Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan güləşinin növbəti zəfəri
Tarix: 02.04.2011 | Saat: 14:07:00 | E-mail | Çapa göndər
Pəhləvanlarımızın qitə çempionatındakı uğuru London-2012-yə nikbin baxmağa əsas verir Son zamanlar Azərbaycan güləşçilərinin Avropa çempionatlarında yüksək nəticələr qazanması adi hala çevrilib. Ötən həftə Almaniyanın Dortmund şəhərində keçirlimiş yarışda da, bu üzdən, istisna olmadı. Halbuki Reyn sahillərinə səfərə dünya çempionatı qabağı sınaq kimi baxılırdı. Amma axır vaxtlar beynəlxalq arenalarda qazanılmız böyük nüfuzu da qorumaq lazim idi. Hər 3 növ üzrə millilərimiz bunu yekunda komanda hesabında yüksək pillələrdə qərarlaşmaqla gerçəkləşdirdilər.
Proqrama əsasən, xalça üzərinə 1-ci sərbəst güləşçilər çıxıblar. İlk müjdə yığmamızın lideri Xetaq Qazyumovdan (96 kq) gəlib. O, final yolunda ispaniyalı Eder Villanuevanı (6:0, 4:0), belaruslu İvan Yankovskini (3:0, 3:0), erməni Edqar Yenokyanı (3:0, 1:0) və moldovalı Nikolay Çebanı məğlub edib (1:0, 1:0). Həlledici qarşılaşmada rəqib rusiyalı Vladislav Baytsayev olub. Gərgin mübarizədə titullu pəhləvanımız tərəf-müqabilinə çətinlik çəkmədən qalib gəlib (1:0, 7:0).
Aqil Quliyevin (74 kq) finala çıxmağa azca gücü çatmayıb. O, startda ukraynalı Dzambuli Tsotadzeni (2:1, 5:2) və yunan Apostolos Taskoidisi sıradan çıxarıb (2:2, 0:2, 3:0). Yarımfinalda təmsilçimiz təcrübəli rusiyalı idmançı Denis Tsarquşa məğlub olub (0:1, 0:2). Bürünc medal uğrunda görüşdə Gəncə güləşçisi macar Qabor Xatoşla bacarmayıb.
Vitse-dünya çempionu Toğrul Əsgərov (60 kq) ilk görüşdə titullu ukraynalı idmançı Vasili Fedorişinə uduzub, yarışı erkən başa vurub.
Martın 30-da keçirilmiş mübarizələrdə qazancımız daha məhsuldar olub. Son Avropa çempionu Mahmud Məhəmmədov (55 kq) fransalı Həmzə Fatahın ardından (6:0, 6:0), türkiyəli Əhməd Pekərə qalib gəlib - 2:1, 0:1, 6:0. 1/4 finalda ukraynalı Mixail Ayvazyanı sıradan çıxaran güləşçimiz (8:2, 6:0), yarımfinalda gürcüstanlı Vladimir Xinçeqaşviliyə uduzub (1:1, 1:2). Təmsilçimiz, əzəzində, bürünc medal qazanmaq imkanını boşa verməyib. İsveçrəli Urs Vildi ilə görüşdə Azərbaycan idmançısı rəqibinə göz açmağa belə imkan verməyib (7:0, 7:0).
Mahmud Məhəmmədovdan fərqli, digər qitə çempionu Cəbrayıl Həsənov (66 kq) titulunu qoruya bilib. O, startda Moldovadan olan Vladimir Qotsiananı məğlub edib (2:0, 7:0). Növbəti mərhələdə italiyalı Pyetro Piçitelli də onunla bacarmayıb - 0:2, 0:4. 1/4 finalda macar Qerqeli Velleri çətinliklə qalib gəlmiş bahadırımız (4:5, 2:0, 3:1), yarımfinalda meydan sahibi Sabor Araş Cavad Bolaqı məğlubiyyətə uğradıb (2:0, 3:0).
Finalda bolqar güləşçi Leonid Bazan üzərində inamlı qələbə qazanan gənc idmançı 2-ci dəfə Avropa çempionu olub (2:0, 4:1).
Ötən yarışda finala qədər irəliləyən Şərif Şərifov (84 kq), bu dəfə ona nisbətdə bir addım geriləyib. İlk qarşılaşmada Almaniyadan olan David Biçinaşvilini məğlub edən titullu pəhləvan (2:0, 3:1), 1/8 finalda ukraynalı İbrahim Aldatovu mübarizədən kənarlaşdırıb (0:1, 3:0, 5:0). O, eyni aqibəti 1/4 finalda yunan Emzarios Bentinidisə yaşadıb (1:0, 2:2, 3:0).
Yarımfinalda rusiyalı idmançı Anzor Urişevlə mübarizədən məğlub ayrılan təcrübəli güləşçi, bürünc medal uğrunda görüşdə polşalı Miçal Balavenderə qalib gəlib (2:0, 3:1).
Bu, həmin güc qazandığımız son medal olmayıb. Cəmaləddin Məhəmmədov (120 kq) siftə rumıniyalı Daniel Rares Çintonaonu (4:0, 8:1), sonra ermənistanlı Ruslan Basiyevi məyus edib - 4:0, 3:0. Növbəti mərhələdə gürcü David Modmvanaşvilinin müqavimətini qıran həmyerlimiz (1:0, 0:1, 1:0), yarımfinalda belarus güləşçisi Aleksey Şemarova uduzub. Buna baxmayaraq, pəhləvanımız həlledici görüşdə yunan Yohannis Arzumanidisi üstələyərək, bürünc medala sahib çıxıb (6:0, 2:1).
Ümumilikdə, 2 qızıl və 3 bürünc mükafat qazanan millimiz, komanda hesabında 2-ci yer tutaraq, ötənilki nəticəsini təkrarlayıb. İnişil isə, seçmə kollektivimiz Litva paytaxtı Vilnüsdə təşkil edilmiş həmin mötəbər yarışda tarixinin ilk və hələlik yeganə olan ən böyük uğuruna yetişmişdi (4 qızıl, 1 gümüş və 1 bürünc mükafat)!
«İdman»ın statistik hesablamasına görə, bu Avropa çempionatında da zirvəyə qalxan Xetaq Qazyumov, güləş tariximizdə yeni səhifə açıb. Belə ki, titullu pəhləvan ardıcıl 3-cü dəfə çempionluq sevincini yaşayaraq, rekorda yiyələnib. O, həmin uğurla Azərbaycan güləşinin canlı əfsanəsi, sabiq komanda yoldaşı Namiq Abdullayevin nəticəsini təkrarlayıb. Amma məsələ ondadır ki, olimpiya çempionu sözü gedən qələbəyə ayrı illərdə yetişib (1994; 1995; 2003). Xetaq isə, son 3 mövsüm qitədə ən güclü güləşçi olub. Bu, güləşimizdə ilk belə hadisədir. Namiqə təsəlli verəcək məqam, onun Avropada ümumilikdə 6 mükafata sahib çıxmasıdır (1997, 2006-II; 1996-III).
Maraqlıdır ki, Qazyumovun həmin müvəffəqiyyətinə 2 gün sonra, bir başqa təmsilçimiz nail olub. Bu barədə aşağıda tanış ola biləcəksiniz.
Qeyd edək ki, sözü gedən növdə qitənin ən güclülərinin yarışında 2-qat qitə çempionu titulunda da 24 illik uğur təkrarlanıb. Başqa bir canlı əfsanə - Xəzər İsayevin zəfərinə (1986-87), bu dəfə Cəbrayl Həsənov şərik çıxıb.
Sərbəst güləşçilərdən sonra növbə qadın idmançılara çatıb. 3-cü gündə 3 təmsilçimiz mübarizəyə qoşulub. Komandanın lideri Mariya Stadnik (48 kq) bir illik fasilədən sonra dönüşü qələbə ilə qeyd edib. İstedadlı güləşçi ard-arda ispaniyalı Sara Mariya Sançes Paranı (3:0, 6:0), britaniyalı Yana Stadniki (3:0, 4:0) və polşalı Nina Matkovskayanı sıradan çıxarıb (3:0, 4:3). Həlledici görüşdə ukraynalı Kristina Daranutsaya da ona müqavimət göstərə bilməyib (0:2, 0:6).
Digər 2 xanım idmançımız Angela Doroqan (51 kq) və Kəmalə Əliyeva (55 kq) isə mükafatsız qalıblar.
Mariyanın uğuruna dəstək növbəti gündə gəlib. Dünya çempionatlarında yüksək nəticələr qazanmış Yuliya Ratkeviç (59 kq), ilk dəfə qitənin ən güclülərinin yarışında sevinib. O, mübarzəyə italiyalı Simona Korbani ilə görüşlə başlayıb və qələbə qazanıb (3:0, 1:0). Sonrakı qarşılaşmada macarıstanlı Qabriella Sleş də güləşçimizə uduzub (0:1, 0:4). Yarımfinalda minimal hesablarla britaniyalı Olqa Butkoviçi məğlub edən titullu idmançı, qızıl medal uğrunda rəqabətdə rumıniyalı Georgiana Paiçin kürəyini yerə vurub (3:0, 3:0).
63 kq-da mübarizə aparan Olesya Zamula, püşkatmaya görə, 1-ci görüşü buraxıb. Növbəti mərhələdə o, Mixaela Panaitlə (Rumıniya) qarşılaşıb və onu məğlub edib (1:0, 1:0). Sonra təmsilçimiz güclü olduğunu türkiyəli Leyla Mətinə göstərib (1:0, 3:0). Təcrübəli güləşçi yarımfinalda ukraynalı Yuliya Ostapçuka uduzsa da, 3-cü yer uğrunda mübarizədə latviyalı Laura Skujinı üstələyərək (1:0, 1:1, 3:0), bu həlledici mərhələdəki daimi uğursuzluğuna son qoyub.
Cəbrayıl Həsənov kimi, son Avropa çempionu Nadejda Sementsova (67 kq) da bu yarışda titulunu qoruyub. Qızıl medal yolunda o, müvafiq olaraq, türkiyəli Burcu Orsqayanı (3:0, 7:0), belaruslu Anna Savenyanı (1:0, 2:1) və ukraynalı Alina Maxinyanı məğlub edib (1:0, 1:0).
72 kq-da mübarizə aparan Dina İvanova isə 1/4 finala qədər irəliləyə bilib.
Ümumilikdə, 3 qızıl və 1 gümüş qazanan millimiz komanda hesabında 2-ci olsa da, bu nəticənin bizə özünəməxsusluğu var. Məsələ ondadır ki, xanım güləşçilərimiz indiyədək analogi yarışda belə yüksək müvəffəqiyyət qazanmayıblar. Üstəlik, sözü gedən yarışda başqa uğurlara sahib çıxılıb.
Mariya Stadnik, bu növdə ilk dəfə 3-qat qitə çempionu adını qazanıb (2008-09, 2011). Əslinə qalsa, «qitə qızıl»ı və 2-qat çempionluq da 1-ci dəfə ondan gəlib.
Aprelin 2-də xalça üzərinə yunan-Roma güləşçiləri çıxıblar. Mübarizəyə qoşulan 4 pəhləvanımızdan yalnız 2-si fərqlənə bilib. Eldəniz Əzizli (55 kq) həlledici görüşdə rusiyalı Valeri Borqoyakova qalib gələrək, bürünc mükafata yiyələnib (1:0, 6:0). 66 kq-da eyni nəticəni rumıniyalı İon Panaiti üstələyən Vitali Rəhimov göstərib (1:0, 0:1, 2:0). Saman Təhmasibi (84 kq) və Maksim Proxorov (120 kq) medal qazana bilməyiblər.
Bu növdə Azərbaycan himni yarışın son günündə səslənib. Rafiq Hüseynov (74 kq) startda ispaniyalı Rikardo Gil Sorli ilə qarşılaşıb. Görüş idmançımızın xeyrinə bitib (3:0, 8:0). Növbəti mərhələdə fransalı Kristof Jenonu məğlub edən həmyerlimiz (1:0, 4:0), sonra sloveniyalı Yure Kuxora qalib gəlib (0:2, 1:0, 4:0). Yarımfinalda Səlcuq Çəbi də güləşçimizə mane ola bilməyib (1:0, 3:0). Qızıl medal uğrunda mübarizədə Azərbaycan bahadırı macarıstanlı Peter Baçidən üstün olub (1:0, 2:1).
Avropa və dünya çempionu Həsən Əliyev (60 kq) bu dəfə «bürünc»lə kifayətlənib. O, mükafatı rumıniyalı Eysebio Dyakonu udmaqla qazanıb (1:0, 7:0).
96 kq-da çıxış edən idmançımız Şalva Qadabadze də bu uğura nail olub. Təcrübəli pəhləvan çex David Valaya qalib gəlib (2:0, 0:1, 1:0).
Ümumən, 1 qızıl və 3 bürünc medal əldə edən yığmamız komanda hesabında 2-cü yer tutub.
Güləşçilərimizin çıxışını cəmdə yüksək dəyərləndirmək olar. Bu nəticələrlə belə qənaətə gəlmək olar ki, mövsümün ən ciddi sınağı - sentyabrda İstanbulda təşkil ediləcək dünya çempionatında fövqəladə bir hal baş verməsə, London olimpiadasına lazımi sayda vəsiqə qazanılacaq.
Xəbər 1448 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
07.04.2024 Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb
07.04.2024 Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya əldə edib
07.04.2024 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
14.03.2024 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
16.02.2024 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb
15.02.2024 Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
15.02.2024 Avropa çempionatında ikinci yeri tutan Azərbaycan güləşçiləri Vətənə dönüblər
15.02.2024 Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb
14.02.2024 Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında ikinci yeri tutub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru