Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
18/02 | 16:39 Sambo üzrə Bakı birinciliyinin qalibləri bəlli olub
18/02 | 16:16 Yeniyetmələr, gənclər və qadınlar arasında kikboksinq üzrə Azərbaycan birinciliyi keçirilib
18/02 | 16:00 Qılıncoynadanımız Dünya Kubokunun mərhələ yarışında iştirak edib
18/02 | 15:10 Qol güləşi üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
18/02 | 14:01 Rauf Allahverdiyev hakim kimi Azərbaycan Premyer Liqasında debüt edib
18/02 | 13:37 “Azəryol” komandası “İdman Akademiyası”na, “Azərsu” isə “Qarabağ”a qalib gəlib
18/02 | 13:22 Karateçilərimiz Dubayda Premyer Liqa turnirində fərqləniblər
18/02 | 12:34 “Strandja” turnirində iki boksçumuz yarımfinala yüksəlib
18/02 | 11:16 Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarına yekun vurulub
18/02 | 10:05 “Qarabağ” komandası “Qəbələ”ni 2:1 hesabı ilə məğlubiyyətə uğradıb
18/02 | 09:57 Avropa Atletika Assosiasiyasının rəhbər heyətinə keçiriləcək seçkilərdə namizədlər müəyyənləşib
17/02 | 10:27 Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının açılış mərasimi olub
15/02 | 16:46 “European Cup 2019” turnirində səkkiz yeniyetmə cüdoçumuz iştirak edəcək
15/02 | 16:17 Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Bakı Nəqliyyat Agentliyi arasında anlaşma memorandumu imzalanıb
15/02 | 15:49 “Neftçi” klubu daha bir futbolçu transfer edib
15/02 | 14:35 Sabah Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk dünya kuboku yarışı start götürəcək
15/02 | 13:43 Hakimlərimiz elit-raund mərhələsinə təyinat alıblar
15/02 | 12:37 Həndbol üzrə Azərbaycan çempionatında növbəti qarşılaşma keçirilib
15/02 | 12:00 Astarada məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirilib
15/02 | 11:31 Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb
15/02 | 10:05 “Aeroflot Open” beynəlxalq şahmat festivalında təmsilçilərimiz də mübarizə aparacaqlar
15/02 | 09:55 Millimiz İspaniyanın “Ranero” klubu ilə qarşılaşacaq
14/02 | 17:00 Sərbəst güləş üzrə yığmamızın Kislovodskda təlim-məşq toplanışı başlayıb
14/02 | 16:02 “Səbail” klubu daha bir legioner futbolçu ilə anlaşıb
14/02 | 15:30 Düsseldorfda keçiriləcək “Böyük dəbilqə” turnirində 18 cüdoçumuz mübarizə aparacaq
14/02 | 14:36 Kikboksinq üzrə Azərbaycan birinciliyində 500-ə yaxın idmançı mübarizə aparacaq
14/02 | 13:24 Açıq Riqa kuboku yarışlarında on iki stolüstü tennisçimiz mübarizə aparacaq
14/02 | 12:14 Azərbaycan dördüncü dəfə bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edəcək
14/02 | 11:09 Gənclərdən ibarət boks üzrə yığmamızın məşqçilər korpusu müəyyənləşib
14/02 | 10:10 Avropa kuboku yarışlarında dörd cüdoçumuz mübarizə aparacaq
14/02 | 09:54 Atletlərimiz İstanbul kuboku turnirinə qatılacaqlar
13/02 | 15:21 Beyləqan Olimpiya İdman Kompleksi istifadəyə verilib
13/02 | 15:01 Azərbaycan batutçusu: Bakıda keçiriləcək dünya kubokuna ən güclü gimnastlar gələcəklər
13/02 | 14:40 Bakıda 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb
13/02 | 14:11 İkiqat Azərbaycan çempionu: Avropa çempionatında medal qazanmaq arzusundayam
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Neftçi 16 11 4 1 29-11 37
2 Qarabağ 16 10 4 2 35-15 34
3 Səbail 16 7 3 6 19-16 24
4 Qəbələ 16 6 5 5 19-18 23
5 Sabah 16 6 2 8 14-21 20
6 Sumqayıt 16 4 3 9 13-23 15
7 Zirə 16 3 4 9 14-27 13
8 Keşlə 16 3 3 10 16-28 12
Azərbaycan Qran-prisi dünya mediasında “ilin ən yaxşı yarışı” adlandırılıb
Tarix: 05.12.2018 | Saat: 21:34:00 | E-mail | Çapa göndər
“Çox şadıq ki, Azərbaycan Qran Prisi artıq ardıcıl ikinci dəfə dünya mediasında dramatik hadisələr və gərginliklə dolu yarış kimi qeyd olunub və “ilin ən yaxşı yarışı” adlandırılıb. “The Times”, “The Guardian”, “Metro” kimi nəşrlər öz məqalələrində bizim yarışın ən yaxşı olduğunu qeyd ediblər”. Bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ötən yarışda həm yerli, həm də beynəlxalq tamaşaçıların marağında böyük artım qeydə alınıb və Formula 1 Azərbaycan Qran Pri yarışı baxış saylarında da əksər ölkələri qabaqlayıb: “Artıq belə bir müsbət tendensiyanın yaranması bizi çox sevindirir və bunu qoruyub saxlamaq üçün indi bütünlüklə hazırlıq işlərinə köklənmişik. Əminik ki, 2019 Formula 1 Azərbaycan Qran Prisi trekdə və trekdən kənardakı möhtəşəm məqamları ilə bütün avtoidman həvəskarlarına əvvəlkilərdən daha artıq həyəcanlı anlar bəxş edəcək”.

N.Arpadarai bildirib ki, bilet satışının statiskasına görə 2018 Formula 1 Azərbaycan Qran Prisində 94 min tamaşaçı iştirak edib: “Formula 1-in ən sürətli şəhər halqasında baş tutan ötən ilki yarışla müqayisədə bu il ümumi tamaşaçı iştirakında 31%, bilet satışında isə 21% artım qeydə alınıb. Satılan biletlərin 77%-i yerli azarkeşlərin payına düşür. Yarışı izləmək üçün Bakıya gələn əcnəbi azarkeşlərin sayı isə ötən illə müqayisədə 31% artıb və ümumi bilet satışının təxminən dörddə biri əcnəbi tamaşaçıların payına düşür”.

Qeyd edək ki, 2018-ci ildə Bakıda baş tutmuş Formula 1 yarışı İngiltərənin məşhur “The Times” və “The Guardian” nəşrləri kimi dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən “2018-ci ilin ən yaxşı yarışı” adlandırılıb.

Televiziya auditoriyasında da builki Azərbaycan Qran Prisi bir çox yarışlardan üstün olub. Azərbaycan Qran Prisini dünya üzrə bütün həftəsonu yarışları daxil olmaqla 83 milyon insan izləyib. Formula 1 yarışlarının təşkilatçısı “Formula One Management” şirkətinin statistik rəqəmlərinə əsasən izləyicilərin 76%-i Bakı yarışından zövq alıb. Bu da mövsümün ümumi göstərici səviyyəsindən (70%) yuxarı olmaqla Bakı trasının reytinqdə 5-ci yeri tutduğunu göstərir. Bakı Şəhər Halqasından irəlidə yalnız Böyük Britaniya (90%), Avstriya (85%), Braziliya (81%) və Meksikadır (79%)”.

“Viasat” kommunikasiya şirkətinin Skandinaviya ölkələrinin tamaşaçıları arasında apardığı ictimai sorğuya əsasən Azərbaycan Qran Prisi, ABŞ və Çin Qran Prilərindən sonra 3-cü yeri tutub.

Rəqəmsal platformalarda ortalama göstərici 3,3 milyon unikal istifadəçi olduğu halda, Azərbaycan Qran Prisini 4,1 milyon unikal istifadəçi izləyib. Bu isə Avstraliya Qran Prisindən sonra mövsümün ikinci ən böyük göstəricisidir. Məşhur nəşrlər öz məqalələrində bu ilki Azərbaycan Qran Prisini “Red Bull” komandasının hər iki pilotunun iştirakı ilə qəza, həlledici dairədə bolidin təkərinin deşilməsi və bununla da Valtteri Bottasın qalibiyyətini itirməsi və digər həyəcanlı anlarla təsvir ediblər.

Bakıda növbəti Formula 1 yarışı 26-28 aprel tarixlərində baş tutacaq. Hazırda 4 günlük biletlərdə məhdud sayda nəzərdə tutulmuş 20%-lik endirim təklifi davam edir və 1 yanvar 2019-cu il tarixinə qədər qüvvədə qalacaq. Sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də tətbiq olunur.
Xəbər 67 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
11.02.2019 Formula 1 Azərbaycan Qran-Prisinə 46 ölkədən bilet alınıb
05.02.2019 “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı konfrans təşkil edilib
05.02.2019 Azad Rəhimov: Formula 1 Azərbaycan Qran-Prisi yerli şirkətlər üçün yeni imkanlar açır
05.02.2019 Prezident İlham Əliyev Formula 1 Qrupunun baş icraçı direktorunu qəbul edib
05.02.2019 Bakıda Formula 1 Qran-Prisi 2023-cü ilədək keçiriləcək
01.02.2019 Stolüstü tennisçilərimiz Rusiyada beynəlxalq turnirdə iştirak edirlər
31.01.2019 Formula 1 Azərbaycan Qran-Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyası prosesi davam edir
30.01.2019 Beş məşhur avtodrom Formula 1-dən imtina etməklə hədələyir
24.01.2019 Formula 1 TV-də bütün qış testləri göstəriləcək
23.01.2019 “McLaren” bolidi yeni mövsümdə yenə narıncı rəngdə olacaq


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
“Tokio-2020": Hər növün öz təsnifat qaydası var
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru