Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
27/02 | 22:00 Azərbaycanın iki idmançısı Belarus Atletika Federasiyası tərəfindən mükafatlandırılıb
27/02 | 20:57 Gənc qılıncoynadanlarımız Avropa çempionatında mübarizəyə başlayıblar
27/02 | 20:36 Mərakeşdə keçiriləcək Qran-Pridə Azərbaycanı 14 cüdoçu təmsil edəcək
27/02 | 19:13 Abdulla Zubir ardıcıl ikinci dəfə Premyer Liqada turun ən yaxşı oyunçusu seçilib
27/02 | 18:28 Azərbaycan Milli Paralimpiya Komitəsi beynəlxalq əməkdaşlığı genişləndirir
27/02 | 18:19 Azərbaycan Premyer Liqasının XVIII turunun rəmzi komandası açıqlanıb
27/02 | 17:38 Bakıda keçiriləcək paracüdo üzrə Qran-Pri yarışlarının loqosu və medalları təsdiqlənib
27/02 | 16:46 “Tokio-2020”yə hazırlıq prosesinə dair görüş keçirilib
27/02 | 16:07 Yeniyetmə şahmatçımız Aydın Süleymanlı FIDE-nin saytında “Günün adamı” elan edilib
27/02 | 15:49 Cüdoçularımız Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplanışında iştirak ediblər
27/02 | 15:12 “Aeroflot open” festivalının sonuncu turunda Rauf Məmmədov və Aydın Süleymanlı qarşılaşırlar
27/02 | 14:53 Azərbaycanın daha iki paralimpiyaçısı “Tokio-2020”yə lisenziya əldə edib
27/02 | 14:27 Azərbaycan Premyer Liqasının XX turunun təqvimi müəyyənləşib
27/02 | 14:15 Azad Rəhimov: Koronavirusla əlaqədar Azərbaycanda heç bir yarışa məhdudiyyət qoyulmayıb
27/02 | 14:04 Məktəblilər arasında güllə atıcılığı üzrə birinciliyin qalibləri müəyyənləşib
27/02 | 13:56 Bakıda İslam ölkələri könüllülərinin beynəlxalq forumu keçirilib
27/02 | 13:31 Moskvada isti hava səbəbindən snoubord üzrə dünya kubokunun mərhələ yarışı ləğv olunub
27/02 | 12:33 Futbol üzrə Azərbaycan çempionatının XIX turunun oyunlarına hakim təyinatları açıqlanıb
27/02 | 12:04 Yeniyetmə qılıncoynadanlar arasında Avropa çempionatına yekun vurulub
27/02 | 11:46 Azərbaycanın U-19 komandasının üzvləri üçün məşğələ təşkil olunub
27/02 | 11:37 Millimiz UEFA İnkişaf turnirində sonuncu oyununu keçirib
27/02 | 11:20 Gənc cüdoçular arasında respublika birinciliyində ilk qaliblər müəyyənləşib
27/02 | 10:26 Moskvada “Aeroflot open” festivalında şahmatçılarımız liderlik edirlər
26/02 | 22:02 Polşada açıq Avropa turnirində 18 cüdoçumuz mübarizə aparacaq
26/02 | 20:12 “Avro-2020”: Bakıda Azarkeş Zonası iyunun 12-də fəaliyyətə başlayacaq
26/02 | 19:40 Vüqar Həşimov Şahmat Akademiyasında birinci dərəcə turniri davam edir
26/02 | 19:00 Ağdamda alpaqut üzrə Azərbaycan çempionatı keçiriləcək
26/02 | 18:59 Yekaterinburqda keçiriləcək “Böyük dəbilqə” turnirində ölkəmizi 6 cüdoçu təmsil edəcək
26/02 | 18:28 Futzal üzrə Yüksək Liqada XVII turun oyunlarına hakim təyinatları açıqlanıb
26/02 | 17:41 Formula 1 Vyetnam Qran-Prisi ləğv oluna bilər
26/02 | 16:41 Formula 2: “Trident” komandası yaponiyalı pilot Marino Satonu heyətinə cəlb edib
26/02 | 15:34 Şahmatçılarımız “Aeroflot open” festivalının səkkizinci turunda mübarizə aparırlar
26/02 | 15:24 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş şahmat turniri keçirilib
26/02 | 14:36 Xocalı soyqırımı qurbanlarının xatirəsinə mini-futbol üzrə açıq birincilik keçirilib
26/02 | 14:16 AFFA-nın əməkdaşları UEFA-nın seminarında iştirak edəcəklər
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 18 12 5 1 32-7 41
2 Neftçi 18 9 6 3 28-13 33
3 Keşlə 18 8 5 5 25-17 29
4 Sumqayıt 18 6 4 8 22-25 22
5 Zirə 18 5 5 8 21-34 20
6 Sabah 18 5 5 8 19-23 20
7 Səbail 18 5 4 9 14-26 19
8 Qəbələ 18 3 4 11 18-34 13
Məktəblilərin Naxçıvan Muxtar Respublika spartakiadasına yekun vurulub
Tarix: 29.10.2018 | Saat: 11:09:00 | E-mail | Çapa göndər
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Şahmat, Basketbol, Yüngül Atletika və Atıcılıq federasiyalarının təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında spartakiada keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra aparıcı spartakiada haqqında iştirakçılara məlumat verib. Qeyd edilib ki, muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması daim diqqət mərkəzində saxlanılır, yaradılan müasir idman qurğuları gənclərin bədən tərbiyəsi və idmana marağını artırır. Bu sahənin inkişafı üçün mütəmadi olaraq idman yarışları təşkil edilir ki, bugünkü spartakiada da məhz həmin yarışlardan biridir.

Tədbir Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental rəqs ansamblının ifasında konsert proqramı ilə davam edib.

Mükafatlandırma mərasimində ilk olaraq şahmat üzrə keçirilən yarışların qalibləri kürsüyə dəvət olunub. Belə ki, qızlar arasında Nəsrin Babayeva (Naxçıvan), Nazlı Hümbətova (Naxçıvan) və Zərrin Məmmədli (Ordubad), oğlanlar arasında isə Seyid Hüseyn (Ordubad), Ayxan Zeynalov (Şərur) və Ərturan İsmayılov (Naxçıvan) ilk üç pillədə qərarlaşıblar.

Yüngül atletika yarışlarında 100 metr məsafədə qızların mübarizəsində Nərmin Mehdiyeva (Culfa), Tamella Qurbanova (Naxçıvan) və Aytən Rəhimova (Naxçıvan) finiş xəttinə ilk üç pillədə çatıblar. Bu məsafədə oğlanlar arasında eyni nəticəni Fərid Əsgərli (Naxçıvan), İlkin Rəsulov və Nurxan Əliyev (hər ikisi Heydər Əliyev adına Hərbi Lisey) də təkrarlayıblar. 400 metr məsafədə qızlar arasında Xatun Oruclu (Ordubad), Nərminə Əliyeva (Sədərək) və Zeynəb Bağırova (Şərur), oğlanlar arasında isə Vüsal Fərəcov, Hidayət İsmayılov (hər ikisi Heydər Əliyev adına Hərbi Lisey) və Səfər Tağıyev (Naxçıvan) qalib adını qazanıblar.

Basketbol yarışlarında bütün rəqibləri üzərində qələbə qazanan Culfa komandası spartakiadanın qalibi olub. Digər iki pillədə Naxçıvan şəhər və Babək rayon komandaları qərarlaşıb.

Qızlar arasında stolüstü tennis yarışlarının qalibi Naxçıvan idmançısı Nurtac Hüseynova olub. Gültəkin Süleymanova (Şərur) və Selcan Hüseynova (Sədərək) isə yarışları ikinci və üçüncü pillədə başa vurublar. Oğlanlar arasında isə Sənan Məmmədov (Şərur) qalib adını qazanıb. İsgəndər Quliyev (Naxçıvan) ikinci, Yusif Yusifli (Culfa) üçüncü olub.

Spartakiadada qızlar arasında keçirilən həndbol üzrə yarışlarda Şərur rayon komandası qalib gəlib. Naxçıvan Qarnizonu tam orta məktəbinin və Naxçıvan Qızlar Liseyinin komandaları isə ikinci və üçüncü yerlə kifayətləniblər.

Doqquz komandanın mübarizə apardığı “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə yarışı Naxçıvan şəhər komandası birinci yerdə başa vurub. Digər iki pillədə Babək və Ordubad rayon komandaları qərarlaşıblar.

Sonda qalib idmançılar və komandalar mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, təhsil naziri Rəhman Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov, Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov və Basketbol Federasiyasının sədri Mahir Əliyev təqdim ediblər.
Xəbər 203 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
26.02.2020 Ağdamda alpaqut üzrə Azərbaycan çempionatı keçiriləcək
26.02.2020 Bakı, Sumqayıt və Abşeron rayonunun kənd və qəsəbələrinin birinciliyi davam edir
25.02.2020 İsmayıllıda qol güləşi üzrə rayon birinciliyi keçirilib
25.02.2020 Salyan cüdoçuları açıq rayon birinciliyinin qalibi olublar
25.02.2020 Ağcabədidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə şahmat yarışları keçiriləcək
24.02.2020 Sumqayıtda voleybol və üzgüçülük yarışlarının qalibləri mükafatlandırılıb
24.02.2020 Ağcabədi rayonunda cüdo üzrə rayon turniri keçirilib
24.02.2020 Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş kunq-fu üzrə Bakı çempionatı keçirilib
24.02.2020 A.A.Banişevskinin əziz xatirəsinə həsr edilmiş ənənəvi turnir başa çatıb
23.02.2020 Sumqayıtda könüllü gənclərin mini-futbol turnirinin qalib komandaları mükafatlandırılıb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru