Bu gün Çinin Tayuan şəhərində dünya olimpiya təsnifat turniri start götürüb. İdman.com.az saytının məlumatına görə, reqlamentə əsasən birnici güləş döşəyi üzərinə «sərbəstlər» çıxıblar. Adı çəkilən proqramda milli komandamız 2 idmançı ilə təmsil olunub.
Şərqdən sevindirici xəbər var. 96 kq-da mübarizə aparan Hetaq Qazyumov yarımfinalda ukraynalı Valerii Andritsevi hər 2 hissədə üstələyərək (1:0, 1:0), London Yay Olimpiya Oyunlarına 41-ci lisenziyanı qazanıb.
Qaydalara əsasən hər çəki dərəcəsində yalnız 3 bahadır (finalçılar və bir 3-cü yer) London oyunlarına vəsiqə əldə edəcək.
Digər təmsilçimiz Yaşar Əliyev (55 kq) ilk görüşdə monqolustanlı pəhləvana uduzraq, olimpiadaya düşmək şansını qaçırıb.
Hetaqın qələbəsi sərbəst güləşdə qazandığımız 6-cı lisenziya olub. Buna qədər Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) uğura yetişiblər.
|