Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
23/02 | 21:35 “Qarabağ” klubu “Sumqayıt”a minimal hesabla qalib gəlib
23/02 | 18:36 Sumqayıtda könüllü gənclərin mini-futbol turnirinin qalib komandaları mükafatlandırılıb
23/02 | 16:07 Paralimpiyaçı üzgüçülərimiz İtaliyada dünya seriyası yarışlarında iştirak edirlər
23/02 | 15:24 Futbol üzrə Azərbaycan çempionatı: “Qarabağ” klubu “Sumqayıt”ı qəbul edəcək
23/02 | 12:30 Taekvondoçularımız İsveçdə beynəlxalq yarışda 6 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar
23/02 | 11:24 Uşu üzrə məşqçilər və hakimlər arasında respublika seminarı keçirilib
23/02 | 09:21 “Böyük dəbilqə” turnirinin üçüncü günündə daha beş cüdoçumuz mübarizəyə qoşulur
22/02 | 21:53 Azərbaycan cüdoçusu Almaniyada keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
22/02 | 20:32 Formula 1 Avstraliyada meşə yanğınlarından zərərçəkənlərə yardım edəcək
22/02 | 19:29 “Keşlə” komandası “Zirə”nin qapısından dörd cavabsız top keçirib
22/02 | 18:30 Nailxan Nəbiyev yeddinci dəfə ağır atletika üzrə Azərbaycan çempionu adını qazanıb
22/02 | 18:02 Ağır atletika üzrə ölkə çempionatı: 89 kiloqram çəki dərəcəsində yarışın qalibi Sənan Mirzəyev olub
22/02 | 17:11 Futbol üzrə “Könüllülər kuboku” təşkil olunacaq
22/02 | 17:01 Həmyerlimiz İsveçdə ən yaxşı taekvondo hakimi adına layiq görülüb
22/02 | 16:23 Füqan Əliyev ağır atletika üzrə Azərbaycan çempionu olub
22/02 | 15:45 2021-ci ildə Beynəlxalq Etnoidman Forumu Bakıda keçiriləcək
22/02 | 15:13 Ağır atletika üzrə Azərbaycan çempionatı: Kənan Xəlilov bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb
22/02 | 14:46 Azərbaycan badmintonçusu beynəlxalq turnirin dörddəbir final mərhələsinə yüksəlib
22/02 | 14:01 “Pirelli” Formula 1 Azərbaycan Qran-Prisində istifadə ediləcək şinlərin tərkibini açıqlayıb
22/02 | 13:55 Futzal üzrə Yüksək Liqada XVI turun oyunlarına hakim təyinatları açıqlanıb
22/02 | 12:14 Almaniyada keçirilən “Böyük dəbilqə” turnirində daha dörd cüdoçumuz mübarizəyə qoşulub
22/02 | 11:40 Qızlardan ibarət futbol üzrə Azərbaycan yığması UEFA İnkişaf turnirinə qələbə ilə başlayıb
22/02 | 11:11 Bu gün futbol üzrə Azərbaycan çempionatında XVIII tura start verilir
22/02 | 10:52 Düsseldorfda “Böyük dəbilqə” turnirində cüdoçumuz yeddinci olub
22/02 | 10:12 Mas-reslinq üzrə Bakı kuboku turnirində 100-ə yaxın idmançı iştirak edəcək
22/02 | 09:59 Şahmatçımız Çexiyada beynəlxalq festivalda ikinci yeri tutub
22/02 | 09:35 Erməni rəqibini məğlub edən şahmatçımız “Aeroflot open” beynəlxalq festivalında liderliyini qoruyub
21/02 | 21:26 UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin rəmzi komandasının heyəti açıqlanıb
21/02 | 20:13 Tehran Məmmədov ağır atletika üzrə Azərbaycan çempionu oldu
21/02 | 19:26 U-16 və U-18 milli komandalarının baş məşqçiləri müəyyənləşib
21/02 | 19:21 U-19 millisinin təlim-məşq toplanışına dəvət alan futbolçular müəyyənləşib
21/02 | 18:54 Ağır atletika üzrə Azərbaycan çempionatı: Əvəz Tağıyev çempion adını qazanıb
21/02 | 18:04 Balıqçılığın Lonq Casting turnirinin 1-ci mərhələsi keçirilib
21/02 | 18:01 Bakı sumo üzrə Avropa çempionatına ev sahibliyi edəcək
21/02 | 16:49 Ağır atletika üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 17 11 5 1 31-7 38
2 Neftçi 17 8 6 3 26-13 30
3 Keşlə 17 7 5 5 21-17 26
4 Sumqayıt 17 6 4 7 22-24 22
5 Zirə 17 5 5 7 21-30 20
6 Sabah 17 5 4 8 19-23 19
7 Səbail 17 5 3 9 14-26 18
8 Qəbələ 17 3 4 10 18-32 13
MOK-da Əməkdar məşqçi Vahid Nəzərovun 60 illik yubileyi qeyd olunub
Tarix: 06.09.2019 | Saat: 21:59:00 | E-mail | Çapa göndər
Sentyabrın 6-da Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, beynəlxalq dərəcəli hakim Vahid Nəzərovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, MOK-un baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyev, baş katibin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Azərbaycan Ağır Atletika Federasiyasının, eləcə də ölkənin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yubiley mərasimindən əvvəl Vahid Nəzərovun idman fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Çingiz Hüseynzadə ölkənin idman və Olimpiya hərəkatında xüsusi xidmətləri olan Vahid Nəzərovu təbrik edərək yubilyara xoş ürək sözlərini çatdırıb. Vurğulayıb ki, o, karyerası ərzində özünü prinsipial, zəhmətkeş, peşəkar mütəxəssis kimi göstərib. Azərbaycanda ağırlıqqaldırma idman növünün inkişafında xidmətlərinə görə yubilyara təşəkkürünü bildirən MOK-un vitse-prezidenti ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Çingiz Hüseynzadə MOK-un hədiyyəsini yubilyara təqdim edib.
Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Vahid Nəzərovu Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyi adından təbrik edib. Onunla Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında tez-tez görüşdüklərini deyən nazir müavini V.Nəzərovun kifayət qədər prinsipial, vətənpərvər insan, peşəkar mütəxəssis olduğunu vurğulayıb. Məşqçi və hakim kimi gələcək karyerasında ona müvəffəqiyyət arzulayıb.

Sonra çıxış edən MOK-un vitse-prezidenti Xəzər İsayev idmançıları, idman xadimlərini, məşqçiləri, hakimləri heç zaman unutmayan, onları daim diqqətdə saxlayan MOK-un rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, peşəkarlığı, prinsipiallığı ilə diqqət çəkən Vahid Nəzərov ölkəmizdə ağır atletika idman növünün inkişafında müstəsna xidmətlər göstərib.

MOK-un baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyev Azərbaycanda idman və Olimpiya Hərəkatına diqqət və qayğıdan danışaraq deyib ki, idmançılar, eləcə də idman ictimaiyyətinin nümayəndələri insanlar arasında xüsusi nüfuz sahibidir. Onlardan biri də 60 yaşı tamam olan Vahid Nəzərovdur.

Tədbirdə çıxış edən MOK-un İcraiyyə Komitəsinin üzvü Zərifə Salahova, Olimpiya çempionları Zemfira Meftahətdinova və Namiq Abdullayev, Təhsil Nazirliyinin nümayəndəsi Vasif Məmmədov, Əməkdar jurnalist Vasif Səmədov, Xalq artistləri tarzən Zamiq Əliyev və aktyor Rafiq Əzimov yubilyarı təbrik edərək ürək sözlərini çatdırıblar.

Mərasimin sonunda çıxış edən Vahid Nəzərov xoş sözlərə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Vahid Nəzərov 32 yaşında beynəlxalq dərəcəli hakim adını alıb, 17 il Azərbaycan milli komandasında baş məşqçi işləyib, 1992-ci ildən 2010-cu ilədək Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birinci vitse-prezidenti vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə Azərbaycan yığması 1996-cı il Atlanta, 2000-ci il Sidney və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edib.
Xəbər 199 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
21.02.2020 Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi və İtaliya Milli Olimpiya Komitəsi (CONI) arasında anlaşma memorandumu imzalanıb
29.01.2020 Milli Olimpiya Komitəsində keçirilən idman administratorluğu kursu uğurla başa çatıb
16.01.2020 Çingiz Hüseynzadənin sədrliyi ilə Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının iclası keçiriləcək
10.01.2020 Azərbaycan nümayəndə heyəti “Lozanna 2020”nin təntənəli açılış mərasimində iştirak edib
06.12.2019 Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Madriddə təşkil etdiyi seminar başa çatıb
03.12.2019 Azərbaycan Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə İspaniyada beynəlxalq seminar başlayıb
14.11.2019 “Olimpic Moves” layihəsi çərçivəsində məktəbdaxili yarışlar başlayıb
17.10.2019 Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
10.10.2019 Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edəcək
20.09.2019 Olimpiya çempionu Fərid Mansurov Beynəlxalq Olimpiya Komitəsinin fəxri lövhəsini imzalayıb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru