Azərbaycan millisinin heyəti açıqlanıb. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts qarşıdakı 2 yoldaşlıq oyununda sərəncamında görmək istədiyi futbolçuların siyahısını müəyyənləşdirib.
Mayın 20-dən 23-dək Yaponiyanın Şizuoka şəhərində təlim-məşq toplanışı keçib, mayın 23-də yerli yığma ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq komandamıza 21 futbolçu çağırılıb. Bu oyunçular arasında uzun fasilədən sonra milliyə dönən Rauf Mehdiyev, Cavid İmamverdiyev və Elvin Məmmədov da var.
Almaniyalı daha 6 futbolçunu ehtiyat oyunçular sırasına daxil edib. Onların Yaponiyaya aparılması yalnız əsas heyətdən kiminsə çıxması halında mümkündür. Lakin Asiyadakı oyuna dəvət olunmayacağı təqdirdə, onlar mayın 24-də Almaniyanın Frankfurt şəhərində Azərbaycanın millisinin heyətinə qoşulacaqlar. Onlar mayın 24-dən 31-dək Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçib, mayın 30-da Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcəklər.
Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Anar Nəzirov (“Turan”), Rauf Mehdiyev (“Neftçi”)
Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev (hər ikisi - “Qarabağ”), Vladimir Levin (“İnter”), Ruslan Abışov, Ruslan Əmircanov (“Neftçi”), Vurğun Hüseynov (“Qəbələ”), Ufuq Budaq (“Frayburq”, Almaniya)
Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov, Mahir Şükürov (“Qəbələ”), Aqil Nəbiyev (AzAL), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Elvin Məmmədov (“Bakı”), Rizvan Umarov (“Elçe”, İspaniya), Cavid İmamverdiyev (“Neftçi”)
Hücumçular: Branimir Subaşıç (“Xəzər Lənkəran”), Vüqar Nadirov, Rauf Əliyev (“Qarabağ”), Cihan Özqara (“Sivasspor”, Türkiyə)
Ehtiyat oyunçular: Aqil Məmmədov (“Bakı”), Bədavi Hüseynov, Hacı Əhmədov, Murad Ağayev, Uğur Pamuk (hamısı - “Sumqayıt”), Əli Göydəmir (“Hannover”, Almaniya)
|