Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
20/01 | 21:00 Astarada 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate turniri keçirilib
20/01 | 20:28 Birinci Avropa velofestivalının 2021-ci ildə Minskdə keçirilməsi planlaşdırılır
20/01 | 19:53 Fransada Formula 1 yarışlarının auditoriyası 10 dəfədən çox azalıb
20/01 | 18:03 Bakının “Neftçi” klubu Ukraynanın “Dinamo Kiyev” komandası ilə qarşılaşacaq
20/01 | 17:20 Cəbəllütariqdə “Masters” turnirində 3 şahmatçımız iştirak edəcək
20/01 | 16:52 Qadın voleybolçulardan ibarət Azərbaycan millisi beynəlxalq reytinq cədvəlində 5-ci pilləyə yüksəlib
20/01 | 16:36 “Cənub” komandası kunq-fu üzrə açıq beynəlxalq turnirin qalibi olub
20/01 | 16:28 Budo üzrə Ukrayna millisinin məşqçisi Teymur İbrahimova beynəlxalq nümayəndəlik sənədləri təqdim edilib
20/01 | 16:15 Kişi boksçulardan ibarət Azərbaycan millisi “Tokio 2020”yə lisenziya verəcək turnirlərə Tailandda hazırlaşır
20/01 | 15:50 Voleybolçumuz Fransa çempionatında növbəti qələbəsini qazanıb
20/01 | 15:17 Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan beynəlxalq karate turniri başa çatıb
20/01 | 14:42 Azərbaycan Gimnastika Federasiyasının onuncu ümumi yığıncağı keçirilib
20/01 | 14:35 İki futbolçu millimizin heyətindən kənarlaşdırılıb
20/01 | 14:17 Azərbaycanın yeniyetmə qılıncoynadanı Almaniyada keçirilən beynəlxalq turnirlərdə uğurla çıxış edib
20/01 | 13:32 Yeniyetmə və gənc karateçilərimiz Xorvatiyada 10 medal qazanıblar
20/01 | 12:08 “Sabah” klubu “Kaysar”la matçdan qalib ayrılıb
20/01 | 11:40 Ruslan Həsənov gənclərin dünya kubokunun mərhələ yarışında beşinci olub
20/01 | 11:15 Yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
20/01 | 10:16 Rauf Məmmədov beynəlxalq turnirdə ikinci olub
20/01 | 09:57 Azərbaycan idmançıları İranda qurşaq güləşi üzrə beynəlxalq turnirdə iki medal qazanıblar
19/01 | 20:55 Binəqədi rayonunda məktəblilər arasında futbol turniri keçirilib
19/01 | 17:56 Bakıda alpaqut Turan döyüş sənəti üzrə altıncı ümumrespublika seminarı keçirilib
19/01 | 14:58 Qadın boksçulardan ibarət Azərbaycan millisi hazırlığa başlayıb
19/01 | 13:10 Şahmatçımız Rauf Məmmədov “Tata Steel Chess 2020” turnirində Maks Vermerdamla mübarizə aparacaq
19/01 | 11:35 Kəmər güləşi üzrə beynəlxalq turnirdə idmançılarımız 2 medal qazanıb
19/01 | 09:16 “Neftçi” klubu baş məşqçi Roberto Bordinlə yollarını ayırıb
18/01 | 23:51 Rauf Məmmədov beynəlxalq turnirdə növbəti heç-heçəyə imza atıb
18/01 | 21:02 Futzal üzrə Azərbaycan millisi ilə qarşılaşacaq Özbəkistan yığmasının heyəti açıqlanıb
18/01 | 20:57 Masallıda futzal üzrə rayon birinciliyinə yekun vurulub
18/01 | 19:34 Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin açılış mərasimi keçirilib
18/01 | 18:26 Xaçmazda budo üzrə açıq şimal çempionatına start verilib
18/01 | 17:12 Azərbaycan qılıncoynadanları dünya kubokunun mərhələ yarışında iştirak edirlər
18/01 | 16:58 “Sumqayıt” klubu ikinci yoxlama oyununu Rumıniya komandasına qarşı keçirəcək
18/01 | 15:00 “Qarabağ” klubu ilk yoxlama oyununda Rumıniyanın “Akademiya Klinçeni” komandası ilə görüşəcək
18/01 | 14:02 “Səbail” klubu Ukraynanın “Olimpik” komandası ilə qarşılaşacaq
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 14 9 4 1 24-7 31
2 Neftçi 14 7 4 3 22-11 25
3 Keşlə 14 6 5 3 18-12 23
4 Sumqayıt 14 5 3 6 18-20 18
5 Zirə 14 4 5 5 18-22 17
6 Sabah 14 3 4 7 14-18 13
7 Qəbələ 14 3 4 7 14-24 13
8 Səbail 14 3 3 8 10-24 12
“Judo Club 2012” ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan turnir keçirib
Tarix: 01.12.2019 | Saat: 22:01:00 | E-mail | Çapa göndər
"Judo Club 2012" ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan yeniyetmələr arasında cüdo üzrə ənənəvi klub birinciliyi keçirib.

Yarışın açılış mərasimində əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən klubun icraçı direktoru Hafis Hacıyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. Qeyd edilib ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət və qayğı göstərib. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu sahədə apardığı məqsədyönlü siyasət nəticəsində isə indi Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.

Azərbaycan cüdoçularının beynəlxalq miqyaslı yarışlarda qazandıqları parlaq qələbələri vurğulayan H.Hacıyev, həmçinin başa çatmaqda olan ilin “Judo Club 2012”nin yetirmələri üçün də uğurlu olduğunu deyib. O, klubun idmançılarının həm ölkədaxili yarışlarda, həm də beynəlxalq arenalarda ümidləri doğrultduğunu qeyd edib.

Sonra klubun cüdo bölməsi üzrə məşqçisi, veteranlar arasında cüdo üzrə dünya və Avropa çempionatlarının qalib və mükafatçısı Zaur Paşayev turnir haqqında iştirakçılara məlumat verib, onun yeniyetmə idmançıların yarış təcrübələrinin artırılmasında böyük rol oynayacağını qeyd edib.

Mərasimdə çıxış edən veteranlar arasında dünya və Avropa çempionatının qalib və mükafatçısı Müşfiq Cəfərov idmançıları ədalətli mübarizəyə çağırıb. Veteran cüdoçu, həmçinin klubun uğurları barədə danışıb. O qeyd edib ki, əldə olunmuş nailiyyətlər “Judo Club-2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteranlar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərovun məşqçilərə və idmançılara göstərdiyi diqqət və qayğının, onlar üçün yaradılmış şəraitin nəticəsidir.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra yarışlara start verilib. İki gün davam edən birincilikdə 200-dən çox yeniyetmə idmançı qüvvəsini sınayıb. Birinciliyin ilk günündə 2008-ci, 2009-cu və 2010-cu il təvəllüdlü idmançılar tatami üzərinə çıxıblar. İkinci yarış günündə isə 2006-cı, 2007-ci il təvəllüdlü cüdoçular həm fərdi, həm də komanda yarışlarında mübarizə aparıblar.

Komanda yarışlarının final mərhələsində “Qardaşlar” komandası birinci yerə layiq görülüb. Həlledici görüşdə məğlub olan “Yenilməzlər” komandası isə gümüş medallara sahib çıxıb. Yarışda ilk üç yeri tutan idmançılar “Judo Club 2012”nin diplom və medalları ilə mükafatlandırılıblar. Qalib komandaya diplom və medallarla yanaşı, keçici kubok da təqdim olunub.

Tədbir iştirakçılarına, həmçinin üzərində ulu öndər Heydər Əliyevin rəsmi olan döş nişanı təqdim edilib. Qaliblərə mükafatları cüdo və sambo üzrə SSRİ İdman ustası Asif Yusifov, SSRİ Spartakiadasının bürünc mükafatçısı İlham Cəfərov, veteranlar arasında dünya və Avropa çempionatlarının qalib və mükafatçıları Rəsul Səlimov, Müşfiq Cəfərov, Mübariz Cəfərov, Zaur Paşayev, İntiqam Ələkbərov, Məmməd Məmmədov və başqaları təqdim ediblər.
Xəbər 78 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
17.01.2020 Cüdoçularımız açıq Avropa kuboku yarışlarında mübarizə aparacaqlar
17.01.2020 Cüdo üzrə Azərbaycan birinciliyinin fərdi yarışları başa çatıb
16.01.2020 Cüdoçularımızın Avstriyadakı təlim-məşq toplanışı başa çatıb
16.01.2020 Böyüklər arasında cüdo üzrə dünya çempionatı Daşkənddə keçiriləcək
16.01.2020 Yeniyetmə cüdoçuların Azərbaycan birinciliyinin növbəti qalibləri müəyyənləşib
15.01.2020 Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin ilk qalibləri müəyyənləşib
15.01.2020 Azərbaycan əsilli idmançı Latviyada çempion olub
14.01.2020 Azərbaycanın cüdo mütəxəssisləri Qətərdə beynəlxalq seminarda iştirak ediblər
14.01.2020 Cüdoçularımız Avstriyada təlim-məşq toplanışını davam etdirirlər
10.01.2020 Cüdoçularımız Avstriyada təlim-məşq toplanışı keçirlər


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru