Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
22/08 | 18:02 Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti millimizin üzvləri ilə görüşüb
22/08 | 17:55 AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub
22/08 | 17:22 Yüngül atletikanın qaçış növü üzrə Culfa rayon turnirinə yekun vurulub
22/08 | 16:44 Azərbaycanın U-17 komandasının rəqibi heyətini açıqlayıb
22/08 | 16:04 AFFA-nın İntizam Komitəsinin iclası keçirilib
22/08 | 15:42 Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstanda ilk məşqinə çıxıb
22/08 | 15:07 Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionuna start verilir
22/08 | 14:45 “Avro 2020”nin sponsorlarının nümayəndələri Bakıda səfərdədir
22/08 | 13:49 Silverstounda Qran-Prinin keçiriləcəyi tarix acıqlanıb
22/08 | 12:31 “Araz” futzal klubu növbəti transferini reallaşdırıb
22/08 | 12:09 Azərbaycan Premyer Liqasının ikinci turuna hakim təyinatları açıqlanıb
22/08 | 11:44 Azərbaycanın U-17 komandası beynəlxalq turnirə hazırlaşır
22/08 | 11:03 Bu gün “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayır
22/08 | 10:41 Türkiyədə Qaradəniz və Xəzəryanı ölkələrin təmsilçiləri arasında karate çempionatı keçiriləcək
22/08 | 10:10 UEFA Çempionlar Liqasının play-off mərhələsinin daha üç oyunu keçirilib
22/08 | 09:53 Güllə atıcımız Avropa çempionatında iştirak edəcək
22/08 | 09:38 “Qarabağ” – “Linfild” oyununun biletləri satışa çıxarılıb
21/08 | 22:34 AFFA məşqçilər üçün seminar təşkil edib
21/08 | 21:12 Kikboksçularımız Avropa birinciliyində iştirak edəcəklər
21/08 | 20:06 Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstana yollanıb
21/08 | 19:21 Şahmatçımız Abdulla Qədimbəyli Ukraynada kubok turnirində iştirak edib
21/08 | 18:40 Ruslan Lunyov Avropa çempionatında iştirak edəcək
21/08 | 18:11 Seymur Məmmədov dünya çempionatında gümüş medal qazanıb
21/08 | 17:09 Sərbəst güləşçilərimiz Rusiyada güclərini sınayacaqlar
21/08 | 16:47 Futzal üzrə Birinci Liqanın 2019-2020-ci il mövsümündə 20 komanda iştirak edəcək
21/08 | 16:01 Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
21/08 | 15:37 Əkiz bacılar - Dina və Arina Averinalar Bakıda keçiriləcək dünya çempionatında Rusiya yığmasına başçılıq edəcəklər
21/08 | 15:07 Millimizin rəqibi heyətini açıqlayıb
21/08 | 14:33 AFFA və Konami arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
21/08 | 13:23 Futbol üzrə Azərbaycan millisi ilə qarşılaşacaq Uels yığmasının heyəti açıqlanıb
21/08 | 12:56 Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21/08 | 12:19 Milli Paralimpiya Komitəsi ilə Azərbaycandakı Amerika Ticarət Palatası əməkdaşlıq edəcək
21/08 | 11:40 Futzal üzrə Yüksək Liqanın 2019-2020-ci il mövsümündə 10 komanda iştirak edəcək
21/08 | 10:59 UEFA Çempionlar Liqasının play-off mərhələsinin oyunları keçirilib
21/08 | 10:02 Paytaxtın “Sabah” klubu heyətini Honduras millisinin futbolçusu ilə gücləndirib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Sumqayıt 1 1 0 0 2-0 3
2 Qarabağ 1 1 0 0 1-0 3
3 Səbail 1 1 0 0 1-0 3
4 Sabah 1 0 1 0 1-1 1
5 Neftçi 1 0 1 0 1-1 1
6 Zirə 1 0 0 1 0-1 0
7 Keşlə 1 0 0 1 0-1 0
8 Qəbələ 1 0 0 1 0-2 0
Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub
Tarix: 14.03.2019 | Saat: 13:33:00 | E-mail | Çapa göndər
Martın 14-də Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışlarının açılış mərasimi keçirilib.

Açılış mərasimi Milli Gimnastika Arenasında iştirakçı ölkələrin paradı ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev turnirdə 41 ölkəni təmsil edən idmançıları və qonaqları salamlayıb. Qeyd edib ki, idmançılarımızın beynəlxalq yarışlarda göstərdiyi yüksək nəticələrlə fəxr edən Azərbaycan indi həm də belə yarışların mütəmadi təşkil edildiyi məkana çevrilib. Son bir neçə il ərzində ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran-Prisi və digər yarışlara yüksək səviyyədə ev sahibliyi edən ölkəmizin bu sahədəki uğurları ilk növbədə Prezident İlham Əliyevin idman siyasəti ilə bağlıdır. Məhz dövlətimizin başçısının diqqət və qayğısı sayəsində indi respublikamızın bütün bölgələrində fəaliyyət göstərən Olimpiya mərkəzlərində, idman məktəblərində, idman klublarında ölkə gənclərinin idmanla məşğul olması və öz göstəricilərini yüksəltməsi üçün bütün şərait yaradılıb. Çox sevindirici haldır ki, vaxtı ilə ölkəmiz üçün ənənəvi idman növü sayılmayan gimnastika bu gün respublikamızda özünün inkişaf dövrünü yaşayır, gimnastlarımız Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edirlər.

"Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın gimnastikanın inkişafına göstərdiyi daimi diqqət və qayğı nəticəsində yeniyetmələr və gənclər arasında bu idman növünün populyarlığı getdikcə artır və gimnastika ilə məşğul olanların sayı ildən-ilə çoxalır. Azərbaycan Gimnastika Federasiyasının 2017-ci və 2018-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının reytinq siyahısında birinci sırada yer tutması məhz bu diqqətin təzahürü, ölkəmizdə gimnastikanın inkişafı istiqamətində fəaliyyətin səmərəliliyinin göstəricisidir”, - deyə Yusuf Məmmədəliyev vurğulayıb.

Prezidenti Administrasiyasının şöbə müdiri bildirib ki, il ərzində təşkil edilən Avropa və dünya miqyaslı yarışların sayına və təşkilinin keyfiyyətinə, yarış məkanlarının texniki göstəricilərinə görə Bakı artıq dünyanın gimnastika mərkəzlərindən biri hesab oluna bilər. 2019-cu ildə Bakıda gimnastikanın müxtəlif növləri üzrə 7 beynəlxalq tədbir təşkil ediləcək. Bu, ölkəmiz üçün böyük şərəf və dünya idman ictimaiyyətinin yüksək etimadının göstəricisi olmaqla, həm də böyük məsuliyyət deməkdir. Əminliklə demək olar ki, biz bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyik.

Bu gün açılış mərasimi keçirilən yarışın fərqli cəhətlərindən biri Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımasıdır. Bu barədə danışan Y.Məmmədəliyev deyib: “Bütün gimnastlara hər bir idmançının ən böyük arzusu olan Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmağı arzulayıram. İdman yarışları bizim üçün həm də bir-birimizi daha yaxşı tanımaq, təmsil etdiyimiz xalqların və ölkələrin milli-mənəvi dəyərləri, mədəniyyəti barədə məlumat almaq, dünyanın nə qədər gözəl və rəngarəng olduğunu bir daha hiss etmək imkanı yaradır. Əminəm ki, qədim Azərbaycan torpağında keçirdiyiniz bir neçə gün yaddaşınızda silinməz izlər qoyacaq, qazandığınız idman nailiyyətləri dünyada sülh və əmin-amanlığın, xalqlar arasında dostluğun qorunub-saxlanılması və inkişaf etdirilməsi işinə əvəzsiz töhfə olacaq”.

İdmançılara uğurlar arzulayan Y.Məmmədəliyev dünya kuboku yarışlarını açıq elan edib.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Martın 17-dək davam edəcək turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq istəyən idmançılar üçün mühüm əhəmiyyət daşıyır. Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda mübarizəyə 121 kişi və 49 qadın idman gimnastı qoşulub. Turnirə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatının medalçıları qatılıblar. Yarışların ilk iki günündə təsnifat, sonrakı iki gündə isə final mərhələləri keçiriləcək.

Dünya kuboku yarışlarında ölkəmizi Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və Marina Nekrasova təmsil edirlər.

Turnirdə ən yüksək icra xalı toplamış gimnastlara Azərbaycan Gimnastika Federasiyasının ənənəvi kuboku - “AGF Trophy” təqdim olunacaq.
Xəbər 110 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
21.08.2019 Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
21.08.2019 Əkiz bacılar - Dina və Arina Averinalar Bakıda keçiriləcək dünya çempionatında Rusiya yığmasına başçılıq edəcəklər
20.08.2019 Bədii gimnastlarımız Minskdə dünya kuboku yarışlarında çıxış ediblər
20.08.2019 Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
15.08.2019 Bakıda bədii gimnastika üzrə dünya çempionatının açılışında Azərbaycanın sevilən ifaçıları çıxış edəcəklər
13.07.2019 XXX Ümumdünya Yay Universiadasında bədii gimnastımız gümüş medal qazanıb
08.07.2019 Bədii gimnastlarımız Varnada beynəlxalq turnirdə beş medal qazanıblar
08.07.2019 Gimnastımız Marina Nekrasova XXX Yay Universiadasında Azərbaycana ilk qızıl medalı qazandırıb
23.06.2019 Avropa Oyunları: 3-cü gün: Məşayxi-Ruhidil cütlüyü 3-cü medalını qazandı YENİLƏNİB
15.06.2019 Doqquz yaşlı gimnast Mina Abbasova bu dəfə doğma Bakıda qızıl medal qazanıb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
25 ilin nailiyyətləri növbəti 25 ilin inam körpüsüdür
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Öndəki dünya kubokuna geridəki illərdən bir baxış
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru