Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
WADA Rusiya idmanını dörd illiyinə təcrid edə bilər
Tarix: 26.11.2019 | Saat: 11:50:00 | E-mail | Çapa göndər
Dünya Antidopinq Agentliyinin (WADA) uyğunluq barədə tövsiyələri Rusiyanı dörd il müddətinə beynəlxalq idman yarışlarında iştirakdan məhrum edə bilər. Əgər təşkilatın İcraiyyə Komitəsi agentliyin komitəsinin tövsiyələrini təsdiq etsə, o zaman ölkə Avropa və dünya miqyasında yarışlar keçirməkdən məhrum olacaq.

Rusiya ilə bağlı problemlər bir neçə aydır gərginləşir. Payız və qış mövsümünün başlanğıcı Rusiya tərəfinin WADA və digər beynəlxalq idman təşkilatları ilə münasibətlərində ən mürəkkəb dövrdür. İki il əvvəl də 2018-ci il Olimpiadası ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) müvafiq qərarı gözlənilirdi, indi isə yeni təhlükə meydana çıxıb. Bu dəfə vəziyyət daha ciddidir.

WADA ötən ilin sentyabrında Rusiya Antidopinq Agentliyinin (RUSADA) 2015-ci ildə ləğv edilmiş uyğunluq statusunu bərpa edib. Həmin vaxt Rusiya tərəfinin qarşısımda şərtləq qoyulmuşdu və onlarda biri də federal təhqiqatla əlaqədar möhürlənmiş Moskva laboratoriyasının məlumat bazasına giriş idi. Əgər bazanın həqiqiliyi sübut olunsa, RUSADA fəaliyyətini sakit davam etdirə bilər. Lakin məhz bu şərtlə bağlı böyük problemlər yarandı.

Bir ildən sonra WADA RUSADA-nın uyğunsuzluğu məsələsini yenidən və sürətlə gündəmə gətirdi. Bunun səbəbi Rusiyanın təqdim etdiyi baza məlumatlarında dəyişikliklər edilməsidir. Rusiya tərəfinə imkan verildi ki, WADA ekspertlərini maraqlandıran əsas sualları cavablandırsın, lakin görünür ki, izahatlar qaneedici olmayıb.

Noyabrın 17-də WADA-nın uyğunluq komitəsi öz iclasını keçirib, lakin onun nəticələri bu gün məlum olub. İcraiyyə Komitəsinə təqdim edilən tövsiyələr barədə

Заседание комитета по соответствию WADA состоялось 17 ноября, но перечень рекомендаций к исполкому организации стал известен лишь в понедельник. İlk olaraq “New York Times” qəzeti yazıb, sonradan isə məlum olub ki, Amerika jurnalistlərinin informasiyası əslində olduğundan daha az qorxuludur. Tam siyahı isə WADA tərəfindən dərc olunub. Belə ki, Rusiya tərəfinin təqdim etdiyi məlumatlarla agentliyin öz informatorlarının materialları arasında ciddi uyğunsuzluqlar aşkar olunub. Hətta əvvəllər qeydiyyata alınan soyadları da dəyişdirilib və ya çıxarılıb. Müəyyən olunub ki, məlumat bazasını dəyişdirən adam agentliyi azdırmaq məqsədilə yanlış məlumatlar əlavə edib. Bu saxtakarlığı edənlərin isə Rusiya idmanında dopinq üzrə WADA-nın baş informatoru Qriqori Rodçenkov və onun naməlum iki yoldaşı olublar.

Bu vəziyyəti yolverilməz adlandıran WADA işarə edib ki, həmin ağırlaşdırıcı hallarla bağlı Rusiya idmanına sərt sanksiyalar tətbiq oluna bilər. Söhbət bütün beynəlxalq yarışlardan kənarlaşdırılmaqdan, Rusiya ərazisində beynəlxalq yarışların keçirilməsinin qadağan olunmasından, gələcək idman yarışlarına ev sahibliyi etmək üçün püşkatmalarda iştirakdan məhrum edilməsindən, rusiyalı məmurların beynəlxalq idman federasiyalarında məsul vəzifələrdən azad olunmasından və Rusiya Olimpiya Komitəsi və Paraolimpiya Komitəsinin hər hansı beynəlxalq turnirdə iştirakının qadağan edilməsindən gedir. Qeyd olunur ki, WADA İcraiyyə Komitəsinin tövsiyələri təsdiq edəcəyi təqdirdə Rusiya idmanı qaranlığa qərq ola bilər. Bunun baş verəcəyi halda yeganə çıxış yolu rusiyalı idmançıların öz ölkələrinin bayrağı altında deyil, fərdi qaydada iştirak etməsi olacaq. Bu praktika artıq yüngül atletika üzrə yarışlarda həyata keçirilir.

Digər tərəfdən, Rusiyada gələn il və qarşıdakı illərdə irimiqyaslı beynəlxalq turnirlərin, çempionatların keçirilməsi nəzərə alınarsa, beynəlxalq yarışlara ev sahibliyi etməyin qadağan olunması ölkəyə ciddi zərbə vura bilər. RF Dövlət Dumasının müvafiq komitəsinin rəhbəri Dmitri Savişev TASS agentliyinə bildirib ki, WADA-nın tövsiyələrinin heç bir əsası yoxdur. O əlavə edib ki, indiyədək heç bir ölkəyə qarşı bu qədər sərt sanksiyalar tətbiq olunmayıb.

Rusiya idmanı üçün taleyüklü olacaq WADA İcraiyyə Komitəsinin iclası dekabrın 9-da Parisdə keçiriləcək.

AZƏRTAC
Xəbər 675 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2023 Türkiyəli futbolçu “Golden Boy” mükafatına namizədlərin yekun siyahısına düşüb
11.10.2023 Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayacaq
10.10.2023 Qolf üzrə Azərbaycan Zəfər Turnirinə yekun vurulub
03.07.2023 Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Dünya Kubokunun qalibi olub
03.07.2023 III Avropa Oyunları başa çatıb
14.03.2023 Bakı şəhərində "İdman zonası” istifadəyə verilib
14.03.2023 Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
14.03.2023 Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb
27.02.2023 Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə ustad dərs keçiblər
19.01.2023 Sumo güləşçilərimiz Macarıstandan 13 medalla qayıdırlar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru