Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan Respublikası Atçılıq Federasiyasının növbəti ümumi yığıncağı keçirilib
Tarix: 16.03.2019 | Saat: 11:00:00 | E-mail | Çapa göndər
Martın 16-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) növbəti ümumi yığıncağı keçirilib.

Yığıncaqda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ARAF İdarə Heyətinin üzvləri və 100-ə yaxın federasiya üzvü iştirak edib.

Ümumi yığıncağın əvvəlində son illər ərzində Azərbaycan Respublikasında atçılığın tərəqqisinə, beynəlxalq yarışlarda qazanılmış uğurlara həsr olunmuş sənədli film nümayiş etdirilib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin giriş sözündən sonra federasiyanın baş katibi Bəhruz Nəbiyev 2009-cu ildən etibarən federasiya tərəfindən görülmüş işlərlə bağlı geniş məruzə edib.

Federasiyanın vitse-prezidenti Mahir Muradov son beş il ərzində atçılığın konkur növü üzrə görülmüş işlər, vitse-prezident Elşad Abbasov son beş il ərzində cıdır üzrə görülmüş işlər barədə, federasiyanın İdarə Heyətinin üzvü Bəsirət Quliyev milli at cinsləri və milli atüstü oyunlarla bağlı məruzələr ediblər.
Sonra federasiya prezidentinin seçkiləri keçirilib, Elçin Quliyev ümumi yığıncaq üzvlərinin maksimal səs çoxluğu ilə yenidən növbəti beş il müddətinə ARAF-ın prezidenti seçilib.

Ümumi yığıncağın qərarı ilə ARAF-ın birinci vitse-prezidenti vəzifəsinə Mahir Muradov, vitse-prezident vəzifələrinə Elşad Abbasov, Bəsirət Quliyev, Sakit Məmmədov, Bəhruz Nəbiyev seçilib və İdarə Heyətinin üzvləri təsdiq olunublar.

Səsvermədən sonra ARAF prezidenti Elçin Quliyev çıxış edib, göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib, gələcək planlar və görüləcək işlər haqqında geniş məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində milli atçılığın böyük inkişaf yolu keçməsi xüsusi vurğulanıb, ARAF-ın fəaliyyəti dövründə əldə olunmuş nailiyyətlər, Qarabağ və Dilbaz milli at cinslərinin qorunması və təbliğatı üçün görülən işlər haqqında geniş məlumat verilib, milli atçılığın inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər ətraflı şərh olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə çövkən milli atüstü oyununun 2013-cü ildə UNESCO-nun təxirəsalınmaz qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasının milli atçılığın inkişafı üçün xüsusi əhəmiyyəti vurğulanıb.

Son illər ərzində atçılıq idmanı sahəsində əldə olunmuş əsas nailiyyətlər sırasında 2009-cu ildən etibarən ölkəmizdə atçılığın konkur növü üzrə beynəlxalq turnirlərin təşkilinə başlanılması və ildən-ilə bu turnirlərin sayının əhəmiyyətli dərəcədə artması, 2010-cu ildən cıdır yarışlarının keçirilməsi, 2010-cu ilin martında 1-ci Milli Atçılıq Festivalı çərçivəsində çövkən üzrə ilk respublika çempionatının təşkil edilməsi və bu turnirlərin ənənəvi olaraq keçirilməsi, 2012-ci ildən başlamaqla üç dəfə Böyük Britaniya Kraliçası II Elizabetin şərəfinə təşkil olunan təntənəli atçılıq tədbirlərində Qarabağ atlarının möhtəşəm şou proqramlarının nümayiş etdirilməsi, 2013-cü ilin sentyabrında “Polo vətənə qayıdır” devizi ilə ölkə ərazisində ilk beynəlxalq arena polo yarışının, 2014-cü ildə “Polo vətəni tanıdır” devizi ilə növbəti arena polo üzrə Dünya Kuboku turnirinin təşkil olunması, 2014-cü ildə Beynəlxalq Atçılıq Federasiyasının növbəti Baş Assambleyasının Bakıda keçirilməsi, 2015-ci ildə Azərbaycanın Polo üzrə Milli Komandasının Avropa çempionu tituluna sahib olması, Avropa çempionatından sonra Azərbaycan Prezidenti İlham Əliyevin ARAF rəhbərliyini və polo komandasının üzvlərini qəbul etməsinin, onları təbrik etməsinin, tapşırıq və tövsiyələr verməsinin idmançıları daha yüksək qələbələrə ruhlandırması, 2018-ci ildə Azərbaycan Milli Polo Komandasının İtaliyanın Siene şəhərində keçirilən Avropa Çempionatında gümüş medalın sahibi olması, 2018-ci və 2019-cu illərdə Azərbaycan poloçularının İsveçrənin Sankt Moritz şəhərində keçirilən Qar Polosu üzrə Dünya Kuboku turnirlərində iştirak etməsi və hər iki yarışın üçüncüsü olması, 2020-ci ildə 8 komanda arasında keçiriləcək Polo üzrə Avropa çempionatına Bakının ev sahibliyi etməsi barədə qərarın qəbul olunması, 2015-ci il birinci Avropa Oyunlarında, 2017-ci il İslam Həmrəyliyi Oyunlarında, Cümhuriyyətin 100 illiyinə həsr olunmuş parad və digər tədbirlərdə yüksək səviyyəli iştirakın təmin olunması diqqətə çatdırılıb.

AZƏRTAC
Xəbər 1221 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
24.12.2023 Çövkən üzrə Prezident Kubokunun qalibi müəyyənləşib
22.12.2023 Çövkən üzrə Prezident Kubokunda finalçılar müəyyənləşib
19.12.2023 Çövkən üzrə Prezident Kubokunda növbəti oyunlar keçirilib
17.12.2023 Çövkən üzrə Prezident Kubokunda ikinci günün qalibləri müəyyənləşib
15.12.2023 Çövkən üzrə Prezident Kubokunda ilk günün qalibləri müəyyənləşib
15.12.2023 Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi olub
09.12.2023 Azərbaycan idmançısı Rusiyada keçirilən atçılıq yarışlarında 2 medal qazanıb
09.11.2023 Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatının qalibi olub
08.11.2023 Milli Atçılıq Festivalı: İki yarışın qalibləri məlum oldu
07.11.2023 Çövkən üzrə dünya çempionatı: Azərbaycan millisi Qazaxıstana qalib gəlib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru