Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
23/01 | 10:16 Muxtar respublikanın Yüngül Atletika Federasiyasının idmançıları müxtəlif səviyyəli yarışlarda 10 medal qazanıblar
23/01 | 10:01 Şahmatçılarımızdan “Masters” turnirində iki qələbə, bir məğlubiyyət
23/01 | 09:52 Veyk-an Zeedə şahmatçılarımız “sülh”ə razılaşıblar
22/01 | 22:59 Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
22/01 | 21:45 Beynəlxalq Olimpiya Komitəsi: İqlim dəyişikliyi idmançılar üçün təhlükə yaradır
22/01 | 20:11 Təl-Əviv Qran-Prisində mübarizə aparacaq cüdoçularımızın ilk rəqibləri bəlli olub
22/01 | 19:41 Sambo üzrə açıq paytaxt birinciliyinin qalibləri müəyyənləşib
22/01 | 19:18 “Qəbələ”-“Etar” oyununda hesab açılmayıb
22/01 | 19:02 Azərbaycanın U-19 komandası “Alanyaspor”u məğlub edib
22/01 | 18:42 “Azərreyl” komandası Azərbaycan Yüksək Liqasında ilk qələbəsini qazanıb
22/01 | 18:03 İsveçrədə futbol üzrə FIFA e-klub dünya çempionatının qrup mərhələsinin püşkü atılıb
22/01 | 17:57 Atletika üzrə Azərbaycan çempionatında 100-ə yaxın idmançı iştirak edəcək
22/01 | 17:24 “Səbail” klubu iranlı futbolçunu heyətinə qatıb
22/01 | 16:50 Karate üzrə 11-ci beynəlxalq “Baku Open” turniri keçiriləcək
22/01 | 16:10 “Qəbələ”nin Türkiyədə keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi dəyişib
22/01 | 15:57 “Neftçi” klubu ispaniyalı mütəxəssislə müqavilə imzalayıb
22/01 | 15:16 Azərbaycanın üç komandası Antalyada növbəti yoxlama oyunları keçirəcəklər
22/01 | 14:55 Cüdoçularımız Təl-Əvivdə Qran-Pri turnirində güclərini sınayacaqlar
22/01 | 14:18 “Qarabağ”ın futbolçusu U-19 millimizə dəvət olunub
22/01 | 13:41 Azərbaycan Yüksək Liqası: “Azərreyl” komandası “Express” ilə qarşılaşacaq
22/01 | 12:36 Azərbaycan millisi yenidən Özbəkistan yığması ilə qarşılaşacaq
22/01 | 12:03 Rauf Məmmədov Veyk-an Zeedə növbəti partiyanı Jorden Van Foreestə qarşı keçirəcək
22/01 | 12:00 Şahmatçılarımız “Gibraltar International Chess Festival 2020” festivalının ikinci turunda mübarizə aparacaqlar
22/01 | 11:59 Qadın paracüdoçularımızın Batumidə təlim-məşq toplanışı başlayıb
22/01 | 11:19 Vuhanda keçirilməsi nəzərdə tutulan boks yarışları başqa şəhərdə təşkil oluna bilər
22/01 | 11:06 Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığması ilə qarşılaşıb
22/01 | 10:22 Şahmatçılarımız “Gibraltar International Chess Festival 2020”yə qələbə ilə başlayıblar
22/01 | 10:07 AİJF İdarə Heyətinin iclası keçirilib
22/01 | 09:55 Karate üzrə komandamız Fransada Premyer Liqada çıxış edəcək
21/01 | 22:23 “Səbail” və “Sabah” komandaları yoxlama oyunlarında çoxqollu heç-heçə ediblər
21/01 | 21:25 Formula 1 yarışları azarkeşlərin sayına görə Çempionlar Liqası və İngiltərə Premyer Liqasını qabaqlayır
21/01 | 20:19 Ağcabədidə voleybol üzrə rayon birinciliyi keçirilib
21/01 | 19:19 Azərbaycan Milli Paralimpiya Komitəsində iclas keçirilib
21/01 | 19:13 20 Yanvar şəhidlərinin xatirəsinə ciu-citsu üzrə Bakı turniri keçirilib
21/01 | 18:54 “Zirə” klubu Serbiyanın “Napredak” komandasının qapısından iki cavabsız top keçirib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 14 9 4 1 24-7 31
2 Neftçi 14 7 4 3 22-11 25
3 Keşlə 14 6 5 3 18-12 23
4 Sumqayıt 14 5 3 6 18-20 18
5 Zirə 14 4 5 5 18-22 17
6 Sabah 14 3 4 7 14-18 13
7 Qəbələ 14 3 4 7 14-24 13
8 Səbail 14 3 3 8 10-24 12
ADBTİA məzunlarına diplomlar təqdim edildi
Tarix: 18.11.2019 | Saat: 20:00:00 | E-mail | Çapa göndər
Akademiya “İdman tibbi və reabilitasiya", “İdman menecmenti" ixtisasları üzrə ingilis dilində beynəlxalq tədrisini uğurla davam etdirir

Noyabrın 18-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ingilis dilində tədris olunan magistr proqramları məzunlarına diplomların təqdim edilməsi mərasimi keçirildi.

Dövlət himnimizin səsləndirilməsi ilə başlanan tədbirin əvvəlində Akademiyanın gündəlik təlim-tədris həyatından bəhs edən qısa videoçarx nümayiş etdirildi. ADBTİA-nın rektoru Fuad Hacıyev çıxış edərək müasir əmək bazarına rəqabət qabiliyyətli kadrların yetişdirilməsi yolunda son illərdə görülən işlərdən danışdı. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Akademiya bacarıqlı kadrların yetişdirilməsi üçün bir çox addımlar atıb. Hələ ötən il noyabrın 16-da dövlətimizin başçısı ölkəmizin ali təhsil sisteminin beynəlxalq rəqabətliliyini artırılması üzrə Dövlət Proqramını təsdiq edib. Bu məqsədlə, idman təhsili sahəsində müxtəlif tədris modelləri öyrənilib və bunun əsasında hələ 2017-ci ildən etibarən ADBTİA-nın magistratura səviyyəsində "İdman tibbi və reabilitasiya", "İdman menecmenti" və "İdman jurnalistikası" ixtisaslarının ingilis dilində və beynəlxalq standartlara uyğun tədrisinə başlanılmışdı.
Rektor bildirdi ki, bu gün diplom alan gənclər "İdman tibbi və reabilitasiya" və "İdman menecmenti" ixtisaslarının ilk məzunlarıdır.

Tədbirdə "İdman tibbi və reabilitasiya" proqramının rəhbəri, Böyük Britaniyanın UCL Universitetinin İdman, Məşq və Sağlamlıq İnstitutunun aparıcı eksperti, AİBA-nın Tibbi komissiyasının rəhbəri, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi bölməsinin vitse-prezidenti, Avropanın "İdman tibbi" tədris standartının müəllifi doktor Maykl Pol Luzmor, "İdman menecmenti" magistr proqramının xarici eksperti, Tübingen Universitetinin professoru, Almaniya Köln İdman Universitetinin dosenti, Avropa İdman İqtisadiyyatı Assosiasiyasının təsisçisi Tim Pavlovski və ADBTİA-nın tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-Zadə çıxış edərək görülən işlərdən, tədris prosesindən danışdılar, ilk məzunlara uğurlar arzuladılar.

Çıxışlardan sonra Gənclər və İdman naziri Azad Rəhimov Maykl Pol Luzmor və Tim Pavlovskiyə Gənclər və İdman Naziriliyinin fəxri fərmanlarını təqdim etdi. Ardınca nazir Azad Rəhimovla birgə, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, UCL Universitetinin Professoru Mayk Luzmor, Avropa Gimnastika Birliyinin prezidenti Fərid Qayıbov, ADBTİA-nın rektoru Fuad Hacıyev, ADBTİA-nın prorektoru Təhminə Tağı-zadə, "İdman menecmenti" magistr proqramının xarici eksperti Tim Pavlovski və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevin iştirakı ilə məzunlara diplomların təqdim edilməsi oldu. Onlar "İdman tibbi və reabilitasiya" proqramının məzunları Müjqan Muradova, Nigar Heydərova, Olcay Bayramov, Vüsalə Kazımova, Zərifə Kamilova və "İdman menecmenti" proqramının məzunları İsmayıl Aşırov, Cəmil Əliyev, Yaşar Paşazadəyə magistr diplomlarını təqdim etdilər. Təqdimetmə zamanı "İdman tibbi və reabilitasiya" proqramının məzunlarına UCL Universitetinin İdman, Məşq və Sağlamlıq İnstitutunun sertifikatları da verildi.

Sonda tələbələrin adından "İdman tibbi və reabilitasiya" magistr proqramının məzunu Zərifə Kamilova çıxış edərək onların belə yüksək səviyyədə təhsil almalarına şərait yaradıldığı üçün dövlətimizə və Akademiya rəhbərliyinə minnətdarlıq etdi.

Tədbirin bədii hissəsində "Mix Art" kvartetinin ifasında klassik musiqilər səsləndirildi.


Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 342 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.12.2019 İlin ən yaxşı idmançıları mükafatlandırılıb
27.12.2019 Cari ildə Azərbaycan idmançıları 775 medal qazanıblar
13.12.2019 Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü
29.11.2019 Nazir Azad Rəhimov Baş Assambleyaların məhz Zirvə Toplantılarından öncə keçirilməsini təklif etdi
08.11.2019 Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü
31.10.2019 Azad Rəhimov Azərbaycanın 10 ölkəyə ekspert yardımı göstərməyə hazır olduğunu bildirib
29.10.2019 Parisdə Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
26.10.2019 Nazir Azad Rəhimov AOK-un 48-ci Baş Assambleyasında çıxış edib
21.10.2019 “Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir”
18.10.2019 Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru