Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
17/06 | 10:52 Ukraynanın futbol üzrə U-20 yığması dünya çempionu olub
17/06 | 09:40 Uşu üzrə Bakı kuboku yarışlarına yekun vurulub
16/06 | 15:57 Uşu üzrə Bakı kuboku yarışları başlayıb
16/06 | 14:27 Braziliya ciu-citsusu üzrə Bakı çempionatına start verilib
16/06 | 12:39 Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
16/06 | 11:02 Yeniyetmələr arasında Azərbaycan çempionatına yekun vurulub
16/06 | 10:05 Futvolley üzrə Azərbaycan kuboku yarışı keçiriləcək
15/06 | 17:02 Yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatına start verilib
15/06 | 16:17 Paralimpiya hərəkatı əlilliyi olan insanlar arasında təbliğ edilir
15/06 | 14:51 Doqquz yaşlı gimnast Mina Abbasova bu dəfə doğma Bakıda qızıl medal qazanıb
15/06 | 13:00 İkiqat paralimpiya çempionu Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransında çıxış edib
15/06 | 12:21 Azərbaycanlı idmançılar Tunisdə keçirilən savat üzrə dünya çempionatında yarımfinala yüksəliblər
15/06 | 11:30 Sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız II Avropa Oyunlarına hazırlığı davam etdirir
15/06 | 10:19 Avropa Gənclərinin Yay Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə yekun vurulub
14/06 | 16:48 Yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatına start verilib
14/06 | 16:05 Şahmatçımız növbəti heç-heçəyə imza atıb
14/06 | 15:54 Karateçilərimiz “Qazaxıstan Open” turnirində iştirak edəcəklər
14/06 | 15:26 Karate üzrə seminar və açıq çempionat keçirilib
14/06 | 14:23 Avropa İttifaqı Azərbaycanda uşaq paralimpiyasının inkişafına dəstək verəcək
14/06 | 13:29 FIFA milli komandaların yeni reytinqini açıqlayıb
14/06 | 12:38 İsmayıllıda futbol çempionatının qalibləri mükafatlandırılıblar
14/06 | 11:28 Şağan Olimpiya İdman Kompleksində Braziliya ciu-citsusu üzrə Bakı çempionatı keçiriləcək
14/06 | 11:15 Naxçıvan şahmatçıları beynəlxalq yarışlarda uğurla çıxış ediblər
14/06 | 10:06 Futbol üzrə Azərbaycan yığmasının Şimali Makedoniya komandası ilə oyunu heç-heçə başa çatıb
14/06 | 09:53 “MicroPlus” “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının hesablanması üzrə rəsmi tərəfdaşı seçilib
13/06 | 16:48 “Futbola qoşul” onlayn qeydiyyat proqramı ilə bağlı treninqlər keçiriləcək
13/06 | 16:06 Gimnastika üzrə “Aquatic Cup 2019” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
13/06 | 15:24 UEFA Çempionlar Liqasının yeni mövsümündə dörd ölkə iki klubla təmsil olunacaq
13/06 | 15:09 Abşeron Olimpiya İdman Kompleksində uşu üzrə Bakı kuboku yarışları keçiriləcək
13/06 | 14:22 Bakıda yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
13/06 | 13:17 “Altibox Norway Chess 2019”: Şəhriyar Məmmədyarov Dinq Liren ilə qarşılaşacaq
13/06 | 12:09 “Neftçi” klubu italiyalı hücumçusu Canluka Sansone ilə yollarını ayırıb
13/06 | 11:26 Velosiped üzrə Azərbaycan yığma komandası “Tokio-2020” üçün növbəti lisenziya xalları qazanıb
13/06 | 11:03 Qılıncoynadanlarımız Antalyada Avropa çempionatına hazırlıqlarını davam etdirir
13/06 | 10:50 Alpaqut üzrə açıq birinciliyin qalibləri müəyyənləşib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 28 20 6 2 65-21 66
2 Neftçi 28 17 7 4 52-26 58
3 Səbail 28 12 5 11 34-37 41
4 Qəbələ 28 9 9 10 31-33 36
5 Zirə 28 8 7 13 30-40 31
6 Sabah 28 8 5 15 24-42 29
7 Sumqayıt 28 7 6 15 20-41 27
8 Keşlə 28 6 5 17 29-45 23
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti BƏOK-un İcraiyyə Komitəsinə üzv seçilib
Tarix: 19.03.2019 | Saat: 16:33:00 | E-mail | Çapa göndər
Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) İcraiyyə Komitəsinin iclası keçirilib. BƏOK-un prezidenti Jeno Kamutinin rəhbərliyi ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev və məsul katib Aysel Sultanova təmsil ediblər.

Tədbirdə gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub, hesabatlar dinlənilib və qurumun gələcək fəaliyyəti ilə bağlı mühüm qərarlar qəbul edilib.

İclasda 1963-cü ildən təqdim olunan BƏOK-un mükafatlarına namizədlərin seçimi baş tutub. Müxtəlif ölkələrdən namizədlikləri təqdim olunan 40-dan çox nominasiyaya baxılıb və qaliblər müəyyənləşib. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təsdiq olunmuş Jeon Borotra mükafatına AzƏOK tərəfindən namizədliyi irəli sürülən gənclər və idman naziri Azad Rəhimov layiq görülüb.

Tədbirdə, həmçinin AzƏOK-un sədri Xəzər İsayev BƏOK-un İcraiyyə Komitəsinin üzvü seçilib. Onun rəhbərliyi ilə ötən il yaradılan BƏOK-un Ədalətli Oyunlar Regional İnkişaf Mərkəzinin işi ilə bağlı məsələlər müzakirə olunub və bir sıra qərarlar qəbul edilib. Xatırladaq ki, ötən il beynəlxalq qurumun İcraiyyə Komitəsinin qərarı ilə ilk Regional Mərkəzin Azərbaycanın paytaxtı Bakıda yaradılması qərara alınıb.

BƏOK-un iclasında Regional Mərkəzin nizamnaməsi təsdiqlənib. Qəbul olunan qərara əsasən, qurumun İcraiyyə Komitəsi prezident, üç vitse-prezident, baş katib, mühasib və 13 ölkə üzvündən ibarət olacaq. Mərkəzin əsas fəaliyyəti region ölkələrdə ədalət prinsiplərini təbliğ etməkdir. İclasda, həmçinin BƏOK ƏORİM-in loqosu da təsdiq olunub.

Loqo milli xalça ornamentlərini və Qobustan elementlərini təcəssüm etdirir. Xalça kombinasiyasındakı elementlər və UNESCO-nun ümumdünya irs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlər ədalət simvolu ilə eleqant şəkildə birləşdirilib. Loqo Azərbaycanın tarixi irsini simvolizə edir və mədəniyyətini özündə birləşdirir. Loqoda BƏOK-un loqosunun rəngləri olan narıncı və qırmızı rənglərdən istifadə olunub.

İclasda Regional Mərkəzin bu il Bakıda Konqresinin və Assambleyasının keçirilməsi də qərara alınıb.

Tədbirdə, həmçinin ötən ilin oktyabrında Buenos-Ayresdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunları və bu ilin martında Krasnoyarskda keçirilən Qış Universiadası ilə bağlı hesabat məruzələri dinlənilib. Bundan başqa, BƏOK-un bu yarışlarda BOK-un dəstəyi ilə gördüyü təbliğat işləri müzakirə edilib.

AZƏRTAC
Xəbər 85 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.06.2019 Avropa Gənclərinin Yay Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə yekun vurulub
07.06.2019 Nazir Azad Rəhimov İsmayıllıda vətəndaşlarla görüşdü
22.05.2019 Azərbaycan Milli Olimpiya Komitəsi ilə “Caspiantech” QSC arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
06.05.2019 Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı tədbir keçirilib
01.05.2019 Formula 1 azarkeşləri “Olimpiya mədəniyyəti və təhsil” proqramı barədə məlumatlandırılıb
26.04.2019 Çingiz Hüseynzadə: Yay aylarında bütün idman növləri üzrə kurslar təşkil etməyi planlaşdırırıq
08.04.2019 MOK-un vitse-prezidenti İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclasında iştirak edib
06.04.2019 Azərbaycan İslam Həmrəyliyi İdman Federasiyasının toplantılarında təmsil olunacaq
20.03.2019 “İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
14.03.2019 MOK-un vitse-prezidenti Xəzər İsayev Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin İcraiyyə Komitəsinin iclasına qatılacaq


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
"Tokio-2020": Əsas medal ümidlərimizin olimpiya yolu
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru