Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
XV Avropa Gənclər Olimpiya Festivalının təntənəli bağlanış mərasimi keçirilib
Tarix: 27.07.2019 | Saat: 17:39:00 | E-mail | Çapa göndər
Dünyada ən mötəbər idman turnirlərinin mahir təşkilatçısı kimi tanınan Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalına yüksək səviyyədə ev sahibliyi edərək növbəti dəfə tarix yazdı. Son 7 gün ərzində dünya, o cümlədən Avropanın idman ictimaiyyətinin gözü Azərbaycanda idi. Bakı bu 7 gündə XV Avropa Gənclər Olimpiya Festivalına layiqincə ev sahibliyi etdi. Burada gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri minlərlə yeniyetmə idmançının, nümayəndə heyətlərinin üzvlərinin, yarışları televiziya ekranlarından izləyən milyonlarla tamaşaçının qəlbini riqqətə gətirdi. Festivalın yarışları, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə yadda qaldı. Bu mötəbər yarışda 10 qızıl, 7 gümüş və 6 bürünc medal qazanan Azərbaycan yığma komandası 48 ölkə arasında dördüncü oldu.

Festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli bağlanış mərasimində Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Avropa Olimpiya Komitələrinin (AOK) vitse-prezidenti Nils Nayqaard, növbəti festivala ev sahibliyi edəcək Slovakiyanın Banska Bıstritsa bölgəsinin meri Yan Nosko, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər.

Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi var. Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Olimpiya bayrağı altında keçirilən festival Olimpiya ənənələri ilə zəngindir.

“Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının yarışları paytaxtın 12 idman obyektində yeddi gün davam edib. Festivalda 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında 135 dəst medal uğrunda mübarizə apardı.

Azərbaycan festivala 122 idmançı ilə qatılıb. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil ediblər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunub. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizəyə qoşulub. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda ümumilikdə 30 oyunçu yer alıb.

Festival günlərində idman obyektlərində 3500-dən çox könüllü fəaliyyət göstərib.

“Baku Crystal Hall”a toplaşmış tamaşaçılar və yüz minlərlə televiziya izləyiciləri təntənəli bağlanış mərasiminin unudulmaz anlarının şahidi oldular.

Bağlanış mərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.

Azərbaycan Respublikasının dövlət bayrağının, eləcə də AOK-un və BOK-un bayraqlarının dalğalandığı arenada bayraqlar paradına start verildi. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın, sonra digər ölkələrin bayraqları əlifba sırası ilə arenaya gətirildi. Bayraq paradı ev sahibi Azərbaycanın bayrağının gətirilməsi ilə başa çatdı.

Daha sonra XV Avropa Gənclər Olimpiya Festivalının ən maraqlı anlarını əks etdirən film nümayiş etdirildi.

Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov və AOK-un vitse-prezidenti Nils Nayqaard səhnəyə gəldilər.

“EYOF Bakı 2019”un Təşkilat Komitəsinin sədri Yaqub EYYUBOV çıxış edərək dedi:

- Hörmətli Beynəlxalq və milli federasiyaların rəsmiləri.

Əziz gənc idmançılar.

Xanımlar və cənablar.

Yeddi gün ərzində yüksək əhval-ruhiyyə, gərgin mübarizə və dostluq şəraitində keçən XV Avropa Gənclər Olimpiya Festivalı bu gün başa çatır. Festivalın bağlanış mərasimindəki çıxışımda səmimi hisslərimi sizinlə bölüşmək istəyirəm. Ölkəmlə, ölkəmin rəhbərliyi, insanları ilə və bu yarışlarda fəal iştirak edən bütün gənc dostlar, sizinlə qürur duyuram. Mən qürur duyuram ki, biz bu festivalı ənənəvi olaraq yüksək səviyyədə təşkil etməklə Azərbaycanın idman ölkəsi olduğunu bir daha nümayiş etdirdik. Biz idmanı sevirik, çünki o, dünyada dostluq, sülh və sağlam həyat sürmək üçün ən təsirli və önəmli vasitədir.

Təşkilat Komitəsi və bütün Azərbaycan idmançıları adından festivala və ölkəmizdə idmanın inkişafına böyük dəstək verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm.

Əziz gənclər, siz 10 idman növü üzrə 900-dən çox medal uğrunda mübarizə aparmaqla yanaşı, ən önəmlisi, Olimpiya hərəkatı ideyalarına sadiq qalaraq, birlik və dostluq nümayiş etdirdiniz. Ümumi nəticədə XV Avropa Gənclər Olimpiya Festivalının qalibi olmuş Rusiya komandasını, müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuş Böyük Britaniya və Türkiyə idmançılarını ürəkdən təbrik edirəm.

Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan idmançıları Gənclərin Avropa Olimpiya festivallarında iştirak tarixlərinin ən böyük uğurunu məhz Bakı şəhərində əldə etdilər. Onlar ümumi komanda hesabında dördüncü yerə çıxdılar, 10-u qızıl, 7-si gümüş və 6-sı bürünc olmaqla, 23 medal qazandılar. Bu nailiyyət münasibətilə Azərbaycan xalqını, idmançılarımızı və onların məşqçilərini səmimi qəlbdən təbrik edirəm.

Təbii ki, nəticələrindən asılı olmayaraq, festivalda iştirak etmiş bütün komandaları təbrik edirəm - bu cür yarışlarda iştirakın özü də böyük bir qələbədir.

Ümidvaram ki, əziz idmançılar, Azərbaycanda keçirdiyiniz bir həftə sizlərin həyatında unudulmaz izlər buraxdı və bu duyğuları Azərbaycandan gedərkən özünüzlə aparacaq və Bakıda - gözəl paytaxtımızda keçirdiyiniz günləri bütün ömrünüz boyu xoş xatirələrlə yada salacaqsınız.

Mən Avropa Gənclər Olimpiya Festivalında iştirak etmiş bütün məşqçi və hakimlərə, yardımçı heyət nümayəndələrinə, idman arenalarına gələn azarkeşlərə də təşəkkür edirəm.

Canlı izlədiyimiz festival gənclərin böyük bir qismi üçün ilk mühüm sınaq oldu. Əminəm ki, sıralarınızdan gələcəyin Olimpiya, dünya və Avropa çempionları yetişəcək və biz də böyük fəxrlə xatırlayacağıq ki, bu nailiyyətlərin əsası məhz Bakı şəhərində qoyulub.

XV Avropa Gənclər Olimpiya Festivalı başa çatdı. 2021-ci ildə növbəti - XVI Festival Slovakiyanın Banska Bıstritsa şəhərində keçiriləcək. Əminik ki, bu yarışlar da yüksək səviyyədə təşkil olunacaq.

Əziz dostlar, əziz gənclər, Azərbaycanda keçiriləcək gələcək idman yarışlarında yenidən görüşmək ümidi ilə sağollaşır və bir daha hər birinizə Bakıdakı festivalın iştirakçısı olduğunuza görə səmimi qəlbdən “Çox sağ olun!” deyirik.

x x x

Sonra AOK-un vitse-prezidenti Nils NAYQAARD çıxış edərək dedi:

- Hörmətli Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini cənab Yaqub Eyyubov.

Əziz idmançılar.

Əziz dostlar və Avropanın Olimpiya hərəkatının qonaqları.

İcazə verin, Avropanın bütün Milli Olimpiya Komitələrinin ən səmimi salamlarını çatdırım.

Burada, Bakıda biz XV Yay Avropa Gənclər Olimpiya Festivalının maraqlı həftəsini keçirdik.

Bu, Avropa idmanının, qitəmizin ən yaxşı gənc idmançılarının əsl bayramı oldu. Burada yarışan atletləri seyr etdikdən sonra əminliklə demək olar ki, Avropanın idman aləmində aparıcı mövqeyi yaxın zamanlarda dəyişməz olaraq qalacaq.

Bütün idmançıları təbrik edirik. Ümidvaram ki, burada əldə etdiyiniz təcrübə sizi gələcəkdə həm idman, həm də digər sahələrdə daha böyük zirvələri fəth etməyə ilhamlandıracaq.

Siz dostluq, kamillik və hörmət kimi Olimpiya dəyərlərini təcəssüm etdirdiniz və biz bütün həftə izlədiyimiz çıxışlarınızdan fərəhləndik.

Azərbaycanlı dostlarımıza və təşkilatçılara minnətdarıq. Çünki onlar bir daha bütün dünyaya nümayiş etdirdilər ki, çox idman növlü mükəmməl yarışları təşkil etməyə qadirdirlər.

Öz təbəssümü və nəzakətli davranışı ilə festivalın ərsəyə gəlməsində yardımçı olmuş üç min beş yüz könüllüyə xüsusi minnətdarlığımızı bildiririk.

Avropa Gənclər Olimpiya Festivalı gənclərin bayramıdır və biz şadıq ki, həmin Oyunlarda bu qədər sayda gənc iştirak etdi.

Yerli təşkilatçılar gənclərlə çox peşəkar iş apardılar, o cümlədən Bakının 49 məktəbi ilə onların Avropadakı həmkarları arasında qardaşlaşma tellərini mümkün edən Olimpiya Mədəniyyəti və Təhsili Proqramını həyata keçirdilər.

Tələbələr yerli mədəniyyət, tarix, incəsənət və idmanla bağlı fikirlərini bir-biri ilə bölüşdülər, həmçinin Olimpiya dəyərləri və prinsipləri ilə tanış oldular.

Onların keçdikləri təlimlər və gördükləri işlər Atletlər kəndində Olimpiya Mədəniyyəti və İdmanı Pavilyonunda nümayiş olundu. Gənc idmançılar, komanda üzvləri və digər qonaqlar orada bütün iştirakçı Avropa ölkələri ilə tanış oldular və Olimpiya ruhunu duydular.

Avropa gənclərini bir araya gətirən bu Oyunlardan əldə edilmiş nəticələr daim yaddaşlarda qalacaq.

İdman bir daha sübut etdi ki, o, fərqli mənşəyə, inanclara malik olan insanları dinc yarış şəraitində birləşdirməkdə böyük gücə malikdir.

Hər zaman ən xoş xatirələrlə yada salacağımız Avropa idmanının və gənclərin unudulmaz bir həftəsinə görə sağ ol Bakı, sağ ol Azərbaycan!

İndi isə, mən XV Avropa Gənclər Olimpiya Festivalını bağlı elan edirəm.

x x x

Daha sonra Olimpiya himninin sədaları altında AOK-un və BOK-un bayraqları endirildi. Festivalın çempionu olan Azərbaycan idmançıları – Xasay Həsənli, Həsrət Cəfərov, Elmir Əliyev, Fərid Sadıxlı, Qurban Qurbanov və Turan Bayramov BOK-un bayrağını təntənəli şəkildə səhnədən çıxardılar.

AOK-un bayrağı isə Təşkilat Komitəsinin sədri Yaqub Eyyubova təqdim olundu. Yaqub Eyyubov bayrağı rəmzi olaraq bir neçə dəfə dalğalandırdıqdan sonra AOK-un vitse-prezidenti Nils Nayqaarda təqdim etdi. AOK-un vitse-prezidenti isə bayrağı növbəti – XVI Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək Slovakiyanın Banska Bıstritsa bölgəsinin meri Yan Noskoya verdi.

Slovakiyanın dövlət himninin sədaları altında bu ölkənin bayrağı arenada qaldırıldı.

Slovakiyanın Banska Bistritsa bölgəsinin meri Yan NOSKO mərasimdə çıxış edərək dedi:

- Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov.

Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqaard.

Əziz idmançılar, əziz qonaqlar.

Yaxşı bir ideyam var. Mən sizi öz cazibəsi ilə seçilən bir məkana dəvət etmək istəyirəm. Baxmayaraq, o, kiçik bir yerdir, lakin orada böyük potensial gizlənir. Mən sizi elə bir ölkəyə dəvət etmək istəyirəm ki, oranın əhalisi Nyu-York şəhərinin əhalisindən azdır. Lakin həmin ölkə pop-artın banisinin, paraşütü və ya uçan maşını ixtira edənlərin vətənidir. Peter Saqan və ya Zdeno Kara kimi idmançılar orada dünyaya göz açıblar. Yaxşı bir ideyam var. Mən sizi öz adımdan məhəbbəti ehtiva edən ölkəyə dəvət edirəm. Bir halda ki, məhəbbət ürəkdə doğulursa, sizi bu ölkənin qəlbinə dəvət edirəm. Bilirsiniz niyə? Çünki şəhər Slovakiyanın tam mərkəzində yerləşir və o, hər yerə yaxındır. Çünki o, Olimpiya çempionlarının və dünya şöhrətli idmançıların şəhəridir.

Futbolçu Marek Hamşik, biatlonist Anastasiya Kuzmina və idman yerişi ustası Matej Tot kimi idman ulduzları Banksa Bıstritsa şəhərinin yetirmələridir. Sizin hamınızı, gələcək idman ulduzlarını 2021-ci ildə Banksa Bıstritsaya dəvət edirəm. Əminəm ki, siz məmnun qalacaqsınız. Bizim gözəl şəhərimiz dağların qoynunda yerləşir və bütün slovak şəhərləri ilə müqayisədə ən gözəl meydana və şəhər mərkəzinə malikdir.

2021-ci ildə Avropanın mərkəzinə gəlin. Hamımız sizi Slovakiyada, Banksa Bıstritsada səbirsizliklə gözləyirik. Biz 2017-ci ildə Avropanın idman şəhəri adını fərəh hissi ilə daşıdıq və 2021-ci ildə biz Avropa Gənclər Olimpiya Festivalının məşəlini fərəhlə daşıyacağıq. Hamınız dəvətlisiniz! Çox sağ olun.

x x x

Bağlanış mərasimində XVI festivala ev sahibliyi edəcək Slovakiya haqqında film nümayiş olundu.

Daha sonra yeddi günlük idman bayramının başa çatmasının rəmzi olaraq festivalın məşəli gimnastların ifasında maraqlı kompozisiyanın müşayiəti ilə söndürüldü.

Məşəlin söndürülməsindən sonra bağlanış mərasimi maraqlı konsert proqramı ilə davam etdi.

Qeyd edək ki, festivalda 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbaycan millisi komanda hesabında dördüncü pillədə qərarlaşıb. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.

“EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında yeddi günlük idman mübarizəsinin yekununda 38 ölkənin təmsilçiləri medal qazanıblar. Siyahıya aktivində 66 (28 qızıl, 17 gümüş və 21 bürünc) medal olan Rusiya komandası başçılıq edir. Böyük Britaniya idmançıları 25 medalla (11 qızıl, 12 gümüş, 2 bürünc) ikinci, Türkiyə komandası isə 27 medalla (11 qızıl, 6 gümüş və 10 bürünc) üçüncü sırada qərarlaşıblar. Sonrakı yerləri müvafiq ardıcıllıqla İtaliya, Ukrayna, İspaniya, Fransa, Polşa, Belarus, Rumıniya, Almaniya, Xorvatiya, İsveç, Estoniya, Hollandiya, Finlandiya, Çexiya, İrlandiya, Norveç, Gürcüstan, Danimarka, Bolqarıstan, Kipr, İsrail, Kosovo, Avstriya, Macarıstan, Belçika, İsveçrə, Moldova, Yunanıstan, Serbiya, Portuqaliya, Litva, Latviya, Slovakiya və Sloveniya idmançıları tutublar.

Bununla da Azərbaycan daha bir mötəbər turnirə yüksək səviyyədə ev sahibliyi etdi. Bu mötəbər idman turnirinin uğurlu təşkilini təmin edən mühüm amillərdən biri son illər Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsində qazandığı zəngin təcrübədir. 2015-ci ildə tarixdə ilk Avropa Oyunları, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, son bir neçə ildə Formula-1 Qran-Prisi, bu ilin mayında UEFA Avropa Liqasının final qarşılaşması kimi mötəbər yarışlara uğurla ev sahibliyi edən Azərbaycan XV Avropa Gənclər Olimpiya Festivalını da müvəffəqiyyətlə təşkil etməklə bir daha dünyanın diqqət mərkəzinə çevrildi.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 1546 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.07.2019 Azərbaycan gimnastları XV Avropa Gənclər Yay Olimpiya Festivalını 1 medalla başa vurublar
27.07.2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışları başa çatıb
27.07.2019 Cüdo üzrə Türkiyə milli komandası “EYOF Bakı 2019”un çempionu olub
27.07.2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarına yekun vurulub
27.07.2019 Cüdo üzrə Azərbaycan komandasının festivalda mübarizəsi başa çatıb
27.07.2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları davam edir
27.07.2019 Oğlan və qız tennisçilərin fərdi yarışlarında bürünc və qızıl medallar uğrunda görüşlər keçirilir
27.07.2019 Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının sonuncu gününə start verilib
27.07.2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının üzgüçülük yarışları başa çatıb
26.07.2019 Azərbaycan idmançıları Macarıstanda savat üzrə dünya birinciliyində iştirak edirlər


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru