Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
09/12 | 21:38 Rüstəm Qasımov Avropa çempionatında bürünc medal qazanıb
09/12 | 20:21 WADA Rusiyanı Olimpiada və dünya çempionatlarında iştirak hüququndan məhrum edib
09/12 | 20:03 Binəqədi rayonunda “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində veloidman yarışı keçirilib
09/12 | 19:23 Dinq Liren "Grand Chess Tour 2019"un qalibi olub
09/12 | 18:34 Ciu-citsu üzrə “Avrasiya Kuboku” turnirinin qalibləri müəyyənləşib
09/12 | 18:17 Yunan-Roma güləşi üzrə yığmamızın Minskdə təlim-məşq toplanışı başlayıb
09/12 | 17:59 Valtteri Bottas Fransa rallisinin qalibi olub
09/12 | 17:31 Şahmat üzrə dünya çempionu Maqnus Karlsen tarixi uğura imza atıb
09/12 | 16:50 Kişi həndbolçular arasında Azərbaycan çempionatı davam edir
09/12 | 16:32 İdman jurnalistikası proqramının magistrantlarına Böyük Britaniya universitetinin sertifikatları təqdim olunub
09/12 | 16:16 Sumo üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
09/12 | 16:04 Azərbaycan hakimi Fuad Ağayev CEV tərəfindən yeni təyinat alıb
09/12 | 15:40 Gələn il Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda 27 ölkə iştirakını təsdiqləyib
09/12 | 15:10 Yeniyetmə cüdoçularımız beynəlxalq turnirdə 3 medal qazanıblar
09/12 | 14:42 “Sabah”ın təcrübə proqramının təqdimatı olub
09/12 | 14:09 Futzal üzrə millimizin oyunlarının başlama vaxtı açıqlanıb
09/12 | 13:43 Boks millimiz təlim-məşq toplanışını Abşeron Olimpiya İdman Kompleksində davam etdirəcək
09/12 | 13:19 Yerli əl işi istehsalçıları arasında Formula 1 Azərbaycan Qran Prisi 2020 üçün suvenir müsabiqəsi keçirilir
09/12 | 13:00 Azərbaycan Aykido Mərkəzində respublika seminarı keçiriləcək
09/12 | 12:46 Azərbaycanın taekvondo üzrə yığma komandasının baş məşqçisi Rusiyada mükafata layiq görülüb
09/12 | 12:16 Azərbaycan taekvondoçuları Avropa birinciliyində yeddi medal qazanıblar
09/12 | 12:07 FIFA referimiz Əliyar Ağayev UEFA-nın seminarında iştirak edəcək
09/12 | 10:48 Rusiya dopinq qalmaqalına görə beynəlxalq tədbirlərdə iştirakına qadağa qoyula bilər
09/12 | 10:01 Tofiq Qarayevin şərəfinə keçirilən atletika üzrə respublika turnirinə yekun vurulub
09/12 | 09:48 Dünya Şotokan Federasiyası (WSF) İdarə heyətinin növbəti iclası Naxçıvanda keçirilib
08/12 | 20:06 Azərbaycan Premyer Liqasının 14-cü turunun iki qarşılaşması oynanılıb
08/12 | 18:40 Abşeron Olimpiya İdman Kompleksində Sumo üzrə Azərbaycan Çempionatı keçirilir
08/12 | 17:16 Tokioda növbəti yeniyetmə gimnastımız qızıl medal qazanıb
08/12 | 16:10 "Olimpiya Odisseyası” layihəsi çərçivəsində növbəti görüş Cəlilabadda keçirilib
08/12 | 15:57 Elşən Məmmədov Avropa birinciliyinin ikiqat qalibidir
08/12 | 15:04 Uşaqlar arasında sinxron üzgüçülük üzrə “Aqua Stars” beynəlxalq turniri keçirilib
08/12 | 10:02 Avropa birinciliyinin ilk yarış günündə üç atletimiz qüvvəsini sınayıb
07/12 | 23:02 Mik Şumaxer 2021-ci ildə Formula 1-də yarışmaq istəyir
07/12 | 21:07 Gimnastika üzrə estafet yarışları təşkil edilib
07/12 | 20:11 Azərbaycanın iki taekvondoçusu Moskva Qran-Prisində medal qazanıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 13 9 3 1 22-5 30
2 Keşlə 13 6 4 3 16-10 22
3 Neftçi 13 6 4 3 20-11 22
4 Sumqayıt 13 5 2 6 17-19 17
5 Zirə 13 3 5 5 14-21 14
6 Sabah 13 3 4 6 14-16 13
7 Qəbələ 13 3 3 7 13-23 12
8 Səbail 13 3 3 7 9-20 12
Sevinc Hüseynova: “Hər bir təlimin orta məktəb dövründən təməli möhkəm olanda bəhrəsi də keyfiyyətli olur”
Tarix: 16.04.2019 | Saat: 10:43:00 | E-mail | Çapa göndər
Böyük idmanın təməli uşaq idmanı ilə qoyulur. Beynəlxalq idman yarışlarında qazanılan qələbələr uşaq və yeniyetmələrdə vətənpərvərlik hisslərinin, mübarizlik ruhunun formalaşmasında mühüm rol oynayır. Ölkəmizdə 2017-ci ildə yaradılan Məktəb İdmanları Federasiyası idmanın müxtəlif növləri üzrə məktəbli atletləri birləşdirərək, bədən tərbiyəsi və idman vasitəsilə yüksək mənəvi keyfiyyətləri uşaq və yeniyetmələrə aşılayır. Azərbaycan Məktəb İdmanları Federasiyasının (AMİF) prezidenti, Milli Məclisin deputatı Sevinc Hüseynova bu idman təşkilatının fəaliyyəti ilə bağlı “İdman” qəzetinin suallarını cavablandırıb.

- Sevinc xanım, ölkəmizdə Məktəb İdmanları Federasiyasının təsis olunması məktəblilər arasında idman növlərinin coğrafiyasının genişləndirilməsində, kütləviliyinin artırılmasında mühüm rol oynayır. Əvvəlcə AMİF-in fəaliyyəti ilə bağlı məlumat verərdiniz.

- Qeyd etmək istərdim ki, 2016-cı ilin mayında Türkiyənin Mərmərə şəhərində təşkil olunan beynəlxalq federasiyanın Baş Assambleyasında ilk dəfə olaraq, Azərbaycan nümayəndəliyi təşkilata üzv qəbul olunub. Beynəlxalq federasiyanın üzvü kimi həmin ilin mayın 29-dan iyunun 5-dək Fransanın Lil, Lens şəhərlərində təşkil edilən AVRO-2016, məktəblilərin futbol çempionatında Bakının 163 saylı orta məktəbinin şagirdləri iştirak ediblər. İyulda Türkiyənin Trabzon şəhərində keçirilən XVI Yay Gimnaziada Oyunlarında cüdo idman növündə məktəblimiz öz istedad və bacarığını yüksək səviyyədə nümayiş etdirə bilib.

Artıq bu beynəlxalq tədbirlərə fəal qoşulmaqla, Azərbaycanın da Beynəlxalq Məktəb İdmanları Federasiyasının həqiqi üzvü olması zərurəti yaranmışdı. Ölkəmizdə dünya təcrübəsindən yararlanaraq, orta məktəb şagirdlərinə idmanın sağlam həyat tərzinin aşılanması və idmanın kütləviliyinə nail olunması istiqamətində geniş tədbirlər görülür. Təcrübə göstərdi ki, mərkəzləşdirilmiş federasiya daha səmərəli fəaliyyət göstərmək iqtidarındadır. Nəhayət, 2017-ci ildə Azərbaycanda Məktəb İdmanları Federasiyası təsis olundu və o Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir.

Federasiyanın 2018-ci ilin martın 1-də Milli Olimpiya Komitəsində keçirilən təqdimat mərasimindən sonra fəaliyyəti daha genişlənmiş və bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Hal-hazırda Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Federasiyamızın birgə lahiyəsi olan 4 idman növü üzrə (voleybol (qızlar), basketbol (oğlanlar), atletika və şahmat) məktəblər arasında respublika çempionatı keçirilir və 1400-dən çox məktəbli komandasını əhatə edən respublika əhəmiyyətli yarışlar təşkil olunur. Bu yarışın növbəti illərdə də təşkil edilməsi gündəmdədir. Çünki bu yarışlarda qalib gələn məktəb komandaları ölkəmizi məktəblərin dünya çempionatında təmsil etmək hüququ qazanır ki, bu da məktəblərdə idmana olan marağın kütləvi şəkildə artmasına gətirib çıxardacaqdır.

- Məktəbli qızlarımız ilk dəfə Xorvatiyanın Poreç şəhərində keçirilən voleybol üzrə dünya çempionatında iştirak etdilər. Yarış barədə təəssüratlarınız.

- İlk olaraq qeyd edim ki, 2018-ci ilin oktyabr ayından başlanılan voleybol (qızlar) idman növü üzrə yarışlarda 1303 orta məktəb üzrə 63 minə yaxın şagird iştirak edib. Cari ilin 1-2 mart tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən məktəblər arasında respublika çempionatının voleybol (qızlar) idman növü üzrə final mərhələsinə yekun vurulub. Çempionatın proqramına uyğun olaraq final mərhələsində zona yarışlarında birinci və ikinci yeri tutan 12 komanda mübarizə aparıb. Yarışların nəticəsi olaraq Bakı şəhəri 269 nömrəli, Şəki şəhəri Böyük Dəhnə kənd 2 nömrəli, Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəblərinin komandaları müvafiq olaraq birinci,ikinci, üçüncü yerləri tutublar. Qalib məktəb komandası martın 30-dan aprelin 6-dək Xorvatiyanın Poreç şəhərində keçirilən məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanıb. İlk dəfə bu cür mötəbər yarışa qatılmaqlarına baxmayaraq yarışlarda əzmlə mübarizə aparıblar. Ümid edirik ki, məktəblilərimizin dünya çempionatında qazandıqları təcrübə onlara yeni-yeni uğurlar qazanmalarına kömək olacaqdır.

- Beynəlxalq Federasiyanın idmanın 43 növü üzrə dünya məktəbləri çempionatı keçirir. Lakin, ölkəmizdə 10-dan bir qədər çox idman növü AMİF-nin proqramına daxildir. Gələcəkdə yeni idman növlərinin əlavə edilməsi gözlənilirmi?

- Bildiyimiz kimi, ölkəmizdə ayrı-ayrı idman növləri üzrə federasiyalar var və onlar öz fəaliyyətlərini aparırlar. Lakin Məktəb İdmanları Federasiyası həmin idman növlərinin ibtidai bazalarının məktəblərdə formalaşmasına kömək edir və bundan sonrada adiyyatı federasiyalarla müştərək iş quracaqdır. İlkin olaraq bu idman növlərinin sayının az olmasına baxmayaraq gələcəkdə ayrı-ayrı idman növlərinin də sıralarımıza qatılacağına şahid olacaqsınız. Bu kompleks işdir inanırıq ki, bu sahəyə ölkəmizdə cavabdeh olan qurumlar arasına bir körpü rolunu layiqincə icra edə biləcəyik. Çünki hər bir təlimin orta məktəb dövründən təməli möhkəm olanda bəhrəsi də keyfiyyətli olur.

- Ötən ilin mayında Mərakeşin paytaxtı Rabatda Məktəblilərin XVII Yay Gimnaziadasında 70 ölkədən 4 minədək məktəbli idmançının mübarizə apardığı yarışda milli komandamız ilk dəfə iki bürünc medal əldə edib. Komandalarımızın beynəlxalq yarışlarda nəticələrini uğurlu saymaq olarmı?

- Əlbəttə ki olar, ilk beynəlxalq uğurumuzdur. Xatırlatsaq ki, 4000-ə yaxın məktəbli idmançı iştirak edir onda bu iki medalın nə qədər zəhmət hesabına başa gəldiyini anlamaq olar. Hər iki idmançımıza öz təşəkkürümüzü bildiririk ki bizi, ölkəmizi layiqincə təmsil etdilər.

- Məktəbli idmanının ölkəmizdə daha da inkişaf etdirilməsi üçün hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub?

- Bu kompleks bir işdir. Burda həm Gənclər və İdman nazirliyi, Təhsil nazirliyi, Milli Olimpiya Komitəsi və federasiyamızla bərabər adiyyatı federasiyalarda müştərək fəaliyyətdə maraqlı olmalıdır. Hal-hazırda bu proses başlamışdır və gələcəkdə bunun bəhrəsini ölkəmizin yeni uğurlarını hamımız görəcəyik.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, qarşıya qoyulan hədəflərdən biri də 2020-ci ildə Çinin Cinicanq şəhərində keçiriləcək Məktəblilərin XVIII Yay Gimnaziadasında komandamızın uğurlu iştirakını təmin etməkdir. Bu barədə fikirləriniz maraqlıdı.

- Gimnaziada özü-özlüyündə məktəblərin olimpiyadası deməkdir. Bu yarışın reytinqi dünyada çox böyükdür. Hətta bir neçə növ üzrə qaliblər Universiadaya vəsiqə qazanır. Bu yarışda ölkəmizin məktəbli idmançıları bizləri layiqincə təmsil edəcəklərinə inanıram. Çünki ölkəmizin idman siyasəti düzgün tənzimlənib və dövlət rəhbərliyimizin davamlı idman siyasəti öz bəhrəsini hər sahədə olduğu kimi idmanda göstərməkdədir. Bir məlumatlada Sizlə bölüşmək istərdim, bu yaxınlarda Beynəlxalq federasiyanın üzvləri arasında səsvermə yolu ilə aparılan seçimlərdə ölkəmiz Məktəblərarasında Dünya Döyüş Oyunları-2021-ə ev sahibliyi etmək hüququ qazanmışdır. Federasiyamızın bu qələbəsi münasibəti ilə bizə dəstək olan hər kəsə təşəkkür edirəm.




Xəbər 332 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
09.12.2019 Rusiya dopinq qalmaqalına görə beynəlxalq tədbirlərdə iştirakına qadağa qoyula bilər
29.10.2019 BOK və Avropol arasında Anlaşma Memorandumu imzalanıb
09.10.2019 “Olimpiya Hərəkatı Azərbaycan” proqramının yeni mövsümdə icrasına dair iclas keçirilib
27.09.2019 Macarıstanda sumo üzrə Avropa birinciliyinə start verilib
21.09.2019 Bədən Tərbiyəsi və İdman Akademiyasında amputant şəxslər üçün qaçış təlimi keçirilib
13.09.2019 Bakıda triatlon üzrə beynəlxalq seminar keçiriləcək
10.09.2019 “Avro 2020”nin könüllüləri üçün Şamaxıda yay düşərgəsi təşkil olunur
09.09.2019 Azərbaycan nümayəndə heyəti Ədalətli Oyunlar Hərəkatının yubiley mərasimində ölkəmizi təmsil edəcək
29.07.2019 Triatlonçumuz sprint üzrə Avropa çempionatında bürünc medal qazanıb
26.04.2019 İspanların böyük diqqətində olan Şamo Eyvazov rinqə çıxır


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru