Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14/04 | 18:55 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
14/04 | 14:37 Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb
14/04 | 10:21 Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb
14/04 | 09:20 Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq
14/04 | 08:19 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb
13/04 | 22:55 Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk mükafatçıları bəlli olub
13/04 | 18:27 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qəbələ"ni məğlub edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Ulu öndərin xatirəsinə keçiriləcək veloturun Təşkilat Komitəsi bu gün mətbuatla görüşüb
Tarix: 30.04.2012 | Saat: 10:25:00 | E-mail | Çapa göndər
Bu gün velosiped idmanı üzrə ölkəmizdə təşkil olunacaq ilk peşəkar yarış - ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən veloturun KİV üçün təqdimat mərasimi keçirilib. Velosiped turunun təşkilat komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-presidenti Sahib Ələkbərov, ulu öndərin anadan olmasının 89-cu ildönümünə həsr olunan beynəlxalq veloyürüşün mayın 9-da start götürəcəyini və 13-də başa çatacağını diqqətə çatdırıb. Bildirib ki, veloturun təşkilatçıları Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Veynəlxalq Velosipedçilər İttifaqıdır. Dünyanın bir sıra ölkələrində analoji tədbirlərin keçirilməsində böyük təcrübəsi olan Almaniyanın «FreundeEventlogistik» şirkəti də turun təşkilati məsələlərinə cəlb olunub.

S.Ələkbərovun sözünə görə, veloyürüş Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvim planına daxil olunub və U-23 (19-23 yaş arası) kateqoriyasına aid UCI kontinental turudur. Yarışda dünyanın dünyanın 17 ölkəsindən 20 komanda qalib adı uğrunda mübarizə aparacaq. Əsas qrupda 4 qitə, 4 milli və 12 klub-qarışıq komanda qüvvəsini sınayacaq.
Turla bağlı hazırlıq işlərinə toxunan Ələkbərov, bütün işlərin yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb. O deyib ki, təşkilati məsələlərdə bir sıra dövlət orqanları, qeyri-hökumət təşkilatları, idman ictimaiyyəti və KİV nümayəndələri də yaxından iştirak edirlər:

«Artıq müvafiq tədbirlər planı hazırlanmış və tam həcmdə reallaşdırılmaqdadır. Yarışda iştirak edəcək komanda üzvlərinin hotellərdə yerləşdirilməsi, yarış zamanı paytaxtda və regionlarda nəqliyyatın hərəkətinin tənzimlənməsi, iştirakçıların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Yarışla bağlı ətraflı məlumat əldə etmək üçün www.ha-tour-aze.com saytı yaradılıb. Burada turnirlə bağlı Azərbaycan və ingilis dillərində daim yenilənən press-relizlər yerləşdirilir. Yarışın nəticələri də mərhələlər üzrə saytda təqdim olunacaq».

Veloturun marşrutu 2007-ci ildə UCİ-nin himayəsi altında keçirilmiş şose üzrə dünya çempionatının təşkilatçısı olan Albrext Roeder tərəfindən planlaşdırılmışdır. O, öz növbəsində, velosiped turunun mayın 9-da Azadlıq meydanında qadınların fərdi yarışı ilə start götürəcəyini diqqətə çatdırıb: «Həmin gün saat 12.00-da həmin meydanda yarışın rəsmi açılış mərasimi keçiriləcək. Tədbir çərçivəsində ekstrim-velosipedçilərin şousu da təşkil olunacaq. Sonra kişilər arasında, demək olar ki, eyni marşrutla velosiped turunun birinci mərhələsi “Azadlıq meydanı-Nobel prospekti-Zığ şosesi-Nobel prospekti-Azadlıq meydanı-Neftçilər prospekti-Azneft meydanı-Neftçilər prospekti-Azadlıq meydanı” marşrutu üzrə komanda yarışı təşkil olunacaqdır. Növbəti gün - mayın 10-da velosipedçilər ulu öndərin Heydər Əliyev Sarayının qarşısındakı abidəsini ziyarət etdikdən sonra 176 km-lik Bakı-Qobustan-Şamaxı-İsmayıllı marşrutu üzrə yola çıxacaqlar. 3-cü mərləhə mayın 11-də Qəbələdə başlayacaq. Sonra velosipedçilər Oğuz və Şəki istiqamətində yüksəklikləri qət edərək yenidən Qəbələyə qayıdacaqlar. Marşrutun uzunluğu 160 km-dir. 4-cü mərhələnin başlanması üçün iştirakçılar may ayının 12-də səhər İsmayıllıya gələcəklər. Daha sonra onlar müəyyən edilmiş marşrutla Qəbələyə gedərək burada 12 dövrə vuracaqlar. Bu mərhələdə velosipedçilər 114 km məsafə qət edəcəklər. Sonuncu mərhələnin keçirilməsi üçün velosipedçilər Bakıya qayıdacaqlar. May ayının 13-də onlar paytaxtın mərkəzi küçələri ilə hər biri 12,3 kilometr olmaqla 10 dövrə vurduqdan sonra yarışa yekun vurulacaq».

Azərbaycan Velosiped İdmanı Federasiyasının idman direktoru Teo Mauxer yürüşdə ölkəmizi təmsil edəcək “ATA sport” və “Sumqayıt” komandalarının hazğırlığı ulə bağlı məsələlərə toxunub. O bildirib ki, idmançılarımız Rusiya və Ukraynada yüksək səviyyədə təlim-məşq toplanışında iştirak etmişdir. Bundan əlavə, velosipedçimiz Tural İsgəndərov Almaniyanın peşəkar komandası ilə birlikdə hazrılıq prosesi keçib. T.Mauxer veloturda idmançılarımızın yüksək yerlər urğunda mübarizə aparacağına inandığını vurğulayıb.


Xəbər 1091 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.09.2023 Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş təşkil edilib
10.09.2023 Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirilib
09.09.2023 Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçiriləcək
06.09.2023 Kriterium üzrə Azərbaycan Kubokunun II mərhələsinə start verilib
24.08.2023 Kriterium üzrə Azərbaycan Kubokunun ilk mərhələsi keçirilib
09.07.2023 Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
11.06.2023 “Əziz Şuşa” veloturunun sonuncu mərhələsinə start verilib
10.06.2023 Alessandro Monaco: Sabah keçiriləcək Şuşa mərhələsini səbirsizliklə gözləyirik
10.06.2023 “Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi yekunlaşıb
10.06.2023 “Əziz Şuşa” veloturunun dördüncü mərhələsinə start verilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru