Bu gün Çinin Quançjou şəhərində “World Masters” turnirinin püşkatma mərasimi təşkil edilib.
Püşkatmanın nəticəsinə görə, Azərbaycan cüdoçularının ilk döyüşdə rəqibləri məlum olub. Belə ki, Rüstəm Orucov (73 kq)-Məhəmməd Məhəmmədi (İran), Məmmədəli Mehdiyev (90 kq)-Aksel Klerje (Fransa), Elmar Qasımov (100 kq)-Bencamin Fletçer (İrlandiya), Uşanqi Kokauri (+100 kq)-Kokoro Kaqeura (Yaponiya), İrina Kindzerskaya (+78 kq)-İvana Maraniç (Xorvatiya) qələbə uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, “World Masters” reytinq turniri dekabrın 15-16-da Çinin Quançjou şəhərində keçiriləcək. Turnirdə hər kateqoriyada reytinq üzrə ən yaxşı 16 idmançı, o cümlədən Azərbaycandan olan atletlər öz güclərini sınayacaqlar.
|