Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib
Tarix: 14.12.2018 | Saat: 15:49:00 | E-mail | Çapa göndər
Dekabrın 14-də Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası (AzƏOK), Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA), Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) “Gömrükçü” idman klubunun birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, AzƏOK-un sədri, DGK İSM-ın baş direktoru Xəzər İsayev çıxış edərək, seminarın təşkilində əsas məqsədin antidopinq qayda pozuntuları və dopinqə nəzarət prosesi haqda idmançıları məlumatlandırmaq olduğunu bildirib. Dopinq preparatlarının insan həyatı üçün böyük təhlükə yaratdığını qeyd edən X.İsayev idmançıların, xüsusən də gənc idmançıların maarifləndirilməsi, dopinq preparatlarının ziyanlı təsiri barədə məlumat əldə etmələrinin vacib məqamlardan olduğunu vurğulayıb.

Xəzər İsayev Azərbaycanda müvafiq qurumların sıx əlaqədə çalışaraq ümumi bəlaya qarşı birgə mübarizə apardıqlarını da qeyd edib.

Sonra çıxış edən Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Şəfəq Hüseynli dopinqlə mübarizə sahəsində müasir konsepsiyanın işlənib hazırlandığını, buna Dünya Antidopinq Agentliyi tərəfindən nəzarət olunduğunu bildirib. 2016-cı ilin sonundan Azərbaycanda dopinqə qarşı mübarizənin daha da gücləndiyini vurğulayan Ş.Hüseynli bu sahəyə dövlət tərəfindən nəzarətin həyata keçirildiyini vurğulayıb.

“Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev çıxış edərək, dopinqlə mübarizənin əsasında fəal təbliğatın durduğunu diqqətə çatdırıblar. Nəinki ölkə mediasında, ümumiyyətlə, dünya mətbuatında bu qorxulu bəlaya qarşı təbliğatın yetərincə olmadığını vurğulayıblar. Bildiriblər ki, bu sahəyə cavabdeh olan qurumlar problemin həlli ilə bağlı həyata keçirdikləri tədbirlər, gördükləri işlər barədə mətbuata vaxtaşırı məlumat verməli, media qurumları bu tədbirlərlə əlaqədar təbliğat kampaniyasını peşəkar səviyyədə qurmalıdır.

Sonra AMADA-nın təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva antidopinq qaydalarına riayət olunmayacağı təqdirdə tətbiq ediləcək cəzalar barədə ətraflı danışıb. Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqda idmançılara ətraflı məlumat verilib.

İclasda, həmçinin dinləyici qismində DGK İSM “Gömrükçü” idman klubunun üzvləri və məşqçi heyəti də iştirak edib.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 1254 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.05.2021 Milli Olimpiya Komitəsində Kikboksinq Təşkilatları Dünya Assosiasiyasının prezidenti ilə görüş olub
17.06.2020 Avropa Olimpiya Komitələrinin prezidenti vəzifəsinə seçkilər gələn ilin payızında keçiriləcək
09.06.2020 Milli Olimpiya Komitəsi “Olimpiya günü” tədbirlərini davam etdirir
22.05.2020 MOK-un təşəbbüsü ilə Olimpiya idman növləri üzrə milli federasiyaların mətbuat katibləri ilə görüş baş tutub
22.05.2020 Milli Olimpiya Komitəsi “Olimpiya günü” nü eyvanlara çıxan Bakı sakinləri ilə qeyd etdi
19.05.2020 Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib
19.05.2020 Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib
18.05.2020 Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyası təxirə salınıb
03.05.2020 MOK yeni layihəyə start verdi
03.05.2020 MOK idmançılar və federasiya rəsmiləri ilə videokonfrans təşkil edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru