Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
29/03 | 14:43 Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlanıb
29/03 | 11:23 Azərbaycanın 4 gimnastı Dünya Kubokunda iştirak edəcək
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Qrup raunduna düşmək üçün son şans
Tarix: 28.08.2019 | Saat: 13:00:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Möcüzə icad edənlərimiz

Azərbaycan klublarının qəfil uçuruma meyillənməsi və bu xüsusda "Neftçi"nin iflası və "Qarabağ"ın da eyni ssenari ilə üzü aşağı yuvarlanmağa başlaması klublarımızın indiki mövsüm üçün perspektivlərinə şübhə ilə yanaşmağa əsas verir.

Əlbəttə, azarkeşlik, istək, ümid və bir də rəqibin obyektiv zəif olması, haradasa, "Qarabağ"ın bu il də qrup raundunda yer alacağına, cüzi də olsa, ümid yaradır. Bir sözlə, artıq ikinci rəqib və dördüncü oyundur ki, hər şey "Qarabağ"ın öz əlindədir - uduzsa, baiskarı və udsa səbəbkarı özü olacaq, yəni rəqibin bu məsələlərə heç bir dəxli yoxdur. Oyunlar da göstərirdi ki, onlarda möcüzə icad etməyiblər. Yeri gəlmişkən, ilkin mərhələdən söz açmamağımızın səbəbi aydındır: həmin mərhələdə Azərbaycan çempionunun məğlubiyyətini klub rəhbərliyindən savayı kimsə qəbul etməzdi.

Nə üçün və nədən klublarımız, özü də eyni təmsilçilərimiz, artıq dalbadal ikinci ildir ki, bu həndəvərdə ilişirlər. "Qarabağ" oyunsuzluqla olsa belə, səviyyə, nüfuz və adının təsiri ilə qrupa düşə bilir. Di gəl, "Neftçi" ötənilki "macar faciəsi"ni bu il ondan da betər "Yehuda şahidliyi" ilə gömdü.

Əslində, bu elə bir təkrardır ki, artıq ona nə qiymət, nə də bir söz sərf etməyə dəyir. Bu səbəbdən hansısa taktiki fəndgirlikdən, gedişlərdən bəhs etməyə də lüzum yoxdur. Taktiki çözüm axtarsaq, istəsək belə, qələmin sivri ucunu əyib nədən yazaq. İllərdir eyni bataqlıqda çabalayaraq oradan çıxmaq istəməyən klublarda problemin kökü, deməli, başqadır, özəldir və ya özüldədir. Başqa cür düşünmək istəsək, ya oyun düz deyil, ya da elə həmin oyun girdabıdır, yozanlar anlamır. Başqa sözlə, yozanları da anlamaq olar: əyrisini fikirləşmək istəmirlər, oyun quranlar isə, sadəcə, heç nə anlamırmış kimi, tövrünü dəyişmir və bildiklərini dəyişmək istəmirlər. Dəyişən və dəyişməyən oyunsonrası sözlərdir, özü də bu il daha absurd şəkildə - biri "səhv etdim" deyərək, günahlarını yuduzdurmaq istəyir, digəri isə heç bunu da etmir, çünki nüfuz, ad-san sahibidir, bunu xərcləməyə başlasa belə, boğcasında, arsenalında söz çoxdur. Üstəlik oyunçularını təbrik edir və az qala, özünü də bu sıraya qoşmaq istəyir.

"Siz oynadınızsa, niyə özünüzdən imkanları aşağı olan kluba uduzdunuz?" adi, birbaşa, fəqət "Qarabağ" sükançısının yayğın cavablar ustalıqla ritorikləşdirdiyi məntiqə görə, az qala, zalım və amansız fələyin yüz min oyununun qurbanı olublar.
"Neftçi" niyə səfərdə (fərqli və ya adi qaydada) oynamaq istəmədi? - çox qəribə, amma ondan da əfzəl çox əcaib fəsadlı, yaxud da fəsadlara yol aça biləcək sualdır. Çünki klub, ən azı ya ən çoxu, buna cəhd göstərə bilərdi. Əgər deyilənlərin təbirinə uysaq, "Bney Yehuda" qəfil və möcüzəli şəkildə təşkilatlanmış və hər şeyi qəfil ilahi vergi hesabına əldə etmiş ilahi qüvvəyə çevrilib və artıq cari mövsümdə Avrokuboku başı üzərinə qaldıracağı qarşısıalınmaz faktdır, superkuboka vəsiqə alacaq bir komandanın adı məlumdur. O biri komanda isə APOEL-dir. İndidən hazırlaşın və kontorlarda gələn ilin Avropa superkubokunda APOEL - "Bney Yehuda" cütlüyünə indidən stavka edin...

Amma meydanda baş verənlər deyirdi ki, hər iki təmsilçimizin oyun çözümü bir neçə taktiki gedişdə idi və hətta indiki heyətlə, yaxud onun istənilən forması ilə mərhələ adlamaq mümkün idi. Hətta bir çoxlarının düşündüyünün əksinə olaraq, söhbət hansısa oyunçunun olub-olmamasından getmir. Hər hansısa oyunçunun meydanda varlığının vacibliyi yalnız rəqib daha güclü və taktiki imkanları geniş olanda meydana çıxır. Bu halda, həmin rəqibə qarşı dayanmaq və taktiki fəndgirlik etmək üçün bir oyunçudan asılı olan komandanın ehtiyat skamyası dar olmalıdır. Bu həmin hal idimi? Ona görə də ya "Neftçi" və "Qarabağ"ın baş məşqçiləri illərdir mənimsədikləri bir sıra ehkamları dağıdaraq öz üzərlərində işləmək istəmirlər, ya da burada başqa bir oyunları da olub. İllərdir davam edən bir hal ehkama çevrilir, ona görə başqa söz tapmaq olmur.

Axı, ola bilməz ki, mövsümün əvvəlində elə ilk oyunda tam fərqli bir üslub nümayiş etdirərək yeni mərhələnin siqnalını verən bir komanda daha sonra 180 dərəcə geri dönsün. Cəmi bir oyundan sonra həmin yeniliklərin heç izi-tozu da qalmırsa, bu möcüzəyə, icada nə ad desən vermək olar. Başqa sözlə, dediyimiz əsrlərin ədəbi nümunələrinin dili ilə "Qarabağ" elə bir möcüzə icad edə bilir ki, sonra bir sual verəndə, şairimizin məşhur kəlamını da baş məşqçisinin dil-dodağı ilə dilə gətirə bilir. Qısası, qara məni basınca...

Sübut olunsa ki, "Qarabağ"ın APOEL-lə cavab görüşündə məğlubiyyəti təsadüf idi, hər şeyə inanmaq olar. Axı, ən azı "Qarabağ"ın itirə biləcəyi bir deyil, bir neçə milyonlarla avrodan söhbət gedirsə, hələ bunun da mükafatında, ən azı, Avropa liqasının qrupuna vəsiqə, deməli, daha 6 oyunluq imkanlar varsa, qələbə həvəsli komandanın hər bir rəsmisi, məşqçisi, futbolçusu canını və hətta ondan da artığını qoyar ki, bu məbləğdən payını götürsün. Yoxsa bunlar qəfil elə həmin ədəbi dərvişlərsayağı əsatirlərə inanmağa başlayıblar ki, bundan sonrakı fələkləri özləri idarə edəcəklər, istədikləri tifağı dağıdacaqlar. Özü də söhbət bizim futbolçularımızdan gedirsə. Heç bir karyera yüksəlişi və peşəkarlıq inkişafına maraq; ad-san, imic və səviyyəyə, bacarığa və qabiliyyətə cəhd; sabaha və gələcəyə həvəs, ən sonda, vətən naminə qeyrət göstərmədən, zəhmət, əziyyət çəkmədən yerli klubların verdiyi 5-10 quruş artıq pula razı olub ölkəni tərk etməyən futbolçulardan pul hərisliyi gözləməyə də azarkeşin haqqı çatır. Beləcə, maraqların kəsişdiyi nöqtələr varsa, komandanın meydanda nə üçün can qoymadığını normal düşüncə ilə anlamaq olmaz. Yəqin yekun söz də belə olar: uduzmağı da bacarmaq lazımdır.

İndi azarkeşin ümidi qalıb cəmi bir oyuna və yaxud cəmi saat yarımlıq bir "oyun"a ki, 6 oyunluq qrup mərhələsində Avropadan heç olmasa, düz-əməlli bir komandanı Bakıda görsün.

BATI YAR

Xəbər 1086 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru