Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan Milli Paralimpiya Komitəsinin yeni loqosu təqdim edilib
Tarix: 22.11.2019 | Saat: 17:07:00 | E-mail | Çapa göndər
Noyabrın 22-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) yeni loqosunun təqdimatı və “Yenilməzlər” beynəlxalq qala təqdimatının yaradıcı heyəti ilə görüş olub.

AMPK-nın prezidenti İlqar Rəhimov təqdimatın uğurla təşkil olunduğunu və tamaşaçıların tədbirdən xoş təəssüratlarla ayrıldıqlarını qeyd edib: “Təqdimatdan sonra çoxlu sayda xoş fikirlər eşitdik, təqdimatı hamı bəyəndi. Biz bu təqdimatla insanları düşündürməyi bacardıq. Onlar paralimpiyaçıların həyatı, qalibiyyətləri və üzləşdikləri problemlərlə yaxından tanış oldular. Həmçinin ölkəmizdəki iş adamlarının və sahibkarların fikir və diqqətini bu istiqamətə yönəltməyə nail olduq. Düzdür, bundan əvvəl də ölkəmizdəki sahibkarlar korporativ sosial məsuliyyət dəyərlərinə böyük önəm verirdilər. Hazırda ölkəmizdə fəaliyyət göstərən sahibkarlarla əlaqələrin qurulması istiqamətində müzakirələr aparılır. Hətta görüşlər də keçirmişik. Ölkəmizdə maraqlı qarşılanan bu qala təqdimatın gələcəkdə regionlarda təşkil olunmasını nəzərdə tutmuşuq. Belə təqdimatın yaxın zamanda Gəncədə də təşkilini planlaşdırırıq”.

Qala təqdimatın ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar artist, Prezident mükafatçısı Nicat Kazımov tədbirin ərsəyə gəlməsi üçün böyük bir komandanın çalışdığını, ssenarini yazarkən bir çox fiziki məhdudiyyətli insanla fikir mübadiləsindən bəhrələndiyini və tədbirin tamaşaçılar tərəfindən bəyənildiyi üçün sevincli olduğunu deyib.
“Yenilməzlər” beynəlxalq qala təqdimatının bir qrup yaradıcı heyətinə təşəkkürnamələr təqdim olunduqdan sonra AMPK-nın loqosu nümayiş etdirilib.

İlk baxışdan sadə görünən loqo özündə paralimpiya ruhunu əks etdirir. Loqonun mərkəzində yüksələn məşəl qalibiyyəti və qələbə ruhunu təcəssüm etdirir. Alovun dilləri Azərbaycan bayrağının rənglərinə boyanıb. Aşağı hissədə isə Beynəlxalq Paralimpiya Komitəsinin “Hərəkətdə olan ruh” simvolu yer alıb. Loqoda uğuru və dinamik həyatı özündə əks etdirən ürək formasında həyat rəmzi də yer alıb.

Qeyd edək ki, “Yenilməzlər” beynəlxalq qala tədbir Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə noyabrın 13-də Bakıda, Gənc Tamaşaçılar Teatrında keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Beynəlxalq Paralimpiya Komitəsinin təmsilçiləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Heydər Əliyev Fondunun və Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən və özünəməxsusluğu ilə seçilən tədbirdə fiziki məhdudiyyətli insanların həyat hekayələri kölgə teatrı, ultrabənövşəyi şou və pantomima tamaşaları vasitəsilə təqdim olunub.
Xəbər 921 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
02.05.2023 Paralimpiyaçımız güllə atıcılığı üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb
14.03.2023 Paracüdoçumuz Xanım Hüseynova Qran-Pri turnirində qızıl medal qazanıb
15.02.2023 Tələbələr Milli Paralimpiya Komitəsində təcrübə keçəcəklər
31.01.2023 “Los-Anceles 2028” Yay Paralimpiya Oyunlarının proqramına 22 idman növü daxil edilib
28.12.2022 Paralimpiyaçılarımız cari ildə mötəbər turnirlərdə 77 medal qazanıblar
19.11.2022 AMPK-nın prezidenti Afrika Milli Paralimpiya komitələrinin iclasında iştirak edib
18.11.2022 İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsinin növbədənkənar Baş Assambleyasının iclasında çıxış edib
18.11.2022 Azərbaycanda Paralimpiya hərəkatının inkişafı yüksək qiymətləndirilib
15.06.2022 Paraüzgüçümüz Vəli İsrafilov dünya çempionu olub
20.05.2022 Azərbaycan parataekvondoçusu Avropa çempionatının finalına yüksəlib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru