Naxçıvan Şahmat Mərkəzində internet üzərindən yarış təşkil edilib.
Yarışda Naxçıvan komandası ilə Qırğızıstanın Talas şəhərinin komandası mübarizə aparıb.
azerichess.az saytı vasitəsilə yayımlanan oyunda komandaların hər birinin heyətində 7 zəka sahibi yarışıb. Yeddi oyundan ibarət olan görüşün nəticəsinə əsasən, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri 4,5:2,5 hesabı ilə qələbə qazanıblar.
Qeyd edək ki, Naxçıvan komandasının heyətində Sadiq Qarayev, Zahid Allahverdiyev, Oğuz Cabbarlı, Ramal Həsənov, Nəzrin Cəfərli, Almara İbrahimbəyli və Şahnaz Əlizadə təmsil olunublar.
|