Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14/04 | 18:55 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
14/04 | 14:37 Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb
14/04 | 10:21 Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb
14/04 | 09:20 Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq
14/04 | 08:19 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb
13/04 | 22:55 Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk mükafatçıları bəlli olub
13/04 | 18:27 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qəbələ"ni məğlub edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Karateçilərimiz Avropa çempionatından 8 medalla qayıdıblar
Tarix: 05.11.2019 | Saat: 17:43:00 | E-mail | Çapa göndər
Macarıstanın Monor şəhərində vado-kai karate üzrə 47-ci Avropa çempionatı keçirilib. 16 ölkədən 600-dən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan karateçiləri də mübarizə aparıblar. Qitə çempionatında ölkəmizi “Azərbaycan Vado-Ryu Karate-do” klubunun 10 idmançısı təmsil edib.

Avropa Vado-Kai Karate-Do Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, Əməkdar məşqçi Gündüz Mahmudovun rəhbərliyi altında Macarıstana yollanan karateçilərimiz çempionatda uğurla çıxış ediblər. Təmsilçilərimiz müxtəlif yaş kateqoriyaları üzrə fərdi yarışlarda 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanıblar. 14-15 yaşlı idmançıların mübarizəsində çıxış edən karateçimiz Musa Məmmədov 63 kq çəki dərəcəsində qızıl medala sahib çıxıb. Komandamızın digər üzvü Fərid Ağayev (-76 kq) isə 16-17 yaşlı idmançıların yarışında fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Yığmamızın digər üzvü Rəsul Abbasov (-57 kq) 14-15 yaşlı idmançılar arasında yalnız finalda uduzaraq ikinci yeri tutub. Komandamıza digər gümüş medalları 16-17 yaşlı idmançılar arasında yarışan Abbas Dadaşov (-68 kq), Adil Quliyev (-76 kq) və 18-21 yaşlı idmançılar arasında çıxış edən Nuri Əliyev (-68 kq) qazandırıb. Digər təmsilçimiz Kənan Babayev (-68 kq) isə 16-17 yaşlı idmançıların mübarizəsində bürünc medala sahib olub.

Karateçilərimiz komanda yarışlarında da uğurla çıxış ediblər. Heyətində Kənan Babayev, Fərid Ağayev, Abbas Dadaşov və İlknur Əlipoladovun yer aldığı komandamız 16-17 yaşınadək idmançılar arasında birinci yeri tutub. Karateçilərimiz ilk görüşdə ev sahibləri olan Macarıstan komandasına qalib gəliblər. Növbəti mərhələlərdə İtaliya və Şotlandiya yığmalarından da üstün olan komandamız finala vəsiqə qazanıb. Həlledici görüşdə güclü Almaniya millisinə də qalib gələn yeniyetmə karateçilərimiz çempionatın komanda yarışlarının qızıl medalına sahib çıxıblar.

Qeyd edək ki, Macarıstana yollanan Azərbaycan yığmasının tərkibində təşkilatın kumite üzrə baş məşqçisi Namiq Pirverdiyev də yer alıb. Komandamızın heyətində yer alan milli dərəcəli hakimimiz Vidadi Mahmudov isə 47-ci Avropa çempionatında ədaləti qoruyub.
Xəbər 820 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.04.2024 Azərbaycan karateçiləri Rusiyada beynəlxalq turnirdə 4 medal qazanıblar
17.03.2024 Azərbaycan karateçisi Türkiyədə Premyer Liqada medal qazanıb
12.02.2024 Azərbaycan karateçiləri Tbilisidə keçirilən Avropa çempionatında 8 medal qazanıblar
30.01.2024 Azərbaycan döyüşçüləri Macarıstanda beş medal qazanıblar
11.12.2023 Azərbaycan karateçiləri İtaliyada iki medal qazanıblar
04.12.2023 Karate üzrə Azərbaycan çempionatına yekun vurulub
27.11.2023 Azərbaycan karateçisi dünya çempionatında tarixi uğura imza atıb
26.11.2023 Azərbaycanlı karateçi Almatıda dünya çempionu olub
22.11.2023 Azərbaycan karateçiləri dünya çempionatında iştirak edəcəklər
15.11.2023 Azərbaycan karateçiləri beynəlxalq turnirdə yeddi medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru