Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Əbədi olimpiya məşəli Londona yol aldı
Tarix: 22.05.2012 | Saat: 06:47:00 | E-mail | Çapa göndər
(Tarixə qısa səyahət)

Mayın 18-də axşam saatlarında olimpiya məşəli Böyük Britaniya paytaxtı Londona çatdırıldı. Bundan 8 gün əvvəl Yunanıstanda əbədi vətəni Olimp dağının ətəyində alovlandırılmış məşəl 1896-cı ildə ilk Oyunların keçirildiyi «Panatinaikos» arenasında təşkilatçı şəhər Londonun nümayəndə heyətinə təhvil verildi. Oyunların rəsmi tərəfdaşı Britaniya Hava Yollarına («British Airways») məxsus və qızılı rəngə boyanmış «BA2012» adlandırılmış A319 hava gəmisində onu Britaniyanın Kral Hərbi dəniz hava donanmasının bazası «Kuldrouz»a gətirildi. Məşəli 500-ə yaxın rəsmi şəxs qarşıladı.
Alovu ingiltərə paytaxtına gətirən nümayəndə heyətində isə şahzadə Anna və məşhur futbolçu, futbol bazarının ən gəlirli futbolçusu, ABŞ-ın «Los Anceles Qələksi» klubunun üzvü Devid Bekhem də yer almışdılar. Şahzadə məşəli təyyarədən yerə endirdi, onu Londonda ilk yandıran isə Bekhem oldu. Estafetin Britaniya mərhələsinin birinci iştirakçısı yelkənli qayıqsürən, üçqat olimpiya çempionu Ben Eynsli oldu və onu 18 yaşlı sörfinqçi Anastasia Suolluyə təhvil verdi.
Ertəsi gün əbədi rəmz Britaniya yolçuluğuna İngiltərənin cənub-qərbindəki Kornuoll yarımadasındakı Ləndz End (“Dünyanın qurtaracağı”) burnundan çıxdı. O, 1018 yaşayış məntəqəsindən keçərək, iyulun 27-də Oyunların təntənəli açılış mərasimi keçirilən arenaya gətiriləcək. Britaniyanın 4 hissəsinin hamısını – İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyanı, habelə Birləşmiş Krallığa daxil olan Men, həmçinin Normand adalar qrupunun Gernsi və Cersi adalarını gəzəcək məşəl, müstəqil ölkə olan İrlandiyanın paytaxtı Dublinə, oradan da iyunun 6-da məşəl Şimali İrlandiyanın paytaxtı Dublinə gətiriləcək. İyulun 10-da onu kraliçası 2-ci Elizabet Uindzor sarayında qarşılayacaq. Olimpiadanın başlanmasına bir həftə qalmış məşəl Londonun bütün rayonlarını gəzəcək və Temza boyunca “səyahət” edəcək. Onu bu müddət ərzində 8 min insan daşıyacaq. Lakin məşəli Olimpiya stadionunda alovlandıracaq şəxsin adı, təbii ki, son məqama qədər sirr olaraq qorunacaq.

Göründüyü kimi, məşəl olimpiyzmin ən vacib və ayrılmaz tərkib hissəsi və bayraq, medal, dəfnə yarpağı, himn, andiçmə mərasimi, loqo kimi rəmzə çevrilib. Ənənəyə görə, Peloponnesin şimal-şərqində yerləşən Olimp dağının ətəklərində onu qədim zamanlarda olduğu kimi təntənəli mərasimlə parabolik güzgü vasitəsilə günəş şüalarından əldə edirlər. Əsas məşəllə yanaşı həmin məşəldən alov alan bir neçə lampa da paralel daşınır. Çünki əsas məşəl də sönə bilər və onu yenidən alovlandırmaq üçün yenidən geri qayıtmamıq üçün bu addım atılır. Tarixdə belə bir hadisə də məlumdur. 1976-cı il Monreal Olimpiya Oyunlarında leysan məşəli söndürmüşdü.
Məşəli son mənzilinə – olimpiya stadionuna estafet yürüşü ilə çatdırırlar. Od təmizlik, oyanış, yüksəliş rəmzi olduğu kimi, estafet mərhələsi qardaşlıq, bərabərlik, sülhün tərənnümçüsüdür.
Qədim əsatirə görə odu Tanrıların atası Zevsdən oğurlamış Prometey insanlara bağışlayıb. Buna görə qəzəblənmiş Zevs Hefestə tapşırır ki, cinayətkarı Qafqaz dağlarında zəncirləsin. Onun sinəəsi nizə ilə yarılır və hər gün qartal Prometeyin bədənini didib ciyərini parçalayırmış, ertəsi yra yenidən sağalırmış.
Tarixini miladdan əvvəl 776-cı ildən götürən olimpiya oyunlarında məşəlin yarış arenasına çatıdırlmasının da maraqlı mərasimi olub. Məşəl Pritaneyona – ilahə Hestiyanın ocağı sayılan inzibati binaya gətirilirmiş. Prosesə ellanodiklər başçılıq edirmişlər. Onların ardınca kahinlər gəlirmiş. Kahinlərin arxasında qurban kəsiləcək heyvanları aparan köməkçiləri gəlirmiş. İerarxiyaya görə sonrakı cərgədə Elida və Pizanın nümayəndələri – qədim Yunanıstan ərazisində yerləşən dövlətlərin – polislərin elçiləri yer alırlarmış. Onları yarış iştirakçıları və gətirdikləri hədiyyələr müşayiət edirmiş. Son sırada ikitəkərli cəng arabaları yerləşirmiş.
Məşəlin daşınması, qorunması və sönməməsinə 10 Afina trimbi cavabdehlik daşıyırmış. Onlar bu məqsədlə 40 gəncə təlimat keçərək hazırlayırmışlar. Məsafə 2,5 kilometrə bərabər imiş.
Çağdaş tarixini 1896-cı ildən götürən olimpiya oyunlarında məşəlin alovlandırılmasının tarixçəsi 1936-cı il olimpiadasından başlayır.

1934-cü ildə bu ideyanı doktor Karl Dyem təklif etmişdi. Əslində bu təklifi hələ 1912-ci ildə çağdaş Olimpizmin banisi baron Pyerr de Kuberten vermişdi. Doğrusu, ilk məşəl də hələ 1928-ci ildə yandırılıb. Bunun üçün tarixdə ilk dəfə xüsusi qüllə də tikilib. Lakin alovun Olip ətəklərində yandırılması ilə bağlı heç bir məlumat yoxdur. Yunanıstanda yandırılmış məşəlin Oyunların vətəninədək yürüşə çıxmasına məhz Berlin olimpiadasından start verilib. Məşəl Almaniyadan savayı, 6 ölkədən - Yunanıstan, Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Çexoslovakiya və Avstriyadan 3187 km yol keçərək iyunun 20-də Berlinə gətirildi. 13 gün ərzində onun daşınmasında 3331 insan iştirak etdi. Beləcə, açılış mərasimlərində daha bir maraq doğuran ənənənin özülü qoyuldu. O vaxt stadiondakı məşəli atlet Frits Şilgen alovlandırmışdı. O vaxtdan bu ənənə son məqama qədər əsas olimpiya sirri olaraq çaxlanılır. Açığı, bunu öyrənməyə heç kim elə də maraq göstərmir və hər şey böyük açılış təntənəsi zamanı aşkar olunur.
Olimpiya məşəlinin əsas məqama çatıdırlması ilə bağlı tarixdə maraqlı məqamlar çoxdur. Onlardan bir neçəsindən söz açmaq olar.
İkinci dünya müharibəsindən sonra 1948-ci il London Oyunlarına Olimpiyadan yol alan məşəlin ilk daşıyıcısı yunan ordusunun kapralı olmuşdu. Lakin o, hərbi geyimin soyunub, silah-sursatını isə bir kənara qoydu və yürüşünə sülh və əmin-amanlığa çağırış mənasını verdi. Məşəl yenə 7 ölkə keçdi və 1416 estafetçi 13 gün ərzində 3365 km yol qət etdi. Arenada onu yenə atlet – Con Mark yandırdı.
1952-ci ildə məşəlin daşınmasına cəmi 4 ölkə cəlb olundu və ilk dəfə onu olimpiya paytaxtına təyyarə ilə gətirdilər. 25 gün ərzində 3372 qaçışçı 7870 km yol qət etdi və bu dəfə də atlet - Paavo Nurmi stadionda əsas qəhrəmana çevrildi.

Bu il həm də qış məşəlinin yandırılması ilə yaddaşlara düşdü. Amma "Ağ Oyunlar"ın alovu olimpizmin vətəni Yunanıstandan deyil, elə Norveçin özündən götürüldü. Bununla da Norveç Qış Oyunlarının tarixi vətəni adına sahib çıxmaq istədi. Məşəlin alovlandırılması üçün maraqlı ideya təklif olundu. O, xizəkçiliyin banisi sayılan Sondre Nordheymin (1825-1897) evindəki buxarıda alovlandırıldı. Qəhrəmanın evi Telemark əyalətinin Morgedal şəhərində idi. 94 xizəkçinin Osloya gətirdiyi məşəli son mənzilinə məşhur tədqiqatçı Fridtyöf Nansenin nəvəsi Eygil Nansen çatdırdı. Məşəlin Morgedalın evindəki buxarıdan götürülməsi ənənəsi növbəti iki oyunda da qorundu. Daha doğrusu, bu ixtiyarı təşkilatçılara verən Beynəlxalq Olimpiya Komitəsi sonradan məşəlin mənbəyi kimi yalnız Olimp dağını seçdi.
Sonrakı olimpiya oyunlarının məşəli də tarixdə iz qoydu. O, cəmi iki ölkədən keçməklə əbədiyyət qazandı. Melburn stadionuna onu 3608 iştirakçı çatdırdı və əsas qəhrəman atlet Ron Klark oldu. 21 günlük marafon 20470 km məsafəni əhatə etdi. Bu oyunların atçılıq proqramı İsveç paytaxtı Stokholmda təşkil olundu və burada məşəli Hans Vikne yandırdı.
1960-cı il Roma olimpiadasının da özünəməxsusluğu oldu. Alov 14 gün ərzində Yunanıstandan birbaşa Romaya çatdırıldı və 2750 km-i 1529 nəfərlə qət etdi və son estafet Cankarlo Perisə verildi.
Asiyaya gətirilən ilk məşəl Tokioya qədər 12 ölkədən keçdi, 5244 nəfər 51 gün ərzində onu 26065 km-dən keçirdi. Yaponiya paytaxtı tarixə tək bununla düşmədi. İlk dəfə yay olimpiya oyunlarında məşəli atlet yandırmadı. Gündoğarlılar tam fərqli qərar verərək, mərasimi nüvə silahı əleyhinə etiraz səsinə çevirdilər. Hirosimaya atom bombası atıldığı gün – 1945-ci il avqustun 6-da dünyaya gəlmiş yapon tələbə Yosinori Sakai bu şərəfə nail oldu.
Amerikada keçirilən ilk olimpiya məşəli Xristofor Kolumbun özü də bilmədən Amerikaya səyahətinin təkrarı oldu. Estafetdə 2778 qaçışçı iştirak etdi. Onlar 51 gün ərzində 13620 km yol qət edərək Mexikoya yetişdilər və yanar piyalədə son atəşi atlet Norma Enriketa Bazilio de Sotelo yandırdı.
1972-ci ildə məşəl 5532 km yol keçdi. 30 gün ərzində 7 ölkədən onu 6000 nəfər daşıdı və atlet Günter Zana verildi.

1976-cı il olimpiadası uzaq Monrealda keçirilsə də, ən az məsafə qət edildi: cəmi 775 km yol, 2 ölkə, 1214 iştirakçı və 5 gün. Bu məşəl tərixə daha bir yenilik izi qoydu və ən qısa yol da elə buna görə mümkün oldu. Onu lazer şüasına çevirərək süni peyk vasitəsilə birbaşa Ottavaya göndərdilər. Məşəlin yandırılması da yenə fərqli qərarla müşayiət olundu. Onu Stefan Prefonten və Sandra Henlderson alovlandırdılar. Onların, uyğun olaraq, 18 və 16 yaşları var idi və bununla kanadalılar olimpiya nəslinin yenilənməsini rəmz etdirirdilər.
Sovet paytaxtına doğru olimpiya məşəlinin yolu 4 ölkədən keçdi. 31 gün ərzində 4915 km yolu məşəl 5000 alovaparanla keçdi. İlk və hələlik sonuncu dəfə onu basketbolçu Sergey Belov baş olimpiya piyaləsini yandırdı.
Los Ancelesə aparan yol da uzaq olsa, məşəl cəmi 1500 km yol keçdi. Onu 83 gün ərzində 2 ölkədən keçməklə 3636 qaçışıçı apardı. Bu dəfə də atlet baş qəhrəman olmadı. Onnövçü Rafer Conson olimpiya ən çox yarış proqramının təmsilçisi kimi son qəhrəmana çevrildi.
Seul da Olimpə elə yaxın şəhər deyil. Ora aparan yol 26 gün çəkdi. 15,25 min km məsafəni 1469 məşəlçi qət etdi. Məşəlin atəşgədəsinə çatanda daha bir fərqli qərar verildi. Bu dəf 3 atlet – Çon Sun Man, Kim Von Thak və Son Mi Çun birgə məşələ yaxınlaşdılar.

1992-ci il yaddaşlara ən çox iştirakçı ilə düşdü. Daha doğrusu, ilk dəfə idi 10 mindən artıq insan (10448) 51 gün ərizində məşəlin 6307 km yol keçməsinə yardımçı oldular. Məşəlin stadionda yandırılması da tarixin əbədi yaddaşının bir parçasıqa çevrildi. Paralimpiyaçı oxatan Antonio Robollo yanar oxla alov çanağını nişan alaraq olimpiya səmasını işıqlandırdı.
Onminlərlə insanın iştirakı 100-illik təntənələrində də saxlandı. İlk dəfə və bundan sonra məşəlin keçdiyi yolun sponsoruna və təşkilatçısına məşhur «Koka Kola» şirkəti də qoşuldu. Atlantaya gedən 27,98 min km yolu 13267 insan 92 günə ölçdü. Bəlkə də olimpiya məşəlləri tarixini ən təsirldi qərarı verilərək, təşkilatçılar ən ədalətli qərarla məşəli ən uca məqama boks tarixinin ən parlaq şəxsiyyəti, dünya idmanında təkrarolunmaz addımları ilə haqq soraqçısına çevrilmiş Məhəmməd Əliyə verdilər.
Sidney Oyunlarının məşəli ilk növbədə onunla yadda qaldı ki, ilk dəfə z dəqiqə ərzində suyun altından da keçirildi. Onminlik ənənə bu dəfə də qorundu. 13,3 min insan 13 ölkədən keçən 27 min km yolu saymaqla 127 gün ərzində böyük təntənələrin iştirakçısı oldular. Məşhur atlet Keti Frimən stadionun alqışları ilə baş məşəlgaha yüksəldi.
2004-cü il oyunları öz Vətənindən uzağa getməməli idi. Lakin təşkilatçılar onu 78 günlük dünya ətrafına səyahətə çıxardılar. 27 ölkədə və ya 78 min km yolu 12102 insan qət etdi. Yunanlar bir qədər qeyri-ənənəvi qərar verərək, sindsörfinqçi Nikos Kaklamanakisə şərəf verdilər.

Pekin olimpiadası da tarixdə əvəzolunmaz iz qoydu. Məşəl ilk dəfə dünyanın ən uca nöqtəsi Everestdə (Comolunqma) yandırıldı. Onu 129 gün ərzində 137 min km yolda 21,8 min iştirakçı 19 ölkədən keçirdi. Məşəli gimnast Li Nin yandırdı.
Məşəlin daşınması və qəhərmanları ilə bağlı əsas söz deyildi. Son olaraq onun daşınma vasitələrində müxtəlif olimpiadalarda edilmiş yeniliklərə də ümumi nəzər salaq. 1952-ci ildə təyyarə, 1956-cı ilin Stokholm hissəsində, təbii ki, atla daşıdılar. Mexikoya doğru Kolumb yolu da aydındır – gəmi, qayıq və müasirlik sorağı ilə su xizəyi ilə daşındı. 1972-ci ildə Münhendə motosikldən istifadə olundu. Lazer şüasını (1956) qeyd etdik. Los Ancelesdə ilk dəfə helikopter siyahıya salındı. 1992-ci ildə «Kataluna» freqatı, 1996-cı ildə Atalantada kanoe, poni-ekspress, paroxod və qatardan istfadə olunub
Bu dəfə istisna ilə qış oyunlarına da toxunaq. Çünki mövsümün təbii şərtləri müxtəlif qərarları təibii edir. 1952-ci ildə xizək, 1988-ci il Kalqari Qış Oyunlarında qar üstə gəzən motorlu xizək, 1992-ci ildə Albervilldə səsdənsürətli «Konkord» təyyarəsi, 1994-cü ildə Lillehammerdə maral qoşqusu, paraşüt və əlil arabası, 2002-ci ildə Solt Leyk Sitidə it qoşqusu, kirşə və at qoşqusu, 2006-cı ildə Turində «Ferrari»nin «Fomurla-1» bolidi və Venesiya qondolasından istifadə olunub.
2012-ci il məşəli də artıq yoldadır. «Yolda nə kimi yeniliklər olacaq» və ən əsası, «Onu kim yandıracaq» kimi sualların cavabınvı da çox gözləməyəcəyik. İyulun 27-də məşəl olimpiya stadionuna çatıdırlmalıdır.

BATI YAR, “İdman” qəzeti

Xəbər 1348 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.05.2020 Mariya Stadnik İradə Aşumovaya çata biləcəkmi?
09.01.2019 Lozannada 2020-ci ildə gənclər arasında III Olimpiya oyunlarının talismanı təqdim edilib
12.11.2018 İtaliya 2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
29.12.2016 AİJA 2016-nın laureatlarını elan edib
26.04.2016 Avropa qran prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışı olub
22.11.2014 Patrik Hikki: Avropa oyunlarına hazırlıq yüksək səviyyədədir
21.11.2014 Azərbaycan Prezidenti AOK-un Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib
20.11.2014 BOK prezidenti AzDBTİA-nın fəxri doktoru adını aldı
19.11.2014 Tomas Bax AzDBTİA-nın fəxri doktoru olacaq
14.11.2014 İlk Avropa Oyunlarının məşəli Yanardağda alovlansın!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru