Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
13/11 | 19:11 Yeniyetmə boksçular arasında Bakı birinciliyi start götürüb
13/11 | 17:55 Yaponiyada keçiriləcək “Böyük dəbilqə” turnirində Azərbaycanı 16 cüdoçu təmsil edəcək
13/11 | 16:51 Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilir
13/11 | 16:01 Futbol üzrə Azərbaycan kuboku turnirinin 2019-2020-ci illər mövsümünün püşkü atılıb
13/11 | 15:41 WKF rəsmiləri Avropa çempionatı ilə bağlı Bakıda olublar
13/11 | 15:07 Taekvondoçularımız “Koreya səfiri” kuboku yarışında üç medala sahib olublar
13/11 | 14:58 WRC-in Avstraliya mərhələsi meşə yanğınları səbəbindən ləğv edilib
13/11 | 13:30 Azərbaycan – Uels: Mətbuat konfransları və açıq məşqlər
13/11 | 12:52 Karate-do üzrə XI Avropa çempionatında uğurla çıxış edən naxçıvanlı idmançılar mükafatlandırılıblar
13/11 | 12:09 Avropa kuboku: Komandalarımız Rusiya və Ukrayna şahmatçıları ilə mübarizə aparacaqlar
13/11 | 11:57 Voleybol üzrə U-16 komandamız Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə qarşılaşacaq
13/11 | 11:04 Azərbaycanın U-17 komandası Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizəyə başlayır
13/11 | 10:53 Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb
13/11 | 10:00 Avropa kuboku: “Vüqar Həşimov” klubu üçüncü qələbəsini qazanıb
13/11 | 09:51 Azərbaycan karateçiləri Belçikada 2 medal qazanıblar
12/11 | 22:01 Belarus Paralimpiya Komitəsinin prezidenti Oleq Şepel Bakıda səfərdədir
12/11 | 21:16 Fövqəladə Hallar Nazirliyinin idmançıları beynəlxalq yarışlarda mükafat qazanıblar
12/11 | 20:10 Azərbaycan idmançıları ciu-citsu üzrə Tbilisidə keçirilən dünya çempionatında 20 medal qazanıblar
12/11 | 19:58 “Avro 2020”nin fristaylerlər komandasının heyəti açıqlanıb
12/11 | 19:17 Bakı Slavyan Universitetində “Avro 2020” Könüllülük Proqramı ilə bağlı görüş olub
12/11 | 19:01 Münxen 2022-ci ildə qarışıq idman növləri üzrə Avropa çempionatına ev sahibliyi edəcək
12/11 | 18:56 Aerobika gimnastlarımız gələn il Bakıda keçiriləcək dünya kuboku üçün yeni proqram hazırlayırlar
12/11 | 18:33 1 saylı RİOEUGİM-in boksçuları Rusiyada 16 medal qazanıblar
12/11 | 18:02 F1 pilotu Albon 2020-ci il mövsümündə “Red Bull”da qalacaq
12/11 | 17:59 Azərbaycan Premyer Liqasının XI turunun rəmzi komandası açıqlanıb
12/11 | 17:31 “Qarabağ”ın futbolçuları üçün seminar təşkil olunub
12/11 | 16:52 “Qəbələ”nin gürcüstanlı futbolçusu XI turunun ən yaxşı oyunçusu seçilib
12/11 | 16:34 Azərbaycan qılıncoynadanı Ukraynada keçirilən xatirə turnirdə iştirak edib
12/11 | 16:20 Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub
12/11 | 15:41 “Renault” Formula 1-i tərk etməsi xəbərlərini təkzib edib
12/11 | 15:00 Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Seynsburi Bakıya gəlib
12/11 | 14:46 Rahim Sterlinq İngiltərə millisinin düşərgəsindən uzaqlaşdırılıb
12/11 | 14:14 Olqa Kiseloviçova: AGF aerobika gimnastikası üzrə məşqçilik kurslarını yüksək səviyyədə təşkil edib
12/11 | 13:50 Şahmat üzrə iddiaçılar turniri gələn il Yekaterinburqda keçiriləcək
12/11 | 13:07 Mövsümün yubiley qolunun müəllifi Əmir Ağayev olub
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 11 8 3 0 20-3 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 11 4 2 5 14-16 14
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9
"Tokio-2020": Olimpiya rəmzi olan növlərin təsnifat yenilikləri
Tarix: 10.04.2019 | Saat: 10:57:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Bakı gimnastların əsas seçim məkanları sırasındadır

Olimpizmin əsas rəmzi sayılan növlər az deyil. Atletika ilə yanaşı, müasir beşnövçülük olimpizmin əbədi ayrılmaz tərkib hissəsi sayılır. Bu mənada üçnövçülük əhatə dairəsi ilə xüsusi seçilir. Əlbəttə, qılıncoynadanların, güllə atıcılarının yarışları ənənə üzrə dünya idman hərəkatının dayaqlarındandır. Gimnastika isə həmişə bədən tərbiyəsinin ən aktual məsələsi kimi sağlamlığın keşiyində dayanan həyat tərzi hesab olunub. Hətta bu növ fiziki və ruhi inkişafın vəhdətini tələb edən pedaqogikanın təməlində daim yer alır. Sözügedən növlərsiz təsəvvür olunmayan daha bir olimpiya oyunlarına idmançıların yolu da fərqlidir.

Müasir beşnövçülük – 2 medal dəsti

2020-ci il avqustun 6-dan 8-dək keçiriləcək yarışların məkanı Muşasino Meşə İdman Sarayı və "Tokio stadionu" kimi də tanınan Acinomoto stadionu (yaponca – "Acinomoto Sutciamu") olacaq. Hər gender üzrə 36 idmançı medallar uğrunda mübarizə aparacaq. Yarışlar güllə atıcılığı, şpaqa qılıncoynatması, 200 metrə sərbəst üzgüçülük, konkur və 4-12 km məsafəni əhatə edən dərə-təpə qaçışı üzrə keçirilir.

Hər ölkə yarışlara ən çox iki idmançı çıxara bilər. Təsnifat kişi və qadınlar üçün eynidir. Ev sahibi birbaşa 1 vəsiqənin sahibidir. Beynəlxalq federasiya (UİPM) 2 lisenziyanı bütün seçmə mərhələləri başa çatdıqdan sonra özü təyin edəcək. 2019-cu il dünya kubokunun sahibi də lisenziya alacaq. 20 vəsiqənin taleyini qitə yarışlarından sonra bilinəcək. Afrika və Okeaniyanın hərəsi 1, Asiya və Amerika hərəyə 5, Avropa isə 8 idmançısını Tokioya göndərəcək. Amerikada da bölgü prinsipi var. Cənub və Şimalın hərəsinin iki lisenziya payı var, üstəlik, hər ölkə bu lisenziyalardan yalnız birini ala bilər. Daha bir vəsiqəni 2019-cu ildə (27-30 iyul) Peru paytaxtı Limada keçiriləcək Panamerika Oyunları verəcək.

2019-cu və 2020-ci illərin dünya çempionatlarının medalçıları da Yaponiyaya bilet sifariş edəcəklər. Qalan 6 nəfərin olimpiyaçı statusunu reytinq müəyyən edəcək.
Yaponiya bir iştirakçısının adını hələ elan etməyib. Bununla belə, ilk iştirakçı məlumdur. Bu il fevralın 23-24-də Misirin paytaxtı Qahirədə keçirilmiş qitə çempionatında Afrikanın ən yaxşısı ev sahibləri – kişilərdə Şərif Nasir, qadınlarda Haydi Mursi olublar.

Dünya kubokunun finalı iyunun 27-30-da Yaponiya paytaxtı Tokioda baş tutmalıdır. Dünya çempionatları ilə bağlı məsələlər də məlumdur. Builki yarış sentyabrın 2-dən 9-dək Macarıstanın paytaxtı Budapeştdə, gələnilki isə may ayında Çinin Siamen şəhərində keçiriləcək. Okeaniya və Asiyanın birgə çempionatı da Çində Kunminqdə bu il noyabrın 11-dən 21-dək keçiriləcək. Avropa çempionatı avqustun 6-dan 11-dək Böyük Britaniyanın Baf şəhərinə planlaşdırılıb. Yarışların yekunu olaraq, seçim xarakterli yekun reytinq cədvəli gələn il iyunun 1-də elan ediləcək. Üçlər komissiyasının qərarı da bundan sonra veriləcək.

Üçnövçülük – 3 medal dəsti

Beynəlxalq adı triatlon olan üçnövçülükdə olimpiadanın daha bir yeniliyi kimi üçüncü medal dəsti ilə qarışıq komanda yarışıdır. Kişilər iyulun 27-si, qadınlar 28-i, qarışıq komandalar isə avqustun 1-də mübarizə meydanlarına çıxacaqlar. Yarışlar Odayba sahil parkında keçiriləcək. İştirakçılar 1,5 km açıq hövzədə üzdükdən sonra 40 km-ə veloyürüşə çıxacaqlar. Ardınca 10 km-ə qaçacaqlar. Qarışıq komanda yarışında iki kişi və iki qadın iştirak edəcək. Estafet prinsipi ilə hər atlet 300 metrə üzəcək, 8 km velosiped sürəcək və nəhayət, 2 km qaçacaq.

Təsnifat hesabı 2018-ci il mayın 11-də başlayıb və 2020-ci il mayın 11-də başa çatacaq. Bir ölkədən ən çox 3 idmançı olmaqla, cəmi 110 triatlonçu (hər gender üzrə 55) olimpiyaçı olacaq. İlk olimpiyaçı statusunu qarışıq yarışların reytinqi müəyyən edəcək. Bu hesabat 2020-ci il martın 31-də elan olunacaq. Həm də 7 MOK-un 4 idmançısı (hər gender üzrə 2 olmaqla) olimpiyaçı statusuna sahib çıxacaq. Bundan savayı, daha 3 ölkə 2020-ci ildə keçiriləcək təsnifat yarışlarında da bir o qədər lisenziya ala bilər. Gələn il mayın 11-də isə fərdi qaydada hər gender üzrə 26 üçnövçü vəsiqə sahibi olacaq. Daha bir vəsiqə qitələr üzrə ən yaxşı reytinqli ölkəyə veriləcək. Yaponiya, bərabər bölünməklə, 4 vəsiqənin sahibidir. Bir o qədər vəsiqəni Üçlər komissiyası paylayacaq.

Qeyd edək ki, ölkəmizin təmsilçisi Rostislav Pevtsov hazırda 2926,26 balla reytinq 18-cisidir. Qadınlarda Kseniya Levkovska 1029,83 balla 122-ci, Darına Moskalenko 721,03 balla 180-cidirlər.

Olimpiya qarışıq komanda təsnifat turniri gələn il aprelin 1-dən mayın 11-dək olan müddət ərzində Kolumbiyanın Kartagena şəhərində keçirilməlidir.

Güllə atıcılığı – 15 medal dəsti

360 idmançının iştirak edəcəyi yarışlar iyulun 25-dən avqustun 2-dək Yaponiyanın Quru Qoşunları Müdafiə Qərargahının Asaka Güllə Atıcılığı Poliqonunda (yaponca – "Asaka tilyutonti") keçiriləcək. Qeyd edək ki, güllə atıcılığına beynəlxalq təsfniat üzrə stend atıcılığı da daxildir.

Əvvəlki Oyunlarla müqayisədə Tokioda iştirakçıların sayı 30 idmançı azaldılıb. Yarış proqramı da dəyişdirilib. Pnevmatik tapançadan və uzanılı vəziyyətdə tüfəngdən 50 metrə atəş proqramları olimpiya statusunu itirib. Dabl-trap yerini qarışıq yarışa verib.

Təsnifatla bağlı qərarlar 2018-ci ilin fevralında qəbul edilib. Seçim yarışları üçün başlanğıc tarixi 2018-ci ilin sentyabrın 1-i, sonuncu gün isə 2020-ci il mayın 31-idir. Ev sahibinə, hər fərdi yarışda olmaqla, 1 lisenziya veriləcək və bu, 12 yer edir. Qarışıq komanda yarışlarında ən yüksək reytinqli 2 ölkəyə 4 vəsiqə təqdim olunacaq. Ölkəsi olimpiadaya vəsiqə əldə edə bilməyən ən yüksək fərdi reytinqə malik idmançılar da olimpiada yolçusu olacaqlar. Daha 24 yerin sahibini isə Üçlər komissiyası müəyyən edəcək.

Əsas yarışlar dünya və qitə çempionatları, İSSF Dünya Kuboku-2019-dur. Fərdi reytinqlər istisna olmaqla, bütün lisenziyaları idmançılar öz ölkəsinə qazanacaq. MOK-lar ən aşağı təsnifat balı toplamış idmançılar arasından komandalarını formalaşdıra bilər. Ümumən, bu günə qədər 33 ölkə 108 vəsiqənin sahibi sayılır. Ölkələr üzrə kvotalara görə, onların sayı 102-yə salınacaq. Çin 18, ABŞ, Rusiya və Yaponiya 12 idmançı ilə bu siyahının liderləridir. Qarşıda 258 nəfərin seçimi var.
2019-cu il Dünya Kubokunun seriyalarının təqvimi belədir: 20–28 fevral - Dehli, Hindistan; 15–26 mart – Akapulko, Meksika; 5–15 aprel – Əl Əyn, BƏƏ, 23 aprel–1 may – Pekin, Çin; 7–18 may – Çanqvon, Cənubi Koreya, 24 may–1 iyun – Münxen, Almaniya, 11–22 avqust – Lahti, Finlandiya; 26 avqust–3 sentyabr - Rio de Janeyro, Braziliya. Bu mərhələlərin hər biri fərqli proqramlar üzrə yarışlara lisenziya verir. Məsələn, 3 vəziyyətdə tüfəngdən 50 metrə, pnevmatik tüfəngdən və tapançadan 10 metrə atəş üzrə 1-ci mərhələ yarışları hər bir proqram üzrə 2 vəsiqə verib.

Azərbaycan üçün də maraqlı olan daha bir yarış Avropa Oyunlarıdır (20-30 iyun, Minsk, Belarus). Avropa çempionatı isə sentyabrın 3-dən 17-dək İtaliyanın Lonato şəhərində keçiriləcək. 25 və 50 m məsafələrə atəş proqramı üzrə sentyabrın 12-dən 23-dək qitə çempionatı İtaliyanın Bolonya, 10 metrə atəş yarışları isə 2020-ci il fevralın 23-dən martın 3-dək Polşanın Vrotslav şəhərlərində təşkil olunacaq.
Avropanın 2 Olimpiya təsnifat turniri barədə qərarlar isə verilməyib. Lakin onlar 2020-ci ilin may ayında keçirilməlidir. Dünya reytinqi 2020-ci il mayın 31-də elan ediləcək. Kvotalar üzrə yerlərin paylanması 2020-ci il iyulun 2-də olacaq.

Digər qitələrə gəlincə, Panamerika Oyunları iyulun 26-dan avqustun 11-dək Peru paytaxtı Limada, Afrika çempionatı sentyabrın 20-dən 29-dək Əlcəzairin Tipasa, Okeaniya çempionatı noyabrın 1-dən 9-dək Avstraliyanın Sidney, Asiya çempionatı noyabrın 3-dən 11-dək Qətər paytaxtı Dohada keçiriləcək.

Qılıncoynatma – 12 medal dəsti

Olimpiya medalları iyulun 25-dən avqustun 2-dək Tokio civarında yerləşən Qurultaylar mərkəzi kimi də tanınan "Makuhari Messe"də sahiblərinə çatdırılacaq. Tarixdə ilk dəfə bütün silahlar üzrə həm komanda, həm də fərdi yarışlar təşkil ediləcək.

Olimpiyaçı statusunu 212 idmançı qazanacaq. Əsas lisenziyalar 2020-ci il aprel ayının 4-nə olan reytinq vəziyyətinə görə paylanılacaq. Bundan əlavə, vəsiqələr 4 zona üzrə təşkil ediləcək təsnifat yarışlarında da veriləcək. Komanda reytinqinə görə, 8 yığma lisenziya sahibi olacaq. Komandaların tərkibində 3 qılıncoynadan olmalıdır. Reytinq üzrə seçim belədir: 4 ən yaxşı komanda olimpiadada mübarizə aparacaq. İlk 16-lıqda yer almaq şərtilə, Afrika, Amerika, Avropa və Asiya/Okeaniya tandeminin komandası da Tokioya bilet sifariş edə bilər. Əgər 16-lıqda zonanın heç bir komandası yer almayıbsa, olimpiyaçılar zonadan asılı olmayaraq, nəticə əsasında seçiləcək.

Komanda reytinqi əsasında lisenziya sahibi olan qılıncoynadanlar həm də fərdi yarışlarda qüvvələrini sınayacaqlar. Daha 6 yer fərdi reytinq əsasında müəyyən olunacaq. Bu zaman komanda yolu ilə lisenziya alanların nəticəsi nəzərə alınmayacaq və hər ölkə bu yolla bir vəsiqə sahibi ola bilər. Avropa və Asiya/Okeaniyanın hər birindən 2, Amerika və Afrikanın isə 1 qılıncoynadanı Tokio yolçusuna çevriləcək. Olimpiya lisenziyası olmayan ölkələrin nümayəndələrinin iştirakı ilə hər qitə zona yarışlarından daha bir lisenziya ala bilər.

Əlavə olaraq, diqqət ediləcək məqamlar var. Əvvəla, hər zona üzrə reytinqdən 2 idmançı olimpiyaçı olacaq. Lakin bu idmançılar eyni ölkəni təmsil edə bilməzlər. Zona təsnifatı yarışlarından Avropa 4, Asiya/Okeaniya 3, Amerika 2, Afrika 1 idmançı ilə olimpiadada təmsil olunacaq. Bu yarışlarda yalnız olimpiya lisenziyası olmayanlar iştirak edəcək və hər ölkə yalnız bir lisenziya ala bilər.

Fərdi reytinqin əsas qaydaların bir məqamı da qeyd olunmalıdır. Komanda yarışları istisna olmaqla, 14 ən yaxşı qılıncoynadan da olimpiyaçı olacaq. Lakin hər ölkəyə ən çox iki yer verilir. Ev sahibinin 8 lisenziyası var.

Gimnastika – 18 medal dəsti

Yarışlar 3 kateqoriya üzrə keçiriləcək: bədii, idman və tamblinq. İyulun 25-dən avqustun 9-dək Tokio buxtasında yerləşən Olimpiya Gimnastika Mərkəzində, 114-ü kişi və 210-u qadın olmaqla, 324 idmançı medallar uğrunda yarışacaq. Bədii gimnastika sırf qadın yarışıdır. 2016-cı illə müqayisədə təsnifatda dəyişikliklər var. İdman gimnastikasının komanda yarışlarında heyətə 5 deyil, 4 idmançı daxil ola bilər. Bunun əvəzində, hər komanda heyətə bir mütəxəssis də əlavə edəcək. Bundan sonra idman gimnastikasında Dünya kuboku, bədii gimnastikada isə qitə yarışlarının nəticələri əsas götürüləcək. Bəzi yarışların nəticəsinə əsasən, artıq olimpiyaçı statusu qazananlar da var.

2018-ci ildə Dohada keçirilmiş idman gimnastikası üzrə dünya çempionatının nəticələrinə görə, ilk 3 yerin sahibi olan kişilərdə Çin, Rusiya və Yaponiya, qadınlarda ABŞ, Rusiya və Çin tam heyətlə Tokioya yollanacaqlar. Sofiyada keçirilmiş bədii gimnastika üzrə dünya çempionatında isə Rusiya, İtaliya və Bolqarıstan qrup hərəkətləri komandası ilə (5 nəfər) olimpiadada mübarizə aparacaqlar.

İdman gimnastikasında komanda yarışlarının iştirakçıları həm də fərdi mübarizəyə vəsiqə əldə ediblər.

2019-cu ildə idman gimnastları dünya çempionatına Almaniyanın Ştuttqart şəhərində (4-15 oktyabr), bədiilər isə Bakıda (16-22 sentyabr) çıxacaqlar.
İdman gimnastlarının qarşıdakı dünya çempionatında ilk 9 yerin sahibi olan komanda da olimpiya lisenziyasını qazanacaq. Fərdi yarışlarda ümumi hesabda ilk 12-likdə, digər 6 alətdə isə ilk 3-lükdə yer alanlar olimpiyaçı statusunu əldə edəcəklər.

İdman gimnastlarının dünya kuboku seriyalarının bir qismi artıq keçirilib: fevralda Melburnda (Avstraliya), martda Qrinsboroda (ABŞ), Bakıda (Azərbaycan), Ştuttqartda (Almaniya), Dohada (Qətər), Birmingemdə (Böyük Britaniya), aprelin 7-də Tokioda (Yaponiya) baş tutub. Daha bir yarış noyabrın 21-24-də Almaniyanın Kottbus şəhərində olacaq. Ümumiyyətlə, 2018-2020-ci illərin dünya kuboku seriyalarından hər alət üzrə bir idmançı Tokio şanslısı olacaq. 2020-ci il seriyalarının ümumi hesabda ilk 3-lükdə yer alan idmançısı da Yaponiyada medallar uğrunda yarışacaq.
İdman gimnastikasında qitə çempionatlarının bölgüsü belədir: Okeaniya 1, qalan qitələr hərəyə 2 vəsiqə. Üçlər komissiyası 1 vəsiqəni özü təyin edəcək.

İdman gimnastikasında cəmi 100 idmançı olimpiya medallarına iddialı olacaq.
Bədii gimnastların əsas seçmə yarışı Bakıdakı dünya çempionatı olacaq. Burada 16 ən yaxşı idmançı olimpiadaya vəsiqə əldə edəcək. Lakin yeganə şərt hər ölkəyə ən çox iki vəsiqədir. Qrup hərəkətləri komandaları isə 5 vəsiqə uğrunda yarışacaqlar. Qalan iştirakçılara 2020-ci ilin Dünya kuboku yarışlarında aydınlıq gətiriləcək. Yarışlar 2019-cu il ərzində keçirilir: Pesaro (5-7 aprel), Sofiya (12-14 aprel), Daşkənd (19-21 aprel) və Bakı (26-28 aprel). Yekun nəticədə, 3 ən yaxşı idmançı olimpiyaçı (bir ölkədən yalnız 1 idmançı olmaqla) olacaq. Sonuncu şansı isə 2020-ci ilin mayına qədər keçirilməli olan qitə çempionatları verəcək. Burada hərəsi bir vəsiqə olmaqla fərdi və qrup hərəkətləri komandaları qazanacaqlar.

Ev sahibləri birbaşa lisenziya sahibidirlər. Üçlər komissiyası da, yekunlardan asılı olaraq, öz vəsiqələrini paylacayaq.

Tamblinqdə və ya batutda 2019-cu ilin dünya çempionatında (Tokio, Yaponiya; noyabr) ilk 8-likdə olan idmançılar Tokioya gedəcəklər. Özü də bir ölkə ən çox iki vəsiqə ala bilər. 2020-ci ilin may ayına qədər keçirilməli olan qitə çempionatları isə 1 vəsiqəyə imkan verəcək. 2019-2020-ci illərin Dünya kuboku seriyasının (fevral 2019-aprel 2020-ci illər) ilk üçlüyü də Yaponiyada yer alacaq.

Təqdim edir: BATI YAR
Xəbər 312 dəfə oxundu



 
Müəllifin son yazıları

10.09.2019 Milli komanda ilk xalını favoritlə oyunda qazandı
09.09.2019 10-cu yüksəliş və ya 6-cı ümid ilinin imkanları
09.09.2019 Boks lisenziyasını nə qədər və necə qazanmaq olar
28.08.2019 Qrup raunduna düşmək üçün son şans
27.08.2019 Qızmar Tokio yayına təşkilatçılar nə vəd edirlər?
19.08.2019 25 ilin nailiyyətləri növbəti 25 ilin inam körpüsüdür
15.08.2019 Səhvlər komediyasının qurbanlığı
31.07.2019 Gələcəyin olimpiyaçılarının sorağında
16.07.2019 Gözləmədiyimizlə gözlədiyimiz arasında
16.07.2019 Kim nə qədər qazanacaq


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru