Bakıda, Respublika Şahmat Mərkəzində ənənəvi “Bakı yayı” beynəlxalq şahmat festivalı davam edir.
Festival çərçivəsində keçirilən blitz turnirinin qalibi və mükafatçıları müəyyənləşib. Yarışın favoriti Ülvi Bacarani (Bakı) 9 xalla turnirin qalibi olub. Murad İbrahimli (Sumqayıt) 7 xalla ikinci, Şəhriyar İsgəndərov (Quba) 6,5 xalla üçüncü yeri tutublar. Turnirdə 51 şahmatçı iştirak edib.
Qeyd edək ki, festivalda şahmatçılar A (master), B (açıq), C (uşaq turniri U-12), D (rapid) turnirlərində mübarizə aparırlar. Festival iyulun 10-da başa çatacaq.
|