Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
17/10 | 12:08 AFFA-nın baş katibinin müavini UEFA tərəfindən yeni təyinat alıb
17/10 | 11:01 Gənclər arasında dünya çempionatında 2 cüdoçumuz mübarizəyə qoşulur
17/10 | 10:50 Binəqədi rayonunda məktəblilər arasında futbol birinciliyi keçirilib
17/10 | 10:32 Abşeronun yeniyetmə cüdoçuları zona mərhələsinin qalibi adını qazanıblar
17/10 | 10:21 Formula 1 gəlirli olmasa, “Mercedes” layihəni tərk edəcək
17/10 | 09:43 Dövlət İdarəçilik Akademiyasında “Avro 2020” Könüllülük Proqramı ilə bağlı görüş olub
17/10 | 09:35 Cüdoçularımız dünya çempionatının ilk günündə iki medal qazanıblar
16/10 | 22:53 Lionel Messi altıncı dəfə “Qızıl buts” mükafatını qazanıb
16/10 | 21:37 FIA Lekleri cərimələməklə səhvə yol verib
16/10 | 20:02 Şahmatçımız dünya çempionatında ilk qələbəsini qazanıb
16/10 | 19:33 “Egypt International 2019” turnirində mübarizə aparacaq badmintonçularımızın rəqibləri bəlli olub
16/10 | 19:06 Cüdoçumuz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq
16/10 | 18:38 Uşu üzrə milli komandamız Çinə yollanıb
16/10 | 17:40 Şuşa şəhər 1 saylı tam orta məktəbdə boks üzrə açıq turnirin açılış mərasimi keçirilib
16/10 | 17:13 Milli yığmamız təlim-məşq toplanışı keçirəcək
16/10 | 16:53 Velosipedçimiz Elçin Əsədov “Tour of Peninsular” turunda liderliyini davam etdirir
16/10 | 16:25 Sərbəst güləş üzrə millimiz Dağıstanda təlim-məşq toplanışını davam etdirir
16/10 | 15:55 Azərbaycanın qadın qılıncoynadanları Türkiyədə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər
16/10 | 15:33 Şərurda keçirilən beynəlxalq turnirdə ikinci turun oyunları başa çatıb
16/10 | 15:24 Biləsuvarda qol güləşi üzrə rayon birinciliyi keçirilib
16/10 | 15:09 Şahmatçımız Məhəmməd Muradlı dünya çempionatının ikinci turunda mübarizə aparacaq
16/10 | 14:50 Azərbaycan kapoeyraçıları Estoniyada uğurla çıxış ediblər
16/10 | 14:16 Futzal üzrə Azərbaycan millisi Moldova, Monteneqro və Slovakiya yığmaları ilə qarşılaşacaq
16/10 | 13:54 Pencak-silat üzrə açıq Avropa çempionatında uğurla çıxış edən millimizin üzvləri Vətənə dönüblər
16/10 | 13:13 Gənclər arasında dünya çempionatının birinci günündə 5 cüdoçumuz mübarizə aparır
16/10 | 12:59 Şahmatçılarımızın “FIDE Grand Swiss 2019” turnirinin yeddinci turundakı rəqibləri müəyyənləşib
16/10 | 11:53 AFFA-nın baş katibi UEFA-dakı həmkarı ilə görüşüb
16/10 | 11:00 Azərbaycan Premyer Liqasında VIII turun oyunları üçün bütün təyinatları
16/10 | 10:53 Mərakeşdə dünya çempionatında 11 cüdoçumuz mübarizə aparacaq
16/10 | 10:02 “FIDE Grand Swiss 2019”: şahmatçılarımızdan 3 heç-heçə, 1 məğlubiyyət
16/10 | 09:51 Güləşçilərimiz birinci Dünya Çimərlik Oyunlarını iki medalla başa vurublar
16/10 | 09:13 “Avro 2020”: İtaliyadan böyükhesablı qələbə, İspaniyadan heç-heçə
15/10 | 22:53 Futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib
15/10 | 21:37 Millimiz San Marino yığmasına qalib gəlib
15/10 | 20:13 Formula 1 yürüş günlərinin formatına dəyişiklik edə bilər
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 7 7 0 0 17-1 21
2 Keşlə 7 3 2 2 8-3 11
3 Neftçi 7 3 2 2 8-6 11
4 Səbail 7 3 1 3 8-11 10
5 Zirə 7 2 2 3 6-9 8
6 Sumqayıt 7 2 1 4 5-9 7
7 Qəbələ 7 1 2 4 3-14 5
8 Sabah 7 1 2 4 5-7 5
Bu gün paytaxtımız 14 ildən sonra bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək
Tarix: 16.09.2019 | Saat: 11:23:00 | E-mail | Çapa göndər
Bakı 14 ildən sonra yenidən ən önəmli yarışlardan birinə - bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək. Sentyabrın 16-22-də keçiriləcək çempionat təkcə bütün dünyadan olan bədii gimnastların birincilik uğrunda mübarizəsi ilə deyil, eyni zamanda, 2020-ci ildə Tokioda təşkil ediləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə də əlamətdar olacaq.

61 ölkənin qatılacağı çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları yeddi gün ərzində ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında mübarizə aparacaqlar. Eyni zamanda, komanda hesabında ən güclülər müəyyənləşəcək.

Çempionatın qeydiyyat siyahısına əsasən, yarışa qatılacaq 300-dən çox gimnast Olimpiadaya yeni namizəd olmaq üçün bütün güclərini sərf edəcəklər. Belə ki, fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) lisenziya əldə edə biləcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin edib. Builki çempionatda çoxnövçülük xalları üzrə daha beş ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.

“Nağıllar gerçəkləşəcək” devizi altında təşkil edilən çempionatın ən yadda qalan hissələrindən biri isə möhtəşəm açılış mərasimi olacaq. Təşkilatçılar bu dəfə də rəngarəng, bənzərsiz və izləyənləri nağıllar aləminə “səyahətə aparacaq” şou vəd edirlər. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” adlı şou ilə yanaşı, Azərbaycanın məşhur ifaçılarının iştirakı da təsdiqlənib.

Çempionatın birinci günündə – açılış mərasimində məşhur müğənni, Xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov sevilən nəğmələri ilə izləyənlərin qəlbini fəth edəcək. Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, Əməkdar artist Tünzalə Ağayeva isə Azərbaycanın dövlət himnini akapella üslubunda səsləndirəcək.

Açılış mərasiminin maraqlı məqamları bununla məhdudlaşmır. Mərasimdə dünya çempionatının ulduz səfiri Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış mahnını səsləndirəcək.

Dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina da yarışları tamaşaçılarla birlikdə izləyəcək.

Çempionat zamanı Azərbaycan Gimnastika Federasiyasının rəsmi talismanı “Qur-Qur” da tamaşaçılarla olacaq. Dünya səyahətindən Bakıya yenicə qayıtmış “Qur-Qur” təəssüratlarını azarkeşlərlə bölüşəcək. Bundan başqa, yarış boyunca tamaşaçıları maraqlı müsabiqələr və əyləncəli anlar da gözləyir.

Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında ölkəmizi 9 gimnast təmsil edəcək. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Yarışın birinci günündə gimnastlar fərdi proqramda halqa və topla təsnifat mərhələsində güclərini sınayacaqlar. Ertəsi gün halqa və topla təsnifat, həmçinin final yarışları keçiriləcək. Sentyabrın 18-19-da gürzlər və lentlə təsnifat yarışları təşkil olunacaq. Eləcə də gürzlər, lentlə və komanda hesabında qaliblər müəyyənləşəcək. Çempionatın beşinci günündə - sentyabrın 20-də çoxnövçülük üzrə final yarışları baş tutacaq. Habelə “Prize of Elegance” mükafatının qalibi müəyyənləşəcək. Sentyabrın 21-də qrup hərəkətləri komandaları mübarizəyə qoşulacaqlar. Gimnastlar 5 top, 3 halqa və 2 cüt gürzlə yarışacaqlar. Günün sonunda çoxnövçülük üzrə qaliblər mükafatlandırılacaq. Ayın 22-də çempionata 5 top, 3 halqa və 2 cüt gürzlə final yarışları ilə yekun vurulacaq.

Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb. Gimnastlar ümumilikdə doqquz dəst medal uğrunda mübarizə aparacaqlar.
Xəbər 45 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.10.2019 Gimnastika üzrə ilin sonuncu yerli yarışı Sumqayıtda təşkil olunacaq
14.10.2019 Bədii və aerobika gimnastlarının yarış həyəcanı başa çatıb
13.10.2019 İki idman gimnastımız "Tokio - 2020"yə lisenziya qazanıb
12.10.2019 Bədii gimnastika və aerobika üzrə Azərbaycan çempionatları davam edir
12.10.2019 Bədii gimnastika və aerobika üzrə yerli yarışların ilk qalibləri müəyyənləşib
11.10.2019 Azərbaycan hakimi Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təltif olunub
11.10.2019 Bədii gimnastika və aerobika üzrə Azərbaycan çempionatları davam edir
10.10.2019 Nurlana Məmmədzadə: Yerli yarışların təşkili yeniyetmə gimnastlara öz güclərini nümayiş etdirməyə geniş imkanlar açır
10.10.2019 Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinə start verilib
08.10.2019 Azərbaycan gimnastı Mixail Malkin dünya kuboku yarışlarında zədələnib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru