Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
14/10 | 15:18 Cəlilabadlı veteran idmançı Tbilisidə keçirilən dünya çempionatında qızıl medal qazanıb
14/10 | 15:02 Cəlilabadda kross qaçışı üzrə ölkə çempionatına yekun vurulub
14/10 | 14:57 Tbilisidə güllə atıcılığı üzrə beynəlxalq turnir keçiriləcək
14/10 | 14:41 Şahmatçı Aydın Süleymanlıya
14/10 | 14:25 Güləşçilərimiz birinci Dünya Çimərlik Oyunlarında mübarizəyə başlayırlar
14/10 | 14:00 Azərbaycan birinci Dünya Çimərlik Oyunlarının medal sıralamasında altıncı yerdə qərarlaşıb
14/10 | 13:54 Bədii və aerobika gimnastlarının yarış həyəcanı başa çatıb
14/10 | 13:25 Azərbaycan badmintonçuları “Bahrain International Series” turnirində iştirak ediblər
14/10 | 13:02 Salyanda güllə atıcılığı üzrə Azərbaycan kuboku yarışları təşkil olunacaq
14/10 | 12:48 Usta cüdoçularımız dünya çempionatında 5 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar
14/10 | 12:30 Azərbaycan Universal Döyüş Federasiyasına yeni vitse-prezident təyin olunub
14/10 | 12:16 Şahmatçılarımız “FIDE Grand Swiss 2019” turnirinin beşinci turunda mübarizə aparacaqlar
14/10 | 12:03 Veteran güləşçilərimiz dünya çempionatında uğurla çıxış ediblər
14/10 | 11:52 Hövsan Olimpiya Kompleksində kunq-fu üzrə açıq Bakı kuboku turniri keçirilib
14/10 | 11:31 Sərbəst güləşçilərimiz Dmitri Korikin Memorialında fərqləniblər
14/10 | 11:07 Azərbaycan triatlonçuları birinci Dünya Çimərlik Oyunlarında iki medal qazanıblar
14/10 | 10:45 Cüdoçumuz açıq Avropa kubokunda bürünc medal qazanıb
14/10 | 10:04 “FIDE Grand Swiss 2019”: Şahmatçılarımızdan 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət
14/10 | 09:42 “Avro-2020”: Səkkizinci turun oyunları keçirilib
13/10 | 22:01 Macarıstan-Azərbaycan oyunu başa çatıb
13/10 | 21:08 İki idman gimnastımız "Tokio - 2020"yə lisenziya qazanıb
13/10 | 20:52 “Oyun Karvanı Azərbaycanda” layihəsinin təqdimatı olub
13/10 | 20:09 “Avro-2020”: Macarıstan - Azərbaycan oyunu başlayıb
13/10 | 18:57 Macarıstan və Azərbaycanın futbol üzrə komandalarının start heyətləri açıqlanıb
13/10 | 15:46 “Avro 2020” : Bu gün Azərbaycan millisi Macarıstan yığmasının qonağı olacaq
13/10 | 13:33 Bu gün “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək
13/10 | 12:28 “Mercedes”in pilotu Valtteri Bottas Yaponiya Qran-Prisinin qalibi olub
13/10 | 10:10 Ruslan Lunyov güllə atıcılığı üzrə Avropa kubokunun qalibi olub
13/10 | 09:27 Usta cüdoçularımız dünya çempionatında daha iki medal qazanıblar
12/10 | 22:10 Nikola Yurçeviç: Sabah layiqli oyun göstərməyə çalışacağıq
12/10 | 21:40 Azərbaycan velosipedçisi Türkiyədə ikinci olub
12/10 | 21:10 Karateçimiz Dünya Çimərlik Oyunlarında uğurla çıxış edərək növbəti mərhələyə yüksəlib
12/10 | 20:12 Gənclər təşkilatları arasında futbol yarışı keçirilib
12/10 | 19:00 Sumqayıtda idman festivalı keçirilib
12/10 | 18:55 Skopyedə Dünya Şotokan Federasiyasının Avropa çempionatı keçiriləcək
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 7 7 0 0 17-1 21
2 Keşlə 7 3 2 2 8-3 11
3 Neftçi 7 3 2 2 8-6 11
4 Səbail 7 3 1 3 8-11 10
5 Zirə 7 2 2 3 6-9 8
6 Sumqayıt 7 2 1 4 5-9 7
7 Qəbələ 7 1 2 4 3-14 5
8 Sabah 7 1 2 4 5-7 5
Bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər
Tarix: 16.09.2019 | Saat: 20:44:00 | E-mail | Çapa göndər
Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxıblar.

Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova da açılış mərasimində olub.

Mərasimdə əvvəlcə iştirakçı ölkələrin dövlət bayraqları təqdim edildi.

Açılış mərasimində çıxış edən Azərbaycanın Gənclər və İdman naziri Azad RƏHİMOV dedi:

- Hörmətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Hörmətli Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva.

Hörmətli Beynəlxalq Gimnastika Federasiyasının prezidenti cənab Morinari Vatanabe.

Beynəlxalq aləmdə idman tədbirlərinin yüksək səviyyəli təşkilatçısı kimi tanınan Azərbaycanda bu gün daha bir nüfuzlu idman yarışı keçirilir. On dörd ildən sonra Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatına ev sahibliyi edir.

2014-cü ildə istifadəyə verilən bu möhtəşəm arena dövlətimizin başçısı İlham Əliyevin ümumilikdə idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Gimnastika növləri üzrə Bakıda dünya kubokları, Avropa və dünya çempionatları yüksək səviyyədə keçirilir. Azərbaycan Gimnastika Federasiyası ardıcıl olaraq iki il dünyanın ən yaxşı federasiyası adına layiq görülüb. Təsadüfi deyil ki, Beynəlxalq Gimnastika Federasiyası bu mötəbər yarışın təşkilini məhz ölkəmizə həvalə edib.

Müasir Azərbaycan gimnastikasında olan bugünkü nailiyyətlər ölkəmizin Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Mehriban xanımın rəhbərlik etdiyi yerli təşkilat komitəsinin hər bir üzvünə, yerli və xarici könüllülərə minnətdarlığımızı bildiririk.

Sözsüz ki, yarışın Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıması, 61 ölkənin 300-dən çox idmançısının mükafatlar uğrunda mübarizə aparması dünya çempionatının gərgin mübarizə şəraitində keçəcəyinə, maraqlı və unudulmaz olacağına əminlik yaradır. İdmançılara isə yaranmış bu imkandan bəhrələnərək layiqli mübarizə aparmağı və qələbə qazanmalarını arzu edirəm.

Diqqətinizə görə çox sağ olun.

x x x

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari VATANABE çıxış edərək dedi:

- Beynəlxalq Gimnastika Federasiyasının prezidenti olaraq sizi burada – Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatında salamlamaqdan məmnunluq duyuram. Bu gündən etibarən yeddi gün ərzində dünyanın müxtəlif ölkələrindən olan bədii gimnastlar “Tokio 2020” Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaqlar. Onlar həm də gözəllik üçün yarışacaqlar. Mən inanıram ki, bu, tamaşaçılar üçün gözəl musiqi və əsrarəngiz bədii gimnastika çıxışlarının harmoniyasından həzz almaq üçün böyük bir imkandır.

Azərbaycan Gimnastika Federasiyasına, xüsusilə də federasiyanın prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimova, tədbirin bədii gimnastika üzrə səfiri Yana Batırşinaya, könüllülərə və çempionatı bu cür gözəl səviyyədə təşkil etməkdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.

Əziz gimnastlar, əminəm ki, siz bədii gimnastikanın gözəlliyini və mükəmməlliyini dünyaya nümayiş etdirəcəksiniz.

x x x
Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının sentyabrın 13-də vəfat edən, iyirmi il bu quruma rəhbərlik etmiş sabiq prezidenti Bruno Qrandinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Sonra Azad Rəhimov, Morinari Vatanabe və dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina çempionatı açıq elan etdilər.

Tanınmış müğənni və bəstəkar, Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa etdi.

Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içildi. Misir Gimnastika Federasiyasının nümayəndəsi Sarah Qhoneim hakimlər, azərbaycanlı gimnast Zöhrə Ağamirova atletlər, Meksika yığma komandasının məşqçisi Karalina Rangel isə məşqçilər adından təntənəli şəkildə and içdilər. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsip və ideallarına riayət edilməsinin ən yüksək prioritetə sahib olduğunu bir daha xatırlatdı.

Dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış “Birinci ol” mahnısını ifa etdi.

Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” şousu təqdim olundu. Şouda gimnastikanın müxtəlif növləri üzrə 200-ə yaxın gimnast və onların məşqçiləri iştirak etdilər. Bu şouda səhnəyə çıxan ən kiçik gimnastın doqquz yaşı var.

Şoudan sonra məşhur müğənni, Xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov sevilən mahnıları ilə tamaşaçıların qəlbini fəth etdi.

Beləliklə, Azərbaycan daha bir unudulmaz açılış mərasimi ilə adını dünya gimnastika yarışlarının tarixinə yazdı.

Qeyd edək ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda mübarizə aparır.

“Nağıllar gerçəkləşəcək” devizi ilə təşkil olunan dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Sentyabrın 22-dək davam edəcək çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) Tokio Olimpiadasına lisenziya əldə edəcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 71 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.10.2019 Bədii və aerobika gimnastlarının yarış həyəcanı başa çatıb
13.10.2019 İki idman gimnastımız "Tokio - 2020"yə lisenziya qazanıb
12.10.2019 Bədii gimnastika və aerobika üzrə Azərbaycan çempionatları davam edir
12.10.2019 Bədii gimnastika və aerobika üzrə yerli yarışların ilk qalibləri müəyyənləşib
11.10.2019 Azərbaycan hakimi Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təltif olunub
11.10.2019 Bədii gimnastika və aerobika üzrə Azərbaycan çempionatları davam edir
10.10.2019 Nurlana Məmmədzadə: Yerli yarışların təşkili yeniyetmə gimnastlara öz güclərini nümayiş etdirməyə geniş imkanlar açır
10.10.2019 Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinə start verilib
08.10.2019 Azərbaycan gimnastı Mixail Malkin dünya kuboku yarışlarında zədələnib
08.10.2019 Bədii gimnastika üzrə 26-cı, aerobika üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatı təşkil olunacaq


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru