Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
15/09 | 18:18 Komandamız 7-ci arena polo üzrə dünya kubokunun qalibi olub
15/09 | 17:24 Üç şahmatçımız dünya kubokunda tay-breyk partiyalarına start verib
15/09 | 16:21 7-ci arena polo üzrə dünya kubokunun final görüşü keçirilir
15/09 | 15:00 “Koreya səfiri” kuboku turniri başa çatıb
15/09 | 14:51 Sabah Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatına start veriləcək
15/09 | 12:45 Dünya çempionatının ikinci günündə üç yunan-Roma güləşçimiz mübarizəyə qoşulacaq
15/09 | 10:23 Şəhriyar Məmmədyarov dünya kuboku turnirinin onaltıdabir finalına vəsiqə qazanıb
14/09 | 22:34 Dənizkənarı Milli Parkda açıq karate seminarı təşkil olunub
14/09 | 21:36 Azərbaycan Premyer Liqası: "Zirə" səfərdə "Sumqayıt"ı məğlub edib
14/09 | 20:22 Poloçularımız növbəti dəfə böyük hesablı qələbə qazanıblar
14/09 | 19:42 Boksçumuz Məsud Yusifzadə dünya çempionatına qələbə ilə başlayıb
14/09 | 18:18 Rafiq Hüseynov dünya çempionatının finalına yüksəlib
14/09 | 17:12 Daha üç yunan-Roma güləşçimizin dünya çempionatında rəqibi müəyyənləşib
14/09 | 15:33 Məhəmmədrəsul Məcidovun peşəkar rinqdə uğurlu debüt edib
14/09 | 14:44 Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatının medalları ictimaiyyətə təqdim olunub
14/09 | 13:12 Bu gün iki boksçumuz dünya çempionatında rinqə çıxacaq
14/09 | 13:05 Radik İsayev Yaponiya Qran-Pri turnirində yarımfinala yüksəlib
14/09 | 12:29 İki güləşçimiz dünya çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb
14/09 | 11:40 Paralimpiyaçı üzgüçülərimiz dünya çempionatında dördüncü medalı qazanıblar
14/09 | 10:49 Sumqayıtda basketbol 3×3 üzrə şəhər birinciliyinə yekun vurulub
14/09 | 09:48 Şəhriyar Məmmədyarov dünya kubokunun növbəti mərhələsində qələbə qazanıb
13/09 | 22:35 Dörd yunan-Roma güləşçimizin dünya çempionatındakı rəqibi müəyyənləşib
13/09 | 21:08 Kikboksinq üzrə muxtar respublika turniri başa çatıb
13/09 | 20:40 3x3 basketbol üzrə Sumqayıt birinciliyinə yekun vurulub
13/09 | 19:27 Yeddinci arena polo üzrə dünya kubokunun ikinci oyununda Rusiya idmançıları qalib gəliblər
13/09 | 19:07 U-17 millimizin Bakıda təlim-məşq toplanışı keçirilir
13/09 | 18:13 Bakıda 7-ci arena polo üzrə dünya kubokunun açılış mərasimi keçirilib
13/09 | 17:38 Bu gün “Qarabağ” – “Sevilya” oyununun biletləri satışa çıxarılıb
13/09 | 16:51 Lorenzo Sotomayor dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb
13/09 | 16:04 Milli Olimpiya Komitəsində İndoneziya nümayəndə heyəti ilə görüş olub
13/09 | 15:42 Dənizkənarı Milli Parkda açıq karate seminarı keçiriləcək
13/09 | 14:52 "Zərərli vərdişlərə yox deyək həmişə sağlam olaq" devizi altında futbol yarışı keçirilib
13/09 | 14:09 Çinin Şanxay şəhərində uşu üzrə dünya çempionatında iştirak edəcək millimizin heyəti açıqlanıb
13/09 | 13:27 Bakıda triatlon üzrə beynəlxalq seminar keçiriləcək
13/09 | 13:09 Paralimpiyaçı üzgüçülərimiz dünya çempionatında üçüncü medalı qazanıblar
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 3 3 0 0 8-0 9
2 Keşlə 3 2 0 1 5-1 6
3 Səbail 3 2 0 1 4-4 6
4 Zirə 3 1 1 1 2-2 4
5 Neftçi 3 1 1 1 3-3 4
6 Sumqayıt 3 1 1 2 3-5 3
7 Sabah 3 0 2 1 2-3 2
8 Qəbələ 3 0 0 3 0-9 0
Qızmar Tokio yayına təşkilatçılar nə vəd edirlər?
Tarix: 27.08.2019 | Saat: 19:39:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Artıq xeyli vaxtdır 2020-ci ilin olimpya və paralimpiya Oyunlarının keçiriləcəyi müddətdə (24 iyul-9 avqust 2020-ci il) Yaponiyada və xüsusən paytaxt Tokioda qızmar hava şəraitinin adi norma həddindən də yuxarı olacağı barədə ehtimallar barədə danışılır.

Hər halda 34-35 dərəcə həmin vaxt üçün norma həddinə yaxın hesab edilir və hətta 40 dərəcəyə qədər yüksəlir. Bu yay günlərinin rekord göstəricisi 41 dərəcə olub. Temperaturla yanaşı, rütubətin yüksək həddi vəziyyəti daha da mürəkkəbləşdirir.

İyulun 26-dan avqustun 5-dək "Enoşima"da keçirilən yelkənli qayıqlarda dünya çempionatı dövründə 1800 insan məhz hava şəraitinin təsiri ilə xəstəxanaya yerləşdirilib. Ümumən, məlumata əsasən, qızmar yay günləri Yaponiyada 11 nəfərin ölümünə və 5 mindən artıq insanın xəstəxanaya yerləşdirilməsinə səbəb olub. Hətta "euronews"un avqustun 6-da dərc etdiyi məlumata görə, iyul ayında 57 nəfər qızmar istidən dünyasını dəyişib ("insidethegames" də bu məlumatı 50 nəfərə yaxın yazaraq qeyd edir). Təbii ki, belə iqlimə öyrəncəli olmayan turistlər daha çox əziyyət çəkirlər. Olimpiada dövründə isə 11 mindən artıq idmançıya, bir o qədər də rəsmi heyətə, komandaların digər üzvlərinə, xüsusən təkcə yarış meydanlarında olmayacaq, daha çox gündüz saatlarında bu məkandan digərinə yol alacaq turistlərə, eləcə də jurnalistlərə və rəsmilərə hava şəraiti təsirini göstərəcək.
Yarışlara gəlincə, ən çox marafonçuların mübarizəsi ilə bağlı müzakirələr aparılır. Rio Oyunlarında yürüş səhər saatlarında başlamışdı. Tarixdə belə nümunələr az olmayıb. Yaponlar isə marafonçuların 5:30-da start xəttinə çıxmasını planlaşdırıblar. Mütəxəssislər həmin vaxtı orqanizm üçün ən təhlükəli vaxt hesab edirlər. Çünki orqanizm hələ tam oyanmır, səhər uyğunlaşması üçün təmrinlər lazım olur, bir sözlə, orqanizm ən mürəkkəb həddində olur. 5:30-da başlayan yarış üçün hazırlıq isə lap gecə saatlarından başlanmalıdır.

Bu kimi çətinlikləri istisna etməklə, təşkilatçılar qalan növlər və proqramlar üçün nələrsə düşünməyə cəhd göstərirlər. Texnoloji inkişafın, xüsusən səmərələşdirici təkliflərə həmişə geniş meydan açılan Yaponiyada maraqlı yeniliklər barədə məlumatlar yayılır.

Çimərlik voleybolu meydançalarının üzəri xüsusi örtüklə bağlanıb. Bunu test yarışları zamanı sınaqdan çıxarıblar. Həmçinin yarışın keçiriləcyi məkanın ətrafında xüsusi nəmişlik püskürdən maşınlar müəyyən edilmiş qrafik üzrə hərəkət edib. Tamaşaçılara sərin su və buz paylanılıb.

Olimpiada dövründə yarış meydanlarında havanın hərarətini qismən aşağı salan cihazlardan da istifadə olunacağı bildirilir. Həmçinin qapalı məkanlarda da ehtiyat tədbirlər görüləcək. Yarış məkanları yaxınlığında güclü ventilyatorların quraşdırılması nəzərdə tutulub. Açıq arenalarda da havalandırma qurğularından istifadə olunması planlaşdırılır.

Maraqlıdır ki, əsas "nou-hau"lardan biri asfalt örtüyü ilə bağlı olacaq. Xüsusi örtük infraqırmızı şüaları udmaqla asfaltın hərarətini 8 dərəcəyə qədər aşağı salacaq. Marafonun keçiriləcəyi 100 km-ə yaxın ərazidə bu yenilik mütləq qaydada tətbiq ediləcək.

Tibbi personal xüsusi qayda ilə təmin ediləcək. Hər 10 min nəfərə 2 həkim və 4 tibb bacısından ibarət tibbi kabinetlər ayrılacaq.

Ümumən, 1964-cü ildə olduğu kimi, Oyunların oktyabra keçirilməsi də müzakirə olunurdu. Lakin həmin Oyunların iştirakçılarından bəziləri elə o vaxt da hava hərarətinin və rütubətin idmançılar üçün əlverişli olmadığını deyiblər.

Son 10 ilin statistik göstəricilərinə əsasən, yay fəslində Yaponiyada orta temperatur 32 dərəcə müəyyən olunub. Bu səbəbdən Oyunları nəzərə alaraq, gələn il saatların Yay vaxtına keçirilməsi də təklif olunub. Qeyd edək ki, Yaponiya yay və qış vaxtlarını qəbul etməyən dünya ölkələrindəndir.

Ümumiyyətlə, iqlim şəraitini və təbii xüsusiyyətləri nəzərə alaraq, ölkələrin müəyyən etdikləri planların bir qismi barədə məlumatlar yayılır. Qonşu Rusiyada olimpiyaçıların məhz Tokio iqlim rejimi şəraitində hazırlaşdırılması ilə bağlı xüsusi planların olduğu bildirilir. Yeri gəlmişkən, artıq bu ölkənin idmançılarının öz dövlət bayrağı altında və öz komandası ilə çıxış edəcəyi məlumdur.

Azərbaycanda ada dövlətdəki iqlim olmasa da, havanın hərarəti ilə bağlı problemlər çox müzakirə obyekti deyil. Lakin olimpiyaçı statusu alan idmançıların xüsusi rejimdə təlim-məşqlər keçməsi əsas şərtlərdən biri ola bilər.

Məlumatları cəmləsək, Yaponiya olimpiadasının gərgin idman mübarizəsi şəraitində keçəcəyi indidən məlumdur. Çünki əksər ölkələrin əsas planlarında məhz iqlim məsələlərinə xüsusi diqqət edilməsi belə düşünməyə əsas verir. Bu səbəbdən artıq planların xronologiyası tərtib olunarkən, əsas prinsip yaponsayağı həyat tərzi olmalıdır.

BATI YAR

Xəbər 32 dəfə oxundu



 
Müəllifin son yazıları

10.09.2019 Milli komanda ilk xalını favoritlə oyunda qazandı
09.09.2019 10-cu yüksəliş və ya 6-cı ümid ilinin imkanları
09.09.2019 Boks lisenziyasını nə qədər və necə qazanmaq olar
28.08.2019 Qrup raunduna düşmək üçün son şans
19.08.2019 25 ilin nailiyyətləri növbəti 25 ilin inam körpüsüdür
15.08.2019 Səhvlər komediyasının qurbanlığı
31.07.2019 Gələcəyin olimpiyaçılarının sorağında
16.07.2019 Gözləmədiyimizlə gözlədiyimiz arasında
16.07.2019 Kim nə qədər qazanacaq
02.07.2019 “Hər şey Bakıdan başlandı"


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Öndəki dünya kubokuna geridəki illərdən bir baxış
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru