Şağan Olimpiya İdman Kompleksində cüdo üzrə beynəlxalq “Təhsil CUP” turniri keçirilib.
İki gün davam edən yarışda Çexiya, Rusiya, Gürcüstan, Yunanıstan, İran İsrail, Qazaxıstan, İsveç, Türkiyə, Ukrayna, Özbəkistan və Azərbaycandan olan 9 çəki dərəcəsində 646 cüdoçu iştirak edib.
Ümumi medal sayında Türkiyə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq birinci yeri tutub. Rusiyanın Nalçik komandası ikinci (2 qızıl, 1 bürünc), “Aura” idman klubu isə üçüncü (1 qızıl, 1 gümüş, 1 bürünc) olub.
|