Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
17/09 | 22:24 Mini futbol üzrə “Xalqlar dostluğu” Kuboku Tümendə oynanılacaq
17/09 | 21:24 Rusiyalı əkiz bacılar bədii gimnastika üzrə dünya çempionatında ilk iki pillədə qərarlaşıblar
17/09 | 20:04 Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşir
17/09 | 19:27 Futzalçılarımızın rəqibi olan Rusiya yığması təlim-məşq toplanışına başlayıb
17/09 | 18:08 Dünya çempionatının fərdi proqramında halqa ilə final yarışlarında iştirak edəcək gimnastlar müəyyənləşib
17/09 | 17:00 FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib
17/09 | 16:26 Ağır atletika üzrə dünya çempionatı 2022-ci ildə Çuntsin şəhərində keçiriləcək
17/09 | 16:05 Qadın güləşçimiz dünya çempionatının finalına vəsiqə qazanıb
17/09 | 15:35 Futzal üzrə Azərbaycan millisinin beynəlxalq turnir üçün heyəti açıqlanıb
17/09 | 15:01 Gimnastımız Veronika Qudis dünya çempionatında topla çıxışını təqdim edib
17/09 | 14:32 Bu gün Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin onaltıdabir final mərhələsinin ikinci partiyaları oynanılacaq
17/09 | 14:06 Mariya Stadnik “Tokio 2020” Olimpiya Oyunlarına lisenziya qazanıb
17/09 | 13:22 Sablyaçılarımız Antalyada təlim-məşq toplanışında iştirak edirlər
17/09 | 13:01 Bu gün UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start veriləcək
17/09 | 12:33 Milli komandamız Həştərxanda “Caspian Cup 2019” beynəlxalq turnirində iştirak edəcək
17/09 | 12:02 Güləşçimiz Mariya Stadnik dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib
17/09 | 11:55 Bu gün dörd boksçusumuz dörddəbir final mərhələsi uğrunda mübarizə aparacaq
17/09 | 10:12 Gimnastlarımız dünya çempionatının ikinci günündə fərdi proqramda topla çıxışlarını təqdim edəcəklər
17/09 | 10:00 Boksçumuz Məhəmməd Abdullayev səkkizdəbir finala vəsiqə qazanıb
16/09 | 23:01 Azərbaycan Həvəskarlar Futbol Federasiyasının 20 illiyinə həsr olunmuş futbol yarışı keçirilib
16/09 | 22:27 Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatının birinci günündə maraqlı idman mübarizəsi yaşanıb
16/09 | 21:00 İki şahmatçımız dünya kubokunun onaltıdabir final mərhələsində qələbə qazanıb
16/09 | 20:44 Bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər
16/09 | 20:10 Dünya çempionatının səfiri Yana Batırşina Milli Gimnastika Arenasında azarkeşlərlə görüşüb
16/09 | 19:00 Güllə atıcılığı idmanı növü üzrə paralimpiya millimiz dünya çempionatına Qəbələdə hazırlaşır
16/09 | 18:52 Bakıda voleybol məşqçiləri üçün beynəlxalq təlim kursu başlayıb
16/09 | 17:41 Sabah qadın güləşçilər dünya çempionatında mübarizəyə qoşulacaqlar
16/09 | 16:48 Gimnastlarımız dünya kuboku yarışlarında gümüş medal qazanıblar
16/09 | 16:06 Bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi bir dəqiqəlik sükutla başlayacaq
16/09 | 15:25 Şəhriyar Məmmədyarov dünya kubokunun növbəti mərhələsində qələbə qazanıb
16/09 | 15:00 Bu gün iki boksçumuz dünya çempionatının səkkizdəbir finalı uğrunda mübarizə aparacaq
16/09 | 14:36 Millimiz bədii gimnastika üzrə dünya çempionatının komanda hesabında beşinci yerdədir
16/09 | 14:07 Masallı taekvondoçusu V “Koreya səfiri” kuboku yarışında gümüş medal qazanıb
16/09 | 13:47 Gimnastımız Zöhrə Ağamirova dünya çempionatında ilk çıxışını edib
16/09 | 13:19 Yeniyetmə və gənc karateçilərimiz Macarıstanda 3 qızıl və 5 bürünc medal qazanıblar
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 3 3 0 0 8-0 9
2 Keşlə 3 2 0 1 5-1 6
3 Səbail 3 2 0 1 4-4 6
4 Zirə 3 1 1 1 2-2 4
5 Neftçi 3 1 1 1 3-3 4
6 Sumqayıt 3 1 1 2 3-5 3
7 Sabah 3 0 2 1 2-3 2
8 Qəbələ 3 0 0 3 0-9 0
Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı tədbir keçirilib
Tarix: 06.05.2019 | Saat: 15:27:00 | E-mail | Çapa göndər
Mayın 6-da “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Əməliyyat Komitəsi qitə ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərləri üçün seminar təşkil edib.

Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsi baş katibinin müavini Azər Əliyev, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsinin (AOK) Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki və təşkilat komitəsinin üzvləri iştirak ediblər. Seminara Avropanın 40 ölkəsinin Milli Olimpiya komitələrinin 70 təmsilçisi, Avropa Olimpiya Komitəsinin nümayəndələri və AOK-un “Bakı 2019” üçün xüsusi olaraq yaratdığı Əlaqələndirmə Komissiyasının üzvləri də qatılıblar.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək Avropa ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin Bakıya səfərinin əhəmiyyətini vurğulayaraq deyib: “Avropa Gənclərinin XV Yay Olimpiya Festivalı bütün qitəni birləşdirən tarixi idman bayramı olacaq. Avropa Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərini Bakıda görməyimə şadam. Bu gün bu seminarda idman arenalarının yarışlara hazırlığı, Atletlər kəndindəki son durum, təhlükəsizlik, antidopinq və digər mühüm məsələlər müzakirə edilir. Onların hər biri yarışların yüksək səviyyədə keçirilməsində müstəsna rol oynayır. Ötən dövrdə bizim Avropa ölkələrinin Milli Olimpiya komitələri ilə sıx işbirliyimiz olub və onlara hər bir dəstək göstərilib”.

Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki seminarın Festivala hazırlıq prosesində əməkdaşlığı daha da gücləndirəcəyinə əminliyini bildirərək deyib: “Biz Avropa Gənclərinin Yay Olimpiya Festivalının ən əhəmiyyətli tərəfdaşları - Avropa Milli Olimpiya komitələrinin nümayəndələri ilə birgə gözəl Bakıya bir daha gəlməyimizdən böyük məmnunluq duyuruq. Avropa Olimpiya Komitəsi bu görüşlərin məhsuldar olacağına inanır”.

Bu tədbir Avropanı ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə texniki planlaşdırma və yarışlardan əvvəl keçirilən əməliyyatların bütün aspektləri ilə tanışlıq fürsəti verməklə yanaşı, onların “Bakı 2019” haqqında ən son məlumatlara sahib olma və komandalara müvafiq təlimlər verə bilmələri üçün təşkil edilib. Nümayəndə heyətləri tədbir çərçivəsində təşkil edilən iclaslarda idmançıların yerləşdirilməsi, akkreditasiya, nəqliyyat və digər mühüm məsələlər barədə müzakirələr aparırlar. Festivalın Əməliyyat Komitəsi seminarda Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə idmançılara təqdim olunacaq medalları da nümayiş etdirəcək.

Tədbir çərçivəsində Avropa ölkələrinin Milli Olimpiya Komitələrinin nümayəndə heyətlərinin rəhbərləri Avropa Gənclərinin Yay Olimpiya Festivalı zamanı istifadə ediləcək bir sıra müasir idman obyektlərində, eləcə də Atletlər kəndində olacaqlar.

Xatırladaq ki, Avropa Gənclərinin XV Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Xəbər 388 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.09.2019 Milli Olimpiya Komitəsində İndoneziya nümayəndə heyəti ilə görüş olub
06.09.2019 MOK-da Əməkdar məşqçi Vahid Nəzərovun 60 illik yubileyi qeyd olunub
02.09.2019 Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndə heyəti Qırğızıstanda beynəlxalq forumda iştirak edir
16.07.2019 Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək idmançılarla Milli Olimpiya Komitəsində görüş keçirilib
24.06.2019 Çingiz Hüseynzadə Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi ilə görüşüb
22.06.2019 Minskdə Avropa Olimpiya Komitələrinin fövqəladə Baş Assambleyası keçirildi
19.06.2019 Milli Olimpiya Komitəsində “İdmançılar” İctimai Birliyinin təqdimatı keçirilib
15.06.2019 Avropa Gənclərinin Yay Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə yekun vurulub
07.06.2019 Nazir Azad Rəhimov İsmayıllıda vətəndaşlarla görüşdü
22.05.2019 Azərbaycan Milli Olimpiya Komitəsi ilə “Caspiantech” QSC arasında tərəfdaşlıq müqaviləsi imzalanıb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Öndəki dünya kubokuna geridəki illərdən bir baxış
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru