxribatlardan ehtiyatlandığımızı, ən azı, nümunə çəkib, təhlükəsizliyimizə xüsusi yanaşılmasını tələb etməliyik. "Qarabağ" rəhbərlərindən birinin dediyi kimi, o dronda başqa təhlükələr də gizlədilə bilərdi. Düşmən terrorunun dəhşətlərini müstəqillik illərində əyani olaraq az görməmişik. Bax, buna görə də, ciddi düşünsək, ehtiyatlılıq qorxaqlıq deyil, əslində, bununla heç bir şişirtməyə, qroteskə yol vermədən haqqımızı istəyirik. Ən vacibi, hər zaman uduzduğumuz, düşməndən geri qaldığımız üstqurum savaşında qazanmaq üçün addım atmış olarıq. Böyük tarixi həqiqətləri kiməsə çatdırmaqdansa, bax, düşmənin səviyyəsizliyini göstərən bu faktlar daha təsirli vasitədir.

Sözün qısası, dron hoqqası nə qədər düşük, qorxaq, cılız, diqqət tələb etməyən bir səviyyəsizlik olsa da, ondan məharətlə istifadə edilməsini istəyir. Çünki bu, yalnız futbol və idman məsələsi deyil, bu Vətən naminə təbliğatın, düşməni aşağılamağın ən sadə formasıdır. İdman da buna xidmət etməlidir.

Hər dəfə, hər səfər öncəsi rəqiblərə bunu xatırlatmaq, xüsusi diqqət, xüsusi tədbirlər görülməsini rəsmən və qeyri-rəsmi istəmək lazımdır. Hər dəfəsində məktublar, müraciətlər ünvanlamalıyıq. Qoy, bu mövsüm, gələn mövsüm, ta bizə lazım olana qədər, hər kəs düşmənimizi belə də tanısın. Onun cılızlığını, hər vasitəylə, hər kanalla, hər yolla, hətta düşdüyü stəkanda milçəyin ürək bulandırması ilə diqqətdən kənar qoymamalıyıq: bunu etmək və alətə çevirmək lazımdır. Bu, Qarabağımızın və "Qarabağ"ımızın təbliğatı, həqiqətləri çatdırmağın bir nümunəsidir. Çəkin "Qarabağ"dan qara əlləri də "çəkin Qarabağdan qara əllər"ə xidmət etməlidir.

Unutmayaq ki, unutdurmayaq; yayaq ki, bəlkə utandıraq; istifadə edək ki, düşmənin əsl sifətini, səviyyəsizliyini göstərək. Bir sözlə, hər fürsətdən istifadə edək.

Heç tək ona görə deyil, Avropanın "müasir" adı qoyulmuş qəribə xatırlatma tərzi də bunu tələb edir: "dron xüsusu"nda bəzi Avropa mətbuatında iki ölkə arasındakı münasibətlərə toxunaraq, dərhal "Arsenal"ın Bakıya min bir bəhanə ilə gəlməyən "qonşu illətli" oyunçusunun adını da çəkiblər. Əcəba, heç hənanın yeriydimi?
Yeri olsa-olmasa da, belə avropasayağı milçəklik də ürək bulandırır. Görəsən, niyə yazılmır ki, erməni idmançılar Bakıda keçirilən filan-filan ən mötəbər turnirlərdə belə özlərini rahat hiss ediblər. Əsla, deməzlər də. Açığı, bunda günahımız da az deyil. Çünki bir futbolçunun Bakıya gəlməyərək, bunu şouya çevirməsini hadisəyə çevirəndə, onlara digər yarışların nümunəsindən tutarlı cavablarımız effekt verməyib. Çünki bunu qayda sayıb, mütəmadi təbliğat aparıb, onu ədəbi-bədii bəzəkləri ilə tərif etməmişik.

Unuduruq ki, bu da şounun tərkib hissəsidir. İndi əsəblərimizə, sinirlərimizə hakim kəsilsək də, bu fürsətləri təşviş, təlaş, qorxu-hürkü bəzəkli bumeranqa çevirmək lazımdır.

Əlbəttə, bilirik ki, it hürəcək də, karvan keçəcək də. Amma dövrü-zaman belə istəyir, ağlamayana verilməyənlə, düşmən məkrinə təsirli cavab onun bu cılızlığını şüara çevirmək, hər yerdə demək, dedizdirməkdir.

Amma nə badə, içimizdən bir "ağıllı" düşmənə eyni ssenari, eyni üslubla cavab verə - zərbəni ikiqat yeyərik. Buna yalnız düşmən bu düşüklüyünü, cılızlığını dəfələrlə təkrarlayana qədər yol vermək olmaz.

Əlbəttə, şərhimizin mövzusunu yenə özümüzə yaraşan tərzdə, idman meydanına qaytararaq tamamlayaq.

"Qarabağ" avrokubokların qrup mərhələsində ilk böyük hesablı qələbəsini qazandı. Bununla həm də qruplarda böyük hesabla qalib gələn, buna ilk dəfə səfərdə nail olan ilk Azərbaycan klubu kimi də tarixə düşdü. Söz yox ki, qrup mərhələlərində elə də çox qələbələrimiz yoxdur. Özü də 5 qələbəmizin hamısı "Qarabağ"ındır.
Yarışda strateji hədəflərə gəlincə, qələbə və "Düdelanj"ın bundan əvvəlki səfər qələbəsinin hesabları ilə "Qabarağ" digər 3 iddiaçı ilə rəqabətdə ikinci yerə ("Sevilya" mütləq favorit qəbul olunmaqla) əsas iddiaçıya çevrilib və ona xüsusi yanaşılacaq. Bunu da unutmaq olmaz, qüvvələri, hirsi, ağıllı oyun elementlərini daha da itiləmək, daha diqqətli olmaq, daha çox düşünüb-daşınmaq lazımdır. Çünki bu diqqəti ilə yanaşı, rəqiblər də səhvə daha çox meyilli olacaq. Ən əsası, qarşıdakı iki APOEL-li dueldə tünd, qalın və qəti nöqtəni qoymaq olar.

BATI YAR


Xəbər 963 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru