Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
24/03 | 18:19 Paralimpiyaçımız “Tokio 2020”-yə lisenziya qazanmaq şansını artırıb
23/03 | 11:59 Azərbaycanın U-19 millisi İrlandiya ilə qarşılaşacaq
22/03 | 21:00 Avro-2020: seçmə mərhələnin ilk qolu vurulub
21/03 | 16:20 Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21/03 | 13:03 Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21/03 | 12:00 Ər-Riyadda azərbaycanlı sumoçuların da iştirak etdiyi ümumdünya etno festival başa çatıb
21/03 | 10:52 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
20/03 | 15:05 “Zirə”nin kapitanı Azərbaycan çempionatının XXI turunun ən yaxşı futbolçu seçilib
20/03 | 12:00 “İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
19/03 | 16:33 Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti BƏOK-un İcraiyyə Komitəsinə üzv seçilib
19/03 | 15:58 Rizvan Rəsulov: "İdmançılarımız yarışa tam hazır getmişdilər"
19/03 | 14:55 Azərbaycan idmançıları Xüsusi Yay Olimpiya Oyunlarında 4-ü qızıl olmaqla 17 medal qazanıb
19/03 | 13:51 Pauerliftinq üzrə açıq Azərbaycan çempionatına yekun verilib
19/03 | 13:01 Şose velosipedinin fərdi ötüşmələr növü üzrə Bakı kuboku yarışlarının qalibləri müəyyənləşib
19/03 | 12:36 Şahmat üzrə Avropa çempionatının ikinci turunun oyunları keçirilir
19/03 | 12:03 Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb
19/03 | 11:44 “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində xeyriyyə yarmarkası keçirildi
19/03 | 10:08 Milli Paralimpiya Komitəsi ilə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında anlaşma memorandumu imzalanıb
19/03 | 09:54 “Bahar” beynəlxalq şahmat festivalı başa çatıb
18/03 | 16:55 Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Litva yığması itki ilə üzləşib
18/03 | 16:17 Azərbaycanın 7 şahmatçısı Avropa çempionatında mübarizə aparır
18/03 | 15:51 “Baku Open” beynəlxalq karate turniri başa çatıb
18/03 | 14:33 “Sumqayıt” futbol klubunun nəzdində futzal məktəbi fəaliyyətə başlayır
18/03 | 14:07 Astarada savate döyüş növü üzrə rayon açıq turniri keçirilib
18/03 | 13:20 Sərbəst güləş üzrə Rusiya millisi dünya kuboku yarışlarının qalibi olub
18/03 | 12:21 AMKF-in respublika səviyyəli yarışları “Uventex Labs” şirkətinin proqramı ilə təşkil ediləcək
18/03 | 11:52 Kişi cüdoçulardan ibarət Paralimpiya yığmamız təlim-məşq toplanışı üçün Gürcüstana yollanıb
18/03 | 11:21 Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında 11 medal qazanıb
18/03 | 10:47 “Şahin” hərbi-idman oyununun Qax rayon turunda 16 komanda mübarizə aparıb
18/03 | 10:16 Azərbaycan triatlonçuları yeni mövsümə Avstraliyada start veriblər
18/03 | 10:03 Badmintonçumuz “XX Giraldilla 2019” turnirində gümüş medal qazanıb
18/03 | 09:55 Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında 11 medal qazanıb
17/03 | 19:40 Mariana Vasileva: Azərbaycanda gimnastikanın inkişafı üçün çox yaxşı şərait yaradılıb
17/03 | 14:27 Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarına yekun vurulub
17/03 | 13:38 Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Neftçi 21 13 6 2 36-15 45
2 Qarabağ 21 13 6 2 41-18 45
3 Səbail 21 9 4 8 24-21 31
4 Qəbələ 21 7 8 6 24-23 29
5 Sabah 21 6 4 11 16-30 22
6 Zirə 21 5 7 9 18-28 22
7 Keşlə 21 5 4 12 21-32 19
8 Sumqayıt 21 4 5 12 16-29 17
Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərlə görüş keçirilib
Tarix: 04.03.2019 | Saat: 12:47:00 | E-mail | Çapa göndər
Martın 4-də Bakı İdman Sarayında Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) keçiriləcək Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərimizlə görüş keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azsport.az saytı xəbər verir ki, nazir Azad Rəhimov Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında dünyanın 170-dən artıq ölkəsindən 7 mindən çox xüsusi olimpiya idmançısının iştirak edəcəyini deyib: “Bizim üçün Xüsusi Yay Olimpiya Oyunları və idmançılarımızın bu oyunlarda iştirakı çox vacibdir. Bu yarışlarda ölkəmizi 10 idman növündə 56 idmançı təmsil edəcək. Xüsusi qayğıya ehtiyacı olan insanlar cəmiyyətimizin üzvləridir və cəmiyyətdə gedən bütün proseslərə qatılmalıdırlar. Azərbaycanda bu sahəyə xüsusi diqqət yetirilir. Ötən il Xüsusi Olimpiya Hərəkatının 50-ci ildönümünə həsr olunmuş əsas tədbirlərdən biri olan Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin XX Qlobal Forumunun Bakıda təşkili göstərir ki, Azərbaycanda bu sahədə mühüm işlər görülür. Qeyd edim ki, bu foruma 45 ölkədən 220-dən çox iştirakçı qatılmışdı”. Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan insanlara daim diqqət və qayğının göstərildiyini vurğulayan nazir gələcəkdə daha çox insanın onlara dəstək verəcəklərinə inandığını vurğulayıb. A.Rəhimov milli komandamıza uğurlar arzulayıb və onların Vətənə medallarla qayıdacaqlarına əminliyini bildirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılmasının Prezident İlham Əliyevin sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O bildirib ki, xüsusi olimpiyaçılarımızın Əbu-Dabidə keçiriləcək Ümumdünya Xüsusi Yay Oyunlarında iştirakına dəstək verilib. Bu Oyunlarda iştirak edəcək heyətin arasında nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrindən də nümayəndələr var. Heydər Əliyev Fondunun dəstəyi ilə həmin müəssisələrdə müasir standartlara uyğun yaşayış və reabilitasiya, həmçinin müxtəlif idman növləri ilə məşğul olmaları üçün şərait yaradılıb.

Qeyd edək ki, görüşdə tədbir iştirakçıları xüsusi olimpiyaçıların təlim-məşq prosesinə baxıblar və atletlər nümunəvi çıxışlar nümayiş etdiriblər. Gənclər və idman naziri Azad Rəhimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Avropa Xüsusi Yay Olimpiya Oyunlarının qalibi və mükafatçısı Həbib Tağıyevlə stolüstü tennis oynayıblar. Tədbir “Qayğı Sağlam Nəsil” ictimai birliyinin nəzdindəki Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin yeniyetmə və gənclərinin iştirakı ilə hazırlanmış əyləncəli tamaşa proqramı ilə davam edib.

Məlumat üçün deyək ki, Xüsusi Yay Olimpiya Oyunları martın 14-dən 22-dək Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) keçiriləcək. İlk dəfə Xüsusi Yay Olimpiya Oyunları 1968-ci ildə Çikaqoda (ABŞ) keçirilib. Xüsusi Olimpiya Təşkilatı tərəfindən təşkil olunan bu oyunlar xüsusi qayğıya ehtiyacı olan insanların öz atletik bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradan qlobal inklüzivlik hərəkatdır. Azərbaycanın xüsusi olimpiyaçıları da həmin oyunlarda iştirak edərək böyük nailiyyətlər qazanıblar. İdmançılarımız ABŞ-ın Kaliforniya ştatının Los-Angeles şəhərində Xüsusi Olimpiya Oyunlarında atletika, badminton, cüdo, stolüstü tennis, pauerliftinq və üzgüçülük növlərində uğurlu nəticələr göstərərək ölkəmizə 24 medal (8 qızıl, 11 gümüş və 5 bürünc) qayıdıblar. Atletlərimizin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Xüsusi Yay Olimpiya Oyunlarında iştirakına Gənclər və İdman Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstək verir.


Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 56 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
24.03.2019 Paralimpiyaçımız “Tokio 2020”-yə lisenziya qazanmaq şansını artırıb
19.03.2019 Milli Paralimpiya Komitəsi ilə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında anlaşma memorandumu imzalanıb
18.03.2019 Kişi cüdoçulardan ibarət Paralimpiya yığmamız təlim-məşq toplanışı üçün Gürcüstana yollanıb
26.02.2019 Paracüdo üzrə respublika çempionatının qalibləri bəlli olub
21.02.2019 Parataekvondoçularımız beynəlxalq reytinq turnirində beş medal qazanıblar
15.02.2019 Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Bakı Nəqliyyat Agentliyi arasında anlaşma memorandumu imzalanıb
07.02.2019 Parataekvondoçularımız dünya çempionatında 1 gümüş və 2 bürünc medal qazanıblar
06.02.2019 Paralimpiyaçılarımız pauerliftinq üzrə dünya kuboku yarışlarında iştirak edirlər
04.02.2019 Azərbaycan Paralimpiya tarixində ilk dəfə qış idman növündə qızıl medal qazanılıb
04.02.2019 Parataekvondo üzrə Azərbaycan millisi dünya çempionatına tam hazırdır


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
“Tokio-2020": Hər növün öz təsnifat qaydası var
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru