Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
22/09 | 19:10 Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə 37-ci dünya çempionatına yekun vurulub
22/09 | 18:12 Rusiya gimnastları dünya çempionatında 3 halqa və 2 cüt gürzlə yarışın qalibi olublar
22/09 | 17:00 Yaponiyanın qrup hərəkətləri komandası final yarışlarında qızıl medal qazanıb
22/09 | 16:12 Azərbaycanın qrup hərəkətləri komandası 3 halqa və 2 cüt gürzlə çıxışını təqdim edib
22/09 | 15:10 Bu gün Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatına yekun vurulacaq
22/09 | 14:53 Şahin Atamov karate liqasında debütünü qələbə ilə başa vurub
22/09 | 13:15 Premyer Liqa: Bu gün “Neftçi” və “Keşlə” klubları 60-cı dəfə üz-üzə gələcəklər
22/09 | 11:42 Cüdo hakimlərinin fiziki hazırlığı yoxlanılıb
22/09 | 10:11 Kross qaçışı üzrə paytaxt çempionatına yekun vurulub
21/09 | 23:26 “Səbail”-“Qəbələ” qarşılaşması heç-heçə başa çatıb
21/09 | 22:30 Bədən Tərbiyəsi və İdman Akademiyasında amputant şəxslər üçün qaçış təlimi keçirilib
21/09 | 21:01 “Sumqayıt” klubu doğma meydanında “Sabah”ı minimal hesabla məğlub edib
21/09 | 20:41 “Tokio 2020” Yay Olimpiya Oyunlarına daha beş lisenziyanın sahibi Bakıda müəyyənləşib
21/09 | 19:31 Rusiya millisi qrup hərəkətləri komandalarının çoxnövçülük yarışlarının qalibi olub
21/09 | 19:02 Azərbaycan “Tokio 2020” Yay Olimpiya Oyunlarına 5 lisenziya qazanıb
21/09 | 18:11 Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun cavab partiyasında heç-heçə bitib
21/09 | 17:12 Qrup hərəkətləri komandalarının yarışında 5 topla mübarizədə Bolqarıstan gimnastları birinci pilləyə yüksəliblər
21/09 | 17:05 Yaponiya gimnastları dünya çempionatında 3 halqa və 2 cüt gürzlə yarışlarda birinci pillədə yer alıblar
21/09 | 16:20 İki sərbəst güləşçimiz dünya çempionatının finalına yüksəlib
21/09 | 15:46 “Bakı 2019”da 5 topla mübarizəyə Ukrayna millisi başçılıq edir
21/09 | 15:19 Azərbaycanın U-17 komandası Belarus millisi ilə qarşılaşıb
21/09 | 14:13 Güləşçimiz Şərif Şərifov "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
21/09 | 13:24 Dünya kuboku: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov cavab qarşılaşmasında üz-üzə gələcəklər
21/09 | 11:41 Yeniyetmə karateçilərimiz İranda keçirilən turnirin ilk günündə 4 medal qazanıblar
21/09 | 10:46 Azərbaycan velosipedçiləri Türkiyədəki yarışda Olimpiadaya lisenziya üçün 8 xal qazanıblar
21/09 | 09:48 Atletika üzrə dünya çempionatında iştirak edəcək idmançıların sayı bəlli olub
20/09 | 22:02 Voleybol məşqçiləri üçün texniki təlim kursuna yekun vurulub
20/09 | 21:05 ABŞ gimnastı Laura Zenqə “Prize of Elegance” mükafatı təqdim olunub
20/09 | 20:49 Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
20/09 | 20:23 Cüdoçumuz Leyla Əliyeva Daşkənd Qran-Prisində gümüş medala sahib olub
20/09 | 19:16 Zöhrə Ağamirova “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20/09 | 18:10 Dünya kuboku: Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov qarşılaşması heç-heçə başa çatıb
20/09 | 17:33 Albert Aqarunovun xatirəsinə həsr olunan “Olimpiya ümidləri” beynəlxalq karate turniri keçiriləcək
20/09 | 16:58 Olimpiya çempionu Fərid Mansurov Beynəlxalq Olimpiya Komitəsinin fəxri lövhəsini imzalayıb
20/09 | 16:02 İki cüdoçumuz Daşkənd Qran-Prisində medallar uğrunda mübarizə aparacaq
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 4 4 0 0 10-0 12
2 Səbail 4 3 0 1 6-5 9
3 Zirə 4 2 1 1 4-3 7
4 Keşlə 4 2 0 2 6-3 6
5 Neftçi 4 1 1 2 3-5 4
6 Sumqayıt 4 1 0 3 4-7 3
7 Qəbələ 4 1 0 3 1-9 3
8 Sabah 4 0 2 2 2-4 2
Bakıda keçiriləcək beynəlxalq badminton turnirində 39 ölkədən 220 idmançı yarışacaq
Tarix: 23.05.2019 | Saat: 11:13:00 | E-mail | Çapa göndər
Bakı daha bir irimiqyaslı beynəlxalq yarışa ev sahibliyi etməyə hazırlaşır. Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Badminton Federasiyasının (ABF) təşkilatçılığı, Dünya Badminton Federasiyasının və Avropa Badminton Konfederasiyasının birgə dəstəyi ilə iyunun 6-9-da Bakıda “Azerbaijan International” turniri keçiriləcək.

Azərbaycan Badminton Federasiyasından bildiriblər ki, “International Challenge” seriyalı turnirdə 39 ölkədən 220-ə yaxın idmançı mübarizə aparacaq. Bu, “International Challenge” seriyalı turnirlər üçün rekord göstəricidir. Ümumi mükafat fondu 25 min ABŞ dolları olan yarış Bakı İdman Sarayında təşkil ediləcək.

Beynəlxalq Badminton Federasiyasının təqvim planına daxil olan, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları qazandıracaq “Azerbaijan International” turnirində beş kateqoriya üzrə qalib və mükafatçılar müəyyənləşəcək. Bu, ölkəmizdə təşkil ediləcək ilk böyük badminton turniri olsa da, ona maraq kifayət qədər böyükdür. Bunu sübut edən faktlardan biri iştirakı təsdiqlənmiş badmintonçular arasında Olimpiya mükafatçılarının olmasıdır. Bakı kortlarında fransalı Brays Leverdez, İngiltərə təmsilçiləri Markus Ellis və Kris Lanqricin imkanları daha yüksək qiymətləndirilir və onların adları favoritlər sırasında çəkilir. Amma bu, Azərbaycan paytaxtına gələcəyi təsdiqlənmiş badminton aləmində tanınmış simaların heç də tam siyahısı deyil.

Bakı yarışı, həmçinin iyunun 21-30-da Minskdə keçiriləcək II Avropa Oyunlarından əvvəl badmintonçular üçün sonuncu ciddi sınaq olması baxımından da əhəmiyyət daşıyır.

Azərbaycan bu beynəlxalq turnirdə geniş heyətlə təmsil olunacaq. Turnirdə 20 badmintonçumuz mübarizə aparacaq. Görüşləri Avropadan və Asiyadan olan 16 hakim idarə edəcək. Əsas hakimlər arasında – Fidan və Gülcənnət Hüseynli bacılarının olması sevindirici haldır.

Xatırladaq ki, badminton dörd il əvvəl Bakıda keçirilmiş birinci Avropa Oyunlarının proqramında yer almışdı. Bu, Bakının badminton üzrə böyük yarışları keçirmək üçün lazımi təcrübəyə və idman infrastrukturuna malik olduğunu deməyə əsas verir. Birinci Avropa Oyunları kimi, qarşıdakı Olimpiya lisenziyalı yarış da Azərbaycanda badmintonun kütləviliyinin artırılmasına, gənclərin idmanın bu növünə üz tutmalarına yeni təkan verəcək. Bu əminliyi yaradan bir səbəb də badmintonçularımızın beynəlxalq turnirlərdə nəticələrinin getdikcə yaxşılaşmasıdır. Bu sırada badmintonçumuz Ezmi Qovimuramadhoninin Minskdə keçiriləcək II Avropa Oyunlarına vəsiqə qazanmasını xüsusi vurğulamaq lazımdır. E.Qovimuramadhoni “Minsk 2019”a vəsiqəni 28 turnirdə topladığı nəticələrə əsasən əldə edib. Dünya reytinqində 80-ci sırada qərarlaşan Edi Reski Dviçayo isə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansını saxlayır. Edi-Ezmi tandemi qoşa badmintonçuların dünya reytinqində 66-cı sıradadır.

Qeyd edək ki, bu gün Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Quba şəhərlərində 7 idman təşkilatında 28 idman bölməsi fəaliyyət göstərir. Hazırda ölkəmizdə 500-dən çox gənc badmintonla məşğul olur. “Azerbaijan International”ın təşkilində də başlıca məqsəd badmintonun ölkəmizdə daha geniş təbliği, həmçinin Dünya Badminton Federasiyası və Avropa Badminton Konfederasiyasının ümumi işində fəal iştirak etmək, qarşılıqlı əməkdaşlığa töhfə verməkdir.

“Azerbaijan International”ın final oyunları iyunun 9-da İctimai Televiziya ilə birbaşa yayımlanacaq. Turnirin gedişini iyunun 6-dan Avropa Badminton Konfederasiyasının rəsmi “YouTube” kanalı vasitəsilə canlı izləmək mümkün olacaq. Nəticələr isə onlayn qaydada Dünya Badminton Federasiyasının saytında yerləşdiriləcək.
Xəbər 122 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.09.2019 Badmintonçumuz “Tokio 2020”də iştirak edə bilər
08.09.2019 Badmintonçumuz beynəlxalq turnirin finalına yüksəlib
07.09.2019 Badmintonçumuz Ukraynada keçirilən turnirdə yarımfinala vəsiqə qazanıb
07.09.2019 Badmintonçumuz beynəlxalq turnirdə dörddəbir finala yüksəlib
06.09.2019 Badmintonçumuz “RSL Kharkıv İnternational 2019” turnirində iştirak edir
04.09.2019 Badmintonçumuz 920 reytinq xalı qazanıb
29.07.2019 Badmintonçumuz beynəlxalq turnirdə çıxış edib
09.07.2019 Badmintonçumuz Kot-d-İvuarda keçirilən beynəlxalq turnirdə çıxış edib
01.07.2019 Azərbaycan badmintonçusu “Benin International 2019” turnirində gümüş medal qazanıb
27.06.2019 Azərbaycan badmintonçusu “Minsk 2019”un səkkizdəbir finalında mübarizəni dayandırıb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Öndəki dünya kubokuna geridəki illərdən bir baxış
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru