Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
14/11 | 22:30 Millimiz Lixtenşteynə qalib gəldi
14/11 | 21:59 Astaralı güləşçilər Rusiyada keçirilən turnirdə iki qızıl medal qazanıblar
14/11 | 20:03 UEFA-nın mini-futbol və çimərlik futbolu üzrə komitəsinin yeni tərkibdə iclası keçirilib
14/11 | 19:51 Azərbaycanda idmanın inkişafı yüksək qiymətləndirilib
14/11 | 19:21 Formula 1: “Honda” 2020-ci ildə titul qazanmağı arzulayır
14/11 | 18:53 “Azercell”in dəstəyi ilə sayca beşinci Uşaq Paralimpiya Oyunları keçirilib
14/11 | 17:50 Pele indiki nəsil futbolçulardan Messi ilə oynamaq istədiyini deyib
14/11 | 17:33 Şahmat üzrə Hamburq Qran-Prisinin finalçıları məlum olub
14/11 | 16:50 Yeniyetmə voleybolçular arasında Bakı birinciliyinə start verilib
14/11 | 16:35 Abşeron İdman Olimpiya Kompleksində V Uşaq Paralimpiya İdman Oyunları keçirilir
14/11 | 16:00 “Peugeot” 2022-ci ildə dözümlü avtoyürüşlər üzrə dünya çempionatına qayıdacaq
14/11 | 15:50 Avropa kuboku: “Vüqar Həşimov” klubu İtaliya, “Odlar Yurdu” isə Sloveniya şahmatçıları ilə qarşılaşırlar
14/11 | 15:16 Peyntbol üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlandırılıb
14/11 | 14:59 Raykkonen 2009-cu il mövsümündən sonra F1-dən getməsinin səbəbini açıqlayıb
14/11 | 14:20 UEFA-dan gələn vəsait “Qarabağ”ın hesabına köçürülüb
14/11 | 13:30 Gimnastika üzrə ilin sonuncu yerli yarışı Sumqayıtda təşkil olunacaq
14/11 | 13:09 “Olimpic Moves” layihəsi çərçivəsində məktəbdaxili yarışlar başlayıb
14/11 | 12:56 Futbol üzrə XVIII payız/yaz birinciliyinin ikinci turunun oyunları keçirilib
14/11 | 12:12 Bakı alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatına ev sahibliyi edəcək
14/11 | 11:56 Azərbaycan-Uels oyununa hakim təyinatları açıqlanıb
14/11 | 11:29 Tərtər Olimpiya İdman Kompleksinin tikintisi yekunlaşıb
14/11 | 11:04 Azərbaycanın U-17 komandası yunanıstanlı həmyaşıdları ilə qarşılaşıb
14/11 | 10:50 Bu gün “Avro-2020” seçmə mərhələsində 11-ci tura start veriləcək
14/11 | 10:30 Avropa kuboku: “Vüqar Həşimov” klubu 4-cü turu da qələbə ilə başa vurub
14/11 | 10:13 Şahmat üzrə Bakı şəhər birinciliyinə yekun vurulub
13/11 | 19:11 Yeniyetmə boksçular arasında Bakı birinciliyi start götürüb
13/11 | 18:30 Veteran futbolçular muxtar respublikadan xoş təəssüratlarla ayrılıblar
13/11 | 17:55 Yaponiyada keçiriləcək “Böyük dəbilqə” turnirində Azərbaycanı 16 cüdoçu təmsil edəcək
13/11 | 16:51 Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilir
13/11 | 16:01 Futbol üzrə Azərbaycan kuboku turnirinin 2019-2020-ci illər mövsümünün püşkü atılıb
13/11 | 15:41 WKF rəsmiləri Avropa çempionatı ilə bağlı Bakıda olublar
13/11 | 15:07 Taekvondoçularımız “Koreya səfiri” kuboku yarışında üç medala sahib olublar
13/11 | 14:58 WRC-in Avstraliya mərhələsi meşə yanğınları səbəbindən ləğv edilib
13/11 | 13:30 Azərbaycan – Uels: Mətbuat konfransları və açıq məşqlər
13/11 | 12:52 Karate-do üzrə XI Avropa çempionatında uğurla çıxış edən naxçıvanlı idmançılar mükafatlandırılıblar
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 11 8 3 0 20-3 27
2 Keşlə 11 5 4 2 13-6 19
3 Neftçi 11 5 3 3 16-10 18
4 Sumqayıt 11 4 2 5 14-16 14
5 Səbail 11 3 2 6 8-17 11
6 Zirə 11 2 5 4 11-17 11
7 Sabah 11 2 4 5 11-14 10
8 Qəbələ 11 2 3 6 9-19 9
Londondakı “Hampton Court” kral sarayında “Alxan” ləqəbli Qarabağ atının heykəlinin açılışı olub
Tarix: 20.12.2018 | Saat: 15:06:00 | E-mail | Çapa göndər
Dekabrın 19-da Londonda start götürən Olimpiya Beynəlxalq Atçılıq Şousu çərçivəsində “Hampton Court” Kral Sarayının ərazisindəki atçılıq mərkəzində “Alxan” ləqəbli Qarabağ atının tuncdan hazırlanmış heykəlinin açılışı olub.

Mərasimdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, Kral sarayının rəhbəri Lord Vestey, Kraliça atçılıq mərkəzinin rəhbəri Tobi Brouni, Vindzor At Şousunun direktoru Simon Bruks Vard, Şounun departament müdiri Sara Ruterford Couns və digər şəxslər iştirak ediblər.

Lord Vestey 2012-ci, 2016-cı və 2018-ci illərdəki Vindzor Kral At şoularına böyük dəstəyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Eyni zamanda, Kraliça II Elizabetin hədiyyəyə görə dərin təşəkkürünü çatdıraraq, heykəlin yerinin məhz Kraliça tərəfindən seçildiyini qeyd edib.

ARAF-ın prezidenti Elçin Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində son illər Qarabağ atlarının dünyada şöhrətinin və nüfuzunun artdığını, Böyük Britaniya ilə respublikamız arasında müvafiq sahədə əməkdaşlığın beynəlxalq miqyasda atçılıq idmanının inkişafına ciddi töhfə verdiyini, bu münasibətlərin ildən-ilə daha da genişlənməsindən məmnunluğunu ifadə edib.

Xatırladaq ki, Qarabağ atlarının cari il mayın 10-13-də Kral Vindzor At Şousunun 75 illik yubileyinə və Britaniya Kraliçası II Elizabetin doğum gününə həsr olunmuş tədbirlərdə möhtəşəm şou proqramları böyük coşqu və heyrətlə qarşılanıb. ARAF-ın nümayəndə heyəti Böyük Britaniya Taxt-Tacının sahibi Ülyahəzrət Kraliça II Elizabetin doğum günü münasibətilə “Alxan” ləqəbli Qarabağ atının tuncdan hazırlanmış heykəlini hədiyyə edib.

Dekabrın 21-də Azərbaycan nümayəndə heyəti Olimpiya Beynəlxalq At Şousunda möhtəşəm proqramla çıxış edəcək. ARAF-ın hazırladığı proqram “Odlar Yurdu Azərbaycan və Qarabağ atı” adlanır. Həyəcanverici bu proqram Dövlət Sərhəd Xidmətinin Qarabağ atları üzərində nümunəvi hərəkətlər yerinə yetirən süvarilər dəstəsinin və rəqs ansamblının çıxışlarından ibarət olacaq.

London Mərkəzindən 19 kilometr məsafədə yerləşən “Hampton Court” Kral sarayının inşasına 1515-ci ildə başlanılıb. Saray Kral VIII Henrinin yaxın əyanlarından olan kardinal Tomas Volsi üçün tikilib. Bu möhtəşəm imarət Böyük Britaniyanın qədim saraylarından biridir. Britaniyanın ən qədim atçılıq mərkəzi məhz bu sarayın ərazisində yerləşir. 1528-ci ildə qurulan mərkəz bu gün Kraliçaya məxsus atların yetişdirilməsi, təlimlərinin keçirilməsi və saxlanması üçün fəaliyyət göstərir.

ARAF Böyük Britaniyanın ən məşhur atçılıq tədbirlərindən olan Vindzor At şoularının 2012-ci ildən etibarən iştirakçısı olub. Həmin il üç Qarabağ atı və rəqs qrupu ilə çıxış edən heyət 1956-cı ildən sonra ilk dəfə sarayda qəbul edilən nümayəndə heyəti olub. 1956-cı ildə ilk dəfə “Zaman” ləqəbli Qarabağ atı Böyük Britaniya Kraliçası II Elizabetin doğum günü münasibətilə ona hədiyyə edilib. Gözəlliyi və hərəkətləri ilə hamını valeh edən Qarabağ atları son illər Kraliçanın doğum günü tədbirlərinin mütləq iştirakçısına çevrilib.

ARAF-ın təşkilatçılığı ilə Qarabağ atları 2016-cı ildə Kraliça II Elizabetin 90 illik yubiley tədbirlərində möhtəşəm şou proqramla dünyanı bir daha heyran edib.


Xəbər 194 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.11.2019 Azərbaycan Atletika Federasiyasının nümayəndəsi beynəlxalq seminarda iştirak edir
04.11.2019 Azərbaycan Atletika Federasiyasının nümayəndəsi beynəlxalq seminarda iştirak edir
04.11.2019 Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə yorğa atların çempionatı təşkil olunub
03.11.2019 Mövsümün son cıdır yarışına yekun vurulub
01.11.2019 Azərbaycanda ilk dəfə yorğa yerişli atların çempionatı keçiriləcək
31.10.2019 Mövsümün sonuncu cıdır yarışı keçiriləcək
15.09.2019 Komandamız 7-ci arena polo üzrə dünya kubokunun qalibi olub
15.09.2019 7-ci arena polo üzrə dünya kubokunun final görüşü keçirilir
13.09.2019 Yeddinci arena polo üzrə dünya kubokunun ikinci oyununda Rusiya idmançıları qalib gəliblər
13.09.2019 Bakıda 7-ci arena polo üzrə dünya kubokunun açılış mərasimi keçirilib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru