Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14/04 | 18:55 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
14/04 | 14:37 Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb
14/04 | 10:21 Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb
14/04 | 09:20 Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq
14/04 | 08:19 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb
13/04 | 22:55 Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk mükafatçıları bəlli olub
13/04 | 18:27 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qəbələ"ni məğlub edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Voleybol üzrə “Çellenc Kuboku”nu “Azərreyl” qazandı
Tarix: 02.04.2011 | Saat: 17:46:00 | E-mail | Çapa göndər
Bakıda keçirilən final oyununu Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər Aprelin 2-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində Avropa Voleybol Konfederasiyasının qadın voleybol komandaları arasında Çellenc Kuboku yarışlarının final mərhələsinin cavab görüşü keçirilib.
AzərTAc məlumat verir ki, yarışı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyiblər.
Turnirin final mərhələsində Azərbaycanın iki komandası – “Azərreyl” və “Lokomotiv” mübarizə aparmışlar. Komandalar arasında martın 29-da keçirilən ilk oyunda “Azərreyl” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Xatırladaq ki, klublarımız Çellenc Kuboku yarışlarında Avropanın güclü komandalarını turnirdən kənarlaşdırmağı bacarıblar. Belə ki, “Azərreyl” klubu turnirin birinci təsnifat mərhələsində Maltanın “Paola” (3:0, 3:0), ikinci təsnifat mərhələsində Yunanıstanın “Markopoula” (3:0, 3:0), onaltıdabir mərhələdə Yunanıstan “Olimpiakos” (3:0, 3:0), səkkizdəbir mərhələdə Ukraynanın “Ximik” (3:0, 3:0), dörddəbir mərhələdə Finlandiyanın “Salo” (3:2, 3:0), yarımfinalda isə Rusiyanın “Uraloçka” komandasından (3:2, 3:1) üstün olub.
Finalda mübarizə aparan digər Bakı komandası “Lokomotiv” isə turnirə ikinci təsnifat mərhələsindən qoşulmuş və ilk rəqibi Rusiyanın “Omıçka” komandasını məğlub edib. “Lokomotiv” onaltıdabir final mərhələsində Avstriyanın “A. Linq-Steq” (3:0, 3:0), səkkizdəbir mərhələdə Kiprin “Apollon” (3:0, 3:0), dörddəbir mərhələdə Almaniyanın “Şveriner” (3:0, 3:2), yarımfinalda isə Bakının “İqtisadçı” komandasına (3:0, 3:2) qalib gəlib.
Final oyununu izləmək üçün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Sərhədçi” Olimpiya İdman Mərkəzinə gəldilər. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Tamaşaçılar və idmançılar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra oyun başladı. Görüşün ilk seti “Azərreyl” voleybolçularının üstünlüyü ilə başa çatdı – 30:28. İkinci hissədə “Lokomotiv” klubu “Azərreyl”dən üstün oldu (22:25) və setlərin hesabı bərabərləşdi. Ardıcıl olaraq iki setdə 25:13 və 25:17 hesablı qələbə qazanan “Azərreyl” klubu turnirin qalibi oldu.
Oyunu baş hakim ukraynalı Mixaylo Melnik, ikinci hakim türkiyəli Bayram Dikmentepe idarə ediblər.
Sonra təntənəli mükafatlandırma mərasimi oldu.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva idmançıları mükafatlandırmaq üçün arenaya daxil oldular.
Tamaşaçılar və idmançılar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev “Lokomotiv” klubunun üzvləri və məşqçi heyəti ilə görüşdü.
Daha sonra dövlətimizin başçısı final oyununun ən yaxşı oyunçusu seçilmiş “Azərreyl” komandasının, Azərbaycan yığma komandasının liberosu Valeriya Karatenkonu təbrik etdi.
Avropa Voleybol Konfederasiyasının nümayəndəsi Viorel Manole ən yaxşı oyunçu seçilməsi münasibətilə V.Korotenkoya Kubok təqdim etdi.
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Vaqif Əliyev Viorel Manole ilə birlikdə “Lokomotiv” klubunun üzvlərinə gümüş medalları təqdim etdilər.
Sonra dövlətimizin başçısı Çellenc Kubokunu qalib komandaya təqdim etdi və voleybolçuları qələbə münasibətilə təbrik etdi.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da “Azərreyl” klubunun üzvlərini təbrik etdi.
Əməkdar Məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayev “Azərreyl” klubunun üzvlərinə qızıl medalları təqdim etdi.
Klubun üzvlərinə çələnglər təqdim olundu.
Azərbaycan voleybolunun inkişafına xüsusi töhfələrinə görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Avropa Voleybol Konfederasiyasının Kubokuna layiq görüldü. Kuboku Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti xanım Banu Can Şurman təqdim etdi.
Mükafatlandırma mərasimindən sonra qalib komandanın üzvləri Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə xatirə şəkli çəkdirdilər.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 2297 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.12.2023 Voleybolçu qızlar arasında Azərbaycan birinciliyinə start verilib
22.12.2023 Yüksək Liqa: İlin son oyununda “Neftçi” qələbə qazanıb
07.12.2023 Voleybol üzrə Yüksək Liqada IV tura yekun vurulub
06.12.2023 Yüksək Liqa: “Azərreyl” və “Murov Az Terminal” komandaları qələbə qazanıblar
04.12.2023 Azərbaycanın voleybol millisi beynəlxalq turnirə yollanıb
26.11.2023 EEVZA: Azərbaycan millisi son görüşündə də uduzub
23.11.2023 Azərbaycanın voleybol millisi bu gün Litva ilə qarşılaşacaq
23.11.2023 "Neftçi" Azərbaycan çempionatında ilk qələbəsini qazanıb
22.11.2023 Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların proqramı açıqlanıb
21.11.2023 Azərbaycanın voleybol yığması Ukraynaya uduzub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru