Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
26/01 | 20:47 İrina Zaretska Karate 1 Premyer Liqa turnirində qızıl medal qazanıb
26/01 | 15:09 Karateçimiz Rafiz Həsənov bürünc medal qazanıb
26/01 | 12:42 Avro-2020 könüllüləri üçün xüsusi gecə təşkil olunub
26/01 | 11:12 “Tata Steel Chess 2020” festivalı sona yaxınlaşır
26/01 | 11:02 Karateçilər Rafael Ağayev və İrina Zaretska növbəti dəfə dünyanın ən yaxşı döyüşçüləri arasında yer alıblar
26/01 | 10:56 Şahmatçılarımızın beynəlxalq şahmat festivalında mübarizəsi davam edir
26/01 | 10:01 “Masters” turnirində Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə
26/01 | 09:45 “Sumqayıt” yoxlama matçında Qazaxıstan klubunu məğlub edib
26/01 | 09:07 Voleybolçular arasında Azərbaycan Yüksək Liqası: “Xilasedici” komandası “Neftçi”ni məğlub edib
26/01 | 09:05 "Qəbələ" komandası Antalyadakı yoxlama matçında heç-heçə edib
25/01 | 23:53 “Qarabağ” Antalyada sonuncu yoxlama oyununu keçirib
25/01 | 21:20 On doqquz yaşlı futbolçulardan ibarət milli komandamız yoldaşlıq oyununda qələbə qazanıb
25/01 | 20:40 “Səbail” yoxlama matçında Polşa təmsilçisinə minimal hesabla qalib gəlib
25/01 | 19:34 Lissabonda açıq turnirdə üç şahmatçımız mübarizə aparır
25/01 | 18:50 Atletika üzrə 37-ci qış Azərbaycan çempionatına yekun vurulub
25/01 | 18:27 Cüdoçularımız Təl-Əviv Qran-Prisini medalsız başa vurublar
25/01 | 17:34 Ağcabədidə şahmat üzrə Azərbaycan birinciliyinin seçmə mərhələsi start götürüb
25/01 | 16:51 “Avro 2020” ilə əlaqədar turizm şirkətləri üçün seminar təşkil olunub
25/01 | 16:41 Azərbaycanlı baş məşqçinin İndoneziyada çalışdırdığı voleybol klubu ötənilki çempionu məğlub edib
25/01 | 15:25 Sərbəst güləş üzrə yığma komandamız növbəti təlim-məşq toplanışına başlayıb
25/01 | 15:02 Azərbaycan komandası İsveçrədə qar polosu üzrə dünya kuboku turnirinə qələbə ilə başlayıb
25/01 | 14:31 “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının açılışına altı ay qalır
25/01 | 13:57 Bu gün Azərbaycan klubları Antalyada növbəti yoxlama oyunlarını keçirəcək
25/01 | 13:09 Qəbələ Olimpiya İdman Kompleksində uşu üzrə respublika turnirinə start verilib
25/01 | 12:03 Qran-Pri turnirində daha 3 cüdoçumuz medallar uğrunda yarışacaq
25/01 | 11:22 Karateçimiz Premyer Liqa turnirində bürünc medal uğrunda mübarizə aparacaq
25/01 | 10:52 Atletika üzrə 37-ci qış Azərbaycan çempionatının birinci gününün qalibləri müəyyənləşib
25/01 | 10:17 Şahmatçılarımız “Masters” turnirində “sülh”ə razılaşıblar
25/01 | 09:42 Azərbaycan təmsilçiləri “Tata Steel Chess 2020” şahmat festivalında növbəti oyunlarını keçiriblər
24/01 | 22:02 Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları növbəti təyinat alıblar
24/01 | 21:07 Oğlanlar arasında həndbol üzrə Azərbaycan birinci liqası yarışına start verilib
24/01 | 19:54 Atletika üzrə 37-ci Azərbaycan çempionatının açılış mərasimi keçirilib
24/01 | 18:45 Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının elit-raund mərhələsi üçün heyəti açıqlanıb
24/01 | 17:19 “Australian Open”in hazırkı çempionu Naomi Osaka 15 yaşlı Kori Qauffa uduzub
24/01 | 16:44 Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turunun oyunlarının təqvimi müəyyənləşib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 14 9 4 1 24-7 31
2 Neftçi 14 7 4 3 22-11 25
3 Keşlə 14 6 5 3 18-12 23
4 Sumqayıt 14 5 3 6 18-20 18
5 Zirə 14 4 5 5 18-22 17
6 Sabah 14 3 4 7 14-18 13
7 Qəbələ 14 3 4 7 14-24 13
8 Səbail 14 3 3 8 10-24 12
Rəşad Quliyev: “AZE Naxçıvan” klubu Azərbaycanın Avropaya açılan futbol qapısı olacaq
Tarix: 10.12.2019 | Saat: 12:28:00 | E-mail | Çapa göndər
Uzun zamandır Avropada Azərbaycana aid futbol mərkəzinin yaradılmasına ehtiyac var idi. Bu ehtiyacdan yola çıxaraq Almaniyada “AZE Naxçıvan” (Köln) klubunu təsis etdik. Klubu yerli mütəxəssislərlə müzakirələrdən sonra yaratdıq. İki il əvvəl klubun təsis iclası keçirilmişdi və sənədləri qeydiyyata təqdim etmişdik. Köln Şəhər Məhkəməsinin noyabrın 5-dəki qərarına əsasən, klub qeydiyyata alındı. Sonra biz sənədləri Almaniya Futbol Federasiyasına göndərdik. Artıq onların rəsmi cavabını gözləyirik.

Bu sözləri Almaniyada yaradılan “AZE Naxçıvan” klubunun təsisçisi Rəşad Quliyev müsahibəsində deyib.

“AZE Naxçıvan”ın “JSV 96” klubunun bazasında yaradıldığını deyən R.Quliyev bildirib ki, “JSV 96”nın rəhbəri vaxtilə bu komandada çıxış etmiş Aydın Karacadır. Məhz onun təklifi əsasında və imkanlarımız daxilində klubu formalaşdırdıq. Qarabağ, Bakı, Neftçi və müxtəlif adlar müzakirə olundu. Sonda qərara gəldik ki, muxtar respublikanın beynəlxalq sferada komandası yoxdur və “Naxçıvan” adını seçdik. Fikirləşdik ki, bu ad həm futbola, həm də ölkəmizin təbliğinə xidmət edəcək. Futbol özlüyündə ən yaxşı təbliğat vasitəsidir. “Qarabağ” artıq Avropada bir brend olaraq qəbul olunub və hamı tərəfindən tanınır. Ağdam təmsilçisinin avrokuboklarda uğurlu çıxışı həmişə Avropa ölkələrində də maraqla qarşılanır.

“Komandanın İdarə Heyəti futbol mütəxəssislərindən təşkil olunub. Heyətdə alman və türk mütəxəssislərlə yanaşı, digər ölkələrdən də peşəkarlar yer alıblar. Buna misal olaraq qanalı Nana İsaakı göstərə bilərəm. Vaxtilə “Əskişəhərspor”dan Almaniya komandasına transfer olan İsaakın hazırda ölkəsində futbol məktəbi fəaliyyət göstərir. Əsas məqsədimiz klubun əsasında futbol akademiyasının yaradılmasıdır. Azərbaycan və digər ölkələrdən futbolçuların yetişməsinə yeni imkanlar açmaq istəyirik. Sanki Avropa və Azərbaycan futbolu arasında körpü rolunu oynayaq”, - deyə R.Quliyev əlavə edib.

“AZE-Naxçıvan”nın təkcə Almaniyada fəaliyyət göstərməsini düşünmədiklərini bildirən R.Quliyev qeyd edib ki, biz Qərbi Avropanın tam mərkəzində yerləşirik. Bizim olduğumuz şəhər Niderland, Lüksemburq və Belçikadan 70 kilometr məsafədə yerləşir. Fransa və Danimarka ilə də yaxınıq. Biz digər futbol məktəbləri ilə də əlaqələr yaradacaq və əməkdaşlıq edəcəyik. “Ayaks”, “Anderlext”, “Brügge” və digər nəhəng klubların akademiyaları ilə qarşılıqlı təcrübə mübadiləsi aparacağıq.

Ümumilikdə Almaniyada Azərbaycana qarşı böyük rəğbət var. Onlar almanların Azərbaycana miqrasiyası barədə xəbərdardırlar. 2017-ci ildə keçirilmiş Dünya Azərbaycanlıları Forumunda Köln şəhər bələdiyyəsinin rəhbəri Hans Verner Bartş şəxsən iştirak etmişdi. Ölkələrimiz arasındakı əlaqələr haqqında forumda ona geniş məlumat verilmişdi. Məhz şəhər bələdiyyəsi rəhbərliyinin göstərişi ilə kluba böyük bir futbol kompleksi verilib. Əslində, buna Almaniyada icazə verilmir. Ancaq Köln şəhər bələdiyyəsi bunu istisna hal kimi nəzərə alıb. Kompleksə stadion və dörd meydança daxildir. Kompleksin saxlanması üçün lazım olan məbləğ məhz Köln şəhər bələdiyyəsi tərəfindən ödənilir. Onlar imkan yaratdılar ki, biz stadionda loqomuzu asdıq. Klubun loqosundakı dağ Naxçıvandakı İlandağı simvolizə edir. Rəvayətə görə, həmin dağa Tanrıdağı da deyilir.

R.Quliyev bildirib ki, Almaniya futbol liqalarında iştirak etmək üçün ilk öncə klub federasiyaya büdcəsini təqdim etməlidir. Həvəskar liqada oynadıqda belə, xüsusi büdcə olmalıdır. Oyunların təşkili, səfər matçları, komandanın forması və digərləri maliyyə tələb edir. Federasiya tərəfindən futbol qaydalarına ciddi riayət edilməsi tələb olunur. Yeni mövsüm üçün gücümüzü toplayacaq və sponsorlarla danışıqlar aparacağıq. Əsas məqsədimiz uşaq futbolu ilə başlamaqdır. Biz “Ayaks”ın strategiyasını özümüzə prioritet seçmişik. Çünki “Ayaks”da uşaq futbolunun inkişafına böyük önəm verilir. Almaniyada yaşayan azərbaycanlıların övladlarını və digər istedadlı uşaqları akademiyaya cəlb etməyi düşünürük. Hazırda ikinci liqada çıxış edən “Viktoriya Köln” komandasının sabiq məşqçisi ilə danışıqlar gedir. Çalışırıq ki, ona komandaya cəlb edək və peşəkar mütəxəssislərin rəhbərliyi altında istedadlı futbolçular yetişdirək.

“Biz yerli təmsilçiliklə bağlı Dünya Mini-futbol Federasiyasına müraciət etmişdik. Heç bir liqada iştirak etmədiyimizə baxmayaraq, bu status bizə həvalə edilib. Artıq sənədləşmə prosesi gedir. Klubumuz Almaniyada beynəlxalq qurumun təmsilçisi olacaq və 2021-ci ildə keçiriləcək dünya çempionatına qatılmağı düşünürük”, - deyə klub rəsmisi əlavə edib.

AFFA-nın baş katibi Elxan Məmmədovla klubun yaradılması ilə bağlı fikir mübadiləsi apardığını xatırladan R.Quliyev qeyd edib: “Təşəkkürümü bildirirəm ki, təşəbbüsümüzü çox müsbət qarşıladı. Bakıda olmadığı üçün görüşə bilmədik. Bundan sonra AFFA ilə mütəmadi qaydada əlaqədə olacağıq. Futbol veteranı Vaqif Cavadovla maraqlı görüşümüz oldu. Futbol mütəxəssisi olaraq onun fikirlərinə çox ehtiyacımız var. Azərbaycanın yerli klubları ilə hələ əlaqə yarada bilməmişik. Ancaq bu istiqamətdə işlər gedir. Gələcəkdə onların skaut prosesinə, həmçinin futbol bazamızda təlim-məşq toplanışı keçmələri üçün geniş imkanlar açacağıq. Təkcə Kölndə deyil, digər şəhər və ölkələrdə də hazırlıq proseslərinin təşkilinə imkanlarımızı səfərbər edəcəyik. “AZE Naxçıvan” Azərbaycanın Avropaya açılan futbol qapısı olacaq. Ümumiyyətlə, futbol sülh və dostluğun carçısıdır”.

AZƏRTAC
Xəbər 63 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
26.01.2020 “Sumqayıt” yoxlama matçında Qazaxıstan klubunu məğlub edib
26.01.2020 "Qəbələ" komandası Antalyadakı yoxlama matçında heç-heçə edib
25.01.2020 “Qarabağ” Antalyada sonuncu yoxlama oyununu keçirib
25.01.2020 On doqquz yaşlı futbolçulardan ibarət milli komandamız yoldaşlıq oyununda qələbə qazanıb
25.01.2020 “Səbail” yoxlama matçında Polşa təmsilçisinə minimal hesabla qalib gəlib
25.01.2020 “Avro 2020” ilə əlaqədar turizm şirkətləri üçün seminar təşkil olunub
25.01.2020 Bu gün Azərbaycan klubları Antalyada növbəti yoxlama oyunlarını keçirəcək
24.01.2020 Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının elit-raund mərhələsi üçün heyəti açıqlanıb
24.01.2020 Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turunun oyunlarının təqvimi müəyyənləşib
24.01.2020 “Ulduz” komandası Çempionlar Liqasında növbəti qələbəsini qazanıb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru