Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
29/02 | 16:23 Azərbaycanın yeniyetmə cüdoçuları Antalyada Avropa kuboku turnirində iştirak edirlər
29/02 | 15:40 “Voleybol üçün daha bir gün” festivalının iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
29/02 | 15:31 Rafael Ağayev Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
29/02 | 14:28 Gimnastımız Macarıstanda bürünc medal qazanıb
29/02 | 13:59 Bu gün Futbol üzrə Azərbaycan çempionatının XIX turuna start veriləcək
29/02 | 12:50 Varşavada keçirilən açıq Avropa turnirində 18 cüdoçumuz mübarizə aparır
29/02 | 11:17 Avstriyada Premyer Liqa turnirinin ikinci günündə 8 karateçimiz mübarizəyə qoşulur
29/02 | 10:12 Olimpiya Oyunlarını yalnız dövlət başçıları açıq elan edirlər
29/02 | 09:25 Güllə atıcılığı üzrə Sumqayıt şəhər birinciliyində qırx komanda qalib adı uğrunda mübarizə aparıb
28/02 | 21:44 Azərbaycanın U-19 komandası yoxlama oyunlarında gücünü sınayıb
28/02 | 21:14 Bakıda “Voleybol üçün daha bir gün” devizi altında festival keçiriləcək
28/02 | 20:19 Qrossmeyster Eltac Səfərli uşaqlar üçün seans oyunu keçirib
28/02 | 20:11 Taekvondo üzrə açıq Bakı birinciliyinə start verilib
28/02 | 19:26 Xüsusi Olimpiya Komitəsinin hesabat-seçki konfransı keçirilib
28/02 | 19:03 Antalyada Azərbaycan cüdoçularının da qatılacaqları Avropa kuboku yarışları keçiriləcək
28/02 | 18:37 “Aeroflot open 2020”nin proqramına daxil olan ənənəvi blits turnirinin qalibi müəyyənləşib
28/02 | 18:18 Uşu üzrə XXVIII Azərbaycan çempionatı keçiriləcək
28/02 | 17:55 Yüksək Liqa: MOİK “Azərreyl”i, “Express” isə “Sərhədçi”ni məğlub edib
28/02 | 17:13 Milli Olimpiya Komitəsi “Tokio-2020”yə hazırlıq çərçivəsində əməkdaşlığa dair memorandumlar imzalayıb
28/02 | 16:55 UEFA-nın yeni reytinq cədvəlində Azərbaycan millisinin mövqeyi dəyişməyib
28/02 | 16:33 Veteran futbolçularla görüş olub
28/02 | 16:02 Emil Balayev Norveçin “Bude-Qlimt” klubunda baxışdadır
28/02 | 15:36 Formula 2: “Trident” komandası yeni mövsüm üçün heyətini açıqlayıb
28/02 | 15:05 “Mercedes”in pilotu Valtteri Bottas “F1 Joburg Festival”ında iştirak edəcək
28/02 | 14:06 Karateçilərimiz Avstriyada Premyer Liqa turnirində mübarizəyə başlayırlar
28/02 | 13:12 Mərakeşdə Azərbaycan cüdoçularının da qatılacaqları Qran-Pri turniri keçiriləcək
28/02 | 12:36 “Tokio 2020” təşkilatçıları ilk dəfə olaraq öz rəsmi idman piktoqramlarını təqdim edib
28/02 | 12:07 Gənc azərbaycanlı şahmatçı “Aeroflot open” festivalının qalibi olub
28/02 | 11:43 "Atletiko Baku” futzal komandası “Ajara Cup 2020”yə qələbə ilə başlayıb
28/02 | 11:14 “Tokio 2020” təşkilatçıları məşəl estafetinin marşrutunu azaltmağı düşünür
28/02 | 10:53 Cüdo üzrə Azərbaycan birinciliyində fərdi yarışlar başa çatıb
28/02 | 10:00 Boks üzrə 2021-ci ildə keçiriləcək dünya çempionatı Serbiyada təşkil olunacaq
28/02 | 09:52 Azərbaycanlı qılıncoynadan Avropa çempionatında doqquzuncu olub
27/02 | 22:00 Azərbaycanın iki idmançısı Belarus Atletika Federasiyası tərəfindən mükafatlandırılıb
27/02 | 20:57 Gənc qılıncoynadanlarımız Avropa çempionatında mübarizəyə başlayıblar
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 18 12 5 1 32-7 41
2 Neftçi 18 9 6 3 28-13 33
3 Keşlə 18 8 5 5 25-17 29
4 Sumqayıt 18 6 4 8 22-25 22
5 Zirə 18 5 5 8 21-34 20
6 Sabah 18 5 5 8 19-23 20
7 Səbail 18 5 4 9 14-26 19
8 Qəbələ 18 3 4 11 18-34 13
Azərbaycan güləşçiləri dünya çempionatının ikinci günündə dörd medal qazanıblar
Tarix: 30.10.2019 | Saat: 09:56:00 | E-mail | Çapa göndər
Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir. Çempionatın ikinci günündə - oktyabrın 29-da sərbəst güləşçilərimiz 4 medal qazanıblar.

Mübarizəyə səkkizdəbir finaldan qoşulan Turan Bayramov (65 kq) ilk görüşündə kanadalı həmkarını məğlub edib. Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib. Fransa təmsilçisi ilə qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Turan ilk hissəni 0:1 geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb və debüt etdiyi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb. Yapon güləşçi ilə finalda sona az qalmış rəqibi əks-fənddə yaxalayan T.Bayramov 23 yaşadək güləşçilər arasında dünya çempionu olub.

Millimizin digər üzvü Abubakr Abakarov (79 kq) mundiala inamlı start verib. Titullu güləşçimiz ilk mərhələdə qırğız rəqibinə vaxtından əvvəl qalib gəlib. Təmsilçimiz daha sonra Rusiya güləşçisini tam üstünlüklə yenib. Yarımfinalda Moldova idmançısını çətinlik çəkmədən ilk hissədə məğlub edən A.Abakarov adını yarımfinala yazdırıb. Hindistan güləşçisinə də aman verməyən təmsilçimiz finalda güləşmək hüququ qazanıb. Həlledici qarşılaşmaya çox yaxşı başlayan A.Abakarov 4 xal qazansa da, çevirmə fəndi edərkən səhvə yol verərək gürcü həmkarına uduzub və gümüş medalla kifayətlənib.

Güləşçimiz Əfqan Xaşalov (57 kq) son saniyələrdə üstünlüyü əldən verərək kubalı rəqibinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi həmyerlimizə təsəlliverici görüşə çıxmaq imkanı verib. Çinli həmkarına heç bir şans tanımayan Ə.Xaşalov üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Rusiya güləşçisi ilə gərgin keçən görüşdə əzmkarlıq nümayiş etdirən təmsilçimiz son saniyələrdə qazandığı xallarla dünya çempionatında ilk medalımızı qazanıb.

Mundialda 70 kiloqram çəki dərəcəsində çıxış edən Davud İbrahimov debütdə İsveçrə təmsilçisini çətinliklə üstələyib. ABŞ güləşçisi ilə görüş də gərgin mübarizə şəraitində keçib. Yekunda D.İbrahimov minimal hesablı qələbəyə sevinib. Ancaq təmsilçimiz 1/4 finalda Rusiya güləşçisi ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün pəhləvanımız təsəlliverici görüşə çıxıb. Monqolustan idmançısına ilk hissədə tam üstünlüklə qalib gələn D.İbrahimov üçüncü yer uğrunda görüşə vəsiqə qazanıb. İran pəhləvanı ilə həlledici qarşılaşma elə ilk hissədə başa çatıb. Gözəl fənd tətbiq edən təmsilçimiz “tuşe” ilə qalib gələrək dünya üçüncüsü olub.
Xəbər 109 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
26.02.2020 Yunan-Roma güləşçilərimizin hazırlıq prosesinə rusiyalı idmançılar cəlb olunub
25.02.2020 Yunan-Roma güləşçilərimiz Avropa Olimpiya Təsnifat turnirinə hazırlığı davam etdirirlər
24.02.2020 Sərbəst güləşçilərimiz Avropa Olimpiya təsnifat turnirinə hazırlığı davam etdirirlər
19.02.2020 Sərbəst güləş üzrə millimiz Kislovodskda təlim-məşq toplanışına başlayıb
19.02.2020 Qol güləşi üzrə Bakı birinciliyi keçirilib
18.02.2020 Fərqli güləş növləri üzrə açıq Bakı turniri keçiriləcək
17.02.2020 Azərbaycan güləşçiləri Avropa çempionatını 13 medalla başa vurublar
16.02.2020 Sərbəst güləşçilərimiz Avropa çempionatında bir gümüş və iki bürünc medal əldə ediblər
15.02.2020 Sərbəst güləşçimiz İntiqam Vəlizadə Avropa çempionatının yarımfinalında mübarizə aparacaq
15.02.2020 Bu gün daha beş sərbəst güləşçimiz Avropa çempionatında mübarizəyə qoşulacaq


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru