Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
17/07 | 16:51 “Sumqayıt” futbol klubu yeni mövsümə hazırlığın birinci mərhələsini başa çatdırıb
17/07 | 16:05 Parataekvondo üzrə milli komandamız V Asiya çempionatında iştirak edir
17/07 | 15:07 Kişi şpaqaçılarımız Macarıstanda keçirilən dünya çempionatında çıxış ediblər
17/07 | 14:25 Balakəndə stolüstü tennis turniri keçirilib
17/07 | 13:44 Yeniyetmə və gənclər arasında kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyinin qalibləri müəyyənləşib
17/07 | 12:45 “Grand Prix 2019”: Şəhriyar Məmmədyarov tay-brekdə mübarizə aparacaq
17/07 | 12:17 Respublika Şahmat Olimpiadası: Sumqayıt şahmatçıları maksimum xalla liderlik edirlər
17/07 | 11:07 Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17/07 | 10:25 Cüdoçumuz Rüstəm Orucov dünya reytinq cədvəlində liderliyini qoruyub
17/07 | 10:01 Avropa Gənclər Olimpiya Festivalının velosiped yarışlarında Azərbaycanı təmsil edəcək heyət müəyyənləşib
17/07 | 09:39 XXX Universiadada və Avropa çempionatında uğurla çıxış edən Nazim Babayev Vətənə qayıdıb
16/07 | 16:45 “Neftçi” – “Speranta” matçının hakimləri müəyyənləşib
16/07 | 16:35 Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub
16/07 | 15:57 Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək idmançılarla Milli Olimpiya Komitəsində görüş keçirilib
16/07 | 14:32 Naxçıvanlı karateçilər beynəlxalq turnirdə səkkiz medal qazanıblar
16/07 | 13:10 Voleybol üzrə Azərbaycan millisi Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək
16/07 | 12:21 XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək
16/07 | 11:55 Azərbaycanlı FIFA referisi dünya çempionatının seçmə mərhələsinin oyunlarına təyinat alıb
16/07 | 11:20 “Grand Prix 2019”: Şəhriyar Məmmədyarovu polşalı Kriştof Duda ilə ikinci qarşılaşma gözləyir
16/07 | 10:52 Respublika Şahmat Olimpiadası: dörd şahmatçı maksimum xal toplayıb
16/07 | 10:00 Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışını davam etdirir
16/07 | 09:41 Qılıncoynatma üzrə dünya çempionatına start verilib
15/07 | 17:49 “Topaz Futbol Festivalı 2019”un final mərhələsinin açılış mərasimi olub
15/07 | 16:19 Dünya çempionatına yollanacaq çimərlik futbolu üzrə Azərbaycan millisinin heyəti açıqlanıb
15/07 | 15:32 Parisdə keçirilən açıq çempionatda Azərbaycan şahmatçısı üçüncü yeri tutub
15/07 | 14:34 Yunan-Roma güləşi üzrə yığma komandamızın Göygöldə təlim-məşq toplanışı başlayıb
15/07 | 13:13 Güləş üzrə Azərbaycan yığması Yaşar Doğu xatirə turnirində üçüncü olub
15/07 | 12:19 Teymur Rəcəbov Dortmund turnirində ilk qələbəsini qazanıb
15/07 | 11:19 Azərbaycan atleti Serbiyada keçirilən Balkan çempionatında gümüş medal qazanıb
15/07 | 10:43 Nazim Babayev gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb
15/07 | 10:05 Luis Hamilton Formula-1 Böyük Britaniya Qran-Prisinin qalibi olub
15/07 | 09:41 Respublika Şahmat Olimpiadası: A və B qruplarında ümumilikdə 18 şahmatçı maksimum xal toplayıb
14/07 | 15:29 Gimnastımız Ümumdünya Yay Universiadasında daha bir gümüş medala sahib olub
14/07 | 12:49 Teymur Rəcəbov Dortmund turnirinə heç-heçə ilə başlayıb
14/07 | 11:03 Macarıstanda keçirilən Qran-Pri turnirində cüdoçumuz bürünc medal qazanıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 28 20 6 2 65-21 66
2 Neftçi 28 17 7 4 52-26 58
3 Səbail 28 12 5 11 34-37 41
4 Qəbələ 28 9 9 10 31-33 36
5 Zirə 28 8 7 13 30-40 31
6 Sabah 28 8 5 15 24-42 29
7 Sumqayıt 28 7 6 15 20-41 27
8 Keşlə 28 6 5 17 29-45 23
Vinq çun üzrə birinci respublika çempionatının açılış mərasimi keçirilib
Tarix: 20.04.2019 | Saat: 17:22:00 | E-mail | Çapa göndər
Aprelin 20-də Bakı İdman Sarayında vinq çun üzrə birinci respublika çempionatının açılış mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionatda idmançılar uşaqlar, yeniyetmələr, gənclər və kişilər mübarizə aparacaqlar.

Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti, Əməkdar məşqçi Asif Sayadov mərasimdə çıxış edərək ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən yüksək diqqət və qayğıdan danışıb. O, ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinin də sürətlə inkişaf etdiyini vurğulayıb. Federasiyanın fəaliyyətindən danışan A.Sayadov deyib: “Vinq çun qədim və dərin fəlsəfəsi olan döyüş sənətidir. Eyni zamanda, vinq çun yalnız döyüş sənəti deyil, həm də sağlam həyat tərzidir. İdmanın bu növü ölkəmizdə 11 ildir inkişaf etdirilir. Lakin federasiyamız yeni təsis olunub. Buna baxmayaraq, federasiyada təcrübəli heyət formalaşıb. Məşqçilər və hakimlər heyətinin də federasiyanın uğurlu fəaliyyətində və idmanın bu növünün inkişafında böyük xidmətləri var”. Federasiya prezidenti qeyri-Olimpiya idman növü olmasına baxmayaraq, vinq çuna marağın ildən-ilə artdığını deyib, idmançılara uğurlar arzulayıb.

Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının vitse-prezidenti Jalə Əhmədova idmanın bu növünün inkişafında və istedadlı idmançıların üzə çıxarılmasında belə turnirlərin əhəmiyyətini qeyd edib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycanda idmanın inkişafının Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Bildirib ki, məhz dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində respublikamızda idman sürətlə inkişaf edir. Baş İdarənin rəisi gənclərimizin idmanın bu növünə marağının artırılmasında Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının fəaliyyətini yüksək qiymətləndirib.

Açılış mərasimində çıxış edən Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, Ali Məhkəmənin hakimi Fərhad Əliyev, Azərbaycan Döyüş Növləri Federasiyaları Assosiasiyasının vitse-prezidenti Vasif Namazov, Azərbaycan Şaolin və Savat Döyüş Federasiyasının prezidenti Rafiq Əliyev, eləcə də Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstan və Çinin ölkəmizdəki səfirliklərinin nümayəndələri, Aprel döyüşlərinin iştirakçıları çıxışlarında ölkəmizdə vinq çunun kütləviliyinin artırılmasından və sürətli inkişafından məmnunluqlarını bildirərək, bu baxımdan belə turnirlərin təşkilinin əhəmiyyətini qeyd edib, idmançılara uğurlar arzulayıblar.

Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının fəxri fərmanı ilə mükafatlandırılıb.

Sonda Aprel şəhidi, vinq çun üzrə Azərbaycan çempionu olmuş Cabbarxan Hacıağayevin anasına qızıl medal və diplom təqdim edilib.

Sonra turnirə start verilib.

Çempionat Dünya Vinq Çun Birliyinin qaydalarına əsasən iki kateqoriya – vinq çun-kontakt və vinq çun-taolu üzrə keçirilir. Respublika birinciliyində 20 klubdan 300 yaxın idmançı iştirak edir. Çempionatda birinci yeri tutacaq idmançılar yığma komandanın heyətində Honkonqda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaqlar.
Xəbər 90 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
16.07.2019 XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək
14.07.2019 Gimnastımız Ümumdünya Yay Universiadasında daha bir gümüş medala sahib olub
14.07.2019 Respublika Şahmat Olimpiadasının ikinci turuna yekun vurulub
11.07.2019 Dünya Çimərlik Oyunlarında Azərbaycanı 7 idmançı təmsil edəcək
09.07.2019 Paralimpiya hərəkatı əlilliyi olan insanlar arasında təbliğ edilir
09.07.2019 Camal Feyziyev Gürcüstanda beynəlxalq turnirin qalibi olub
06.07.2019 Bədən Tərbiyəsi və İdman Akademiyasında idman jurnalistikası üzrə magistr proqramının ilk məzun buraxılışı olub
06.07.2019 Penitensiar Xidmətin əməkdaşı Rusiyada keçirilmiş dünya çempionatında qızıl medal qazanıb
05.07.2019 Azərbaycan döyüşçüsü Vüqar Əzimov növbəti dəfə dünya çempionu olub
05.07.2019 Prezidentin Mətbuat Xidmətinin məlumatı


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
“Neftçi" sürət yığmaq istəyir, "Qəbələ"də gözlənilən süqut başlanır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru