Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2018-ci ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
13/12 | 23:06 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
13/12 | 23:01 Azərbaycan Respublikasının idman mütəxəssislərinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
13/12 | 22:57 E.Ə.Ələkbərovaya “Əməkdar həkim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
13/12 | 22:27 Şpaqaçılarımız Dünya Kubokuna hazırlığı başa vurublar
13/12 | 21:15 UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçına hazırlıq çərçivəsində könüllülüklə bağlı tədbir olub
13/12 | 20:26 Astaralı idmançılar Dünya kuboku yarışlarında 7 medal qazanıblar
13/12 | 19:13 Çövkən milli atüstü oyunu üzrə Prezident kuboku turniri davam edir
13/12 | 18:53 FIFA referimiz Elçin Səmədli hakimlik karyerasını başa vurub
13/12 | 18:34 “McLaren”də velosiped idmanı ilə məşğul olmağa qərar veriblər
13/12 | 17:45 Şahmat üzrə respublika birinciliyi başa çatıb
13/12 | 17:11 Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
13/12 | 16:38 Karate üzrə böyüklər arasında rəsmi liqa yarışlarına yekun vurulub
13/12 | 15:30 “Neftçi”nin Antalyadakı rəqiblərindən ikisi müəyyənləşib
13/12 | 14:20 Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
13/12 | 14:13 Yeniyetmə cüdoçular arasında Bakı birinciliyi start götürüb
13/12 | 13:37 Bakıda “Arpaçay Open” beynəlxalq karate turniri keçiriləcək
13/12 | 13:20 AFFA-nın baş katibi Məşqçilər Komitəsinin üzvləri ilə görüşüb
13/12 | 11:49 AFFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu üçün Könüllülük proqramına start verilib
13/12 | 11:08 Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq
13/12 | 10:56 Əliş Nəzərov gümüş medal qazandı
13/12 | 10:03 UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub
13/12 | 09:59 AFFA-nın İntizam Komitəsi bir sıra klubları cərimələyib
12/12 | 22:25 AMADA idman ictimaiyyətini dopinqlə mübarizəyə cəlb edir
12/12 | 22:07 Şəhriyar Məmmədyarov FIDE-nin yeni reytinq siyahısında mövqeyini qoruyub
12/12 | 21:09 Azərbaycan Premyer Liqasında XIV turun ən yaxşı futbolçusu və rəmzi komandası müəyyənləşib
12/12 | 20:00 Millimizin rəqibləri müəyyənləşib
12/12 | 19:24 Məktəblilər arasında şahmat üzrə Azərbaycan çempionatı başa çatıb
12/12 | 18:52 Milli Gimnastika Arenası bu dəfə “Qızıl Yaş” gimnastika şousuna ev sahibliyi edib
12/12 | 18:11 Güllə atıcılığı üzrə XIII açıq Bakı turnirinin qalibləri müəyyənləşib
12/12 | 17:40 Azərbaycan Qılıncoynatma Federasiyasının nümayəndəsi beynəlxalq konqresdə iştirak edib
12/12 | 16:45 Böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatı keçiriləcək
12/12 | 14:02 Badmintonçularımız “South Africa International 2018” turnirində uğurla çıxış ediblər
12/12 | 13:42 U-19-a daha bir futbolçu qoşulub
12/12 | 11:36 Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq
12/12 | 10:41 Boks üzrə dünya çempionatının keçiriləcəyi yer müəyyənləşib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Neftçi 14 10 3 1 26-10 33
2 Qarabağ 14 9 3 2 32-14 30
3 Səbail 14 6 3 5 16-14 21
4 Sabah 14 5 2 7 12-20 17
5 Qəbələ 14 4 5 5 17-18 17
6 Sumqayıt 14 4 3 7 13-20 15
7 Keşlə 14 3 3 8 16-23 12
8 Zirə 14 2 4 8 12-25 10
Azərbaycan, Rusiya və Monqolustan prezidentləri cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarına baxıblar
Tarix: 27.09.2018 | Saat: 15:44:00 | E-mail | Çapa göndər
Sentyabrın 27-də cüdo üzrə dünya çempionatı çərçivəsində qarışıq komanda yarışları keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, ölkəmizdə işgüzar səfərdə olan Rusiya Prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer yarışlara baxıblar.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə işgüzar səfərə gələn Rusiya Prezidenti Vladimir Putini qarşıladı.

Rusiya Prezidenti Azərbaycan Prezidentinin ailə üzvləri, Monqolustan Prezidenti və Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşdü.

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının sonuncu günündə komanda yarışlarına start verildi. Yaponiya, Koreya və Fransa komandaları gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmalardan sonra yarımfinala vəsiqə qazandılar. Bunun ardınca Almaniya ilə qarşılaşmadan qalib ayrılan Rusiya yığması da yarımfinala çıxdı. Finalda Yaponiya və Fransa komandaları üz-üzə gəldilər.

Azərbaycan yığmasının çıxışlarına gəlincə, Avstriya ilə qarşılaşmada rəqibini 5:1 hesabı ilə məğlub edən cüdoçularımız dörddəbir finalda Yaponiya yığmasına uduzdular. Ancaq seçməmiz təsəlliverici görüşdə iştirak hüququ qazandı və onun rəqibi Niderland yığması oldu. Bu mərhələdə Azərbaycan yığması rəqibindən üstün olmağı bacardı. Millimiz 4-2 hesabı ilə qalib gələrək çempionatın bürünc medalı uğrunda mübarizəyə vəsiqə qazandı.

Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışları 11-ci pillədə başa vurub. Komandamızın üzvlərindən Uşangi Kokauri gümüş, Hidayət Heydərov isə bürünc medal qazanıb.

Bakıdakı dünya çempionatında cəmi 22 ölkə medal qazana bilib, 14 qızıl medalın yarısı Yaponiyanın olub. Qalan qızıl medallardan 2-si Koreya Respublikasına, hərəyə 1 medal Fransa, Gürcüstan, İran, Ukrayna və İspaniyaya nəsib olub. Mundialda 125 ölkədən 800-dək cüdoçu mübarizə aparırdı.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan yığmasının üzvləri ilə görüşdülər.

İdmançıları təbrik edən Prezident İlham ƏLİYEV dedi:

-Sizi bu gözəl qələbə münasibətilə təbrik etmək istəyirəm. Bizim idmançılarımız gümüş və bürünc medal qazanıblar. Digər idmançılarımız da çox gözəl döyüş nümayiş etdiriblər, komandamız da qabaqcıl komandalar arasındadır. Bütün bunlar çox böyük nailiyyətlərdir, Azərbaycan cüdo məktəbinin böyük uğurudur və Siz bütün xalqımızı sevindirirsiniz.

Cüdo üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi özlüyündə böyük bir hadisədir. Bu, onu göstərir ki, Azərbaycan dünya miqyasında uğurlu inkişaf yolunda çox böyük addımlar atıb. Əlbəttə, siz hamınız istəyirdiniz ki, idmançılarımız gözəl döyüş nümayiş etdirsinlər, belə də oldu. Həm medallar qazanıldı, həm də medal qazanmayan idmançılarımız çox ləyaqətli döyüş nümayiş etdirdilər. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik etmək, sizə yeni uğurlar arzulamaq istəyirəm. Onu da qeyd etməliyəm ki, sizin komanda yarışında döyüşləriniz hələ davam edəcək, siz bürünc medal uğrunda döyüşəcəksiniz, rəqibiniz də çox güclüdür. Əlbəttə, biz hamımız sizə uğurlar arzulayırıq.

Onu da bilməliyik ki, bu, idmandır, idmanda qələbə də olur, məğlubiyyət də. Əsas odur ki, bizim idmançılarımız ləyaqətli döyüş nümayiş etdirsinlər. Fəxr edirik ki, bizim görkəmli cüdoçularımız var. Elnur, Nazim, Elxan, Olimpiya, dünya çempionları, Natiq, veteranlar Sizin üçün böyük nümunədir. Mehman da yadımdadır, Olimpiya Oyunlarında biz onun döyüşlərini böyük maraqla izləmişik. Ona görə hesab edirəm ki, bizim cüdoçularımız bundan sonra da ancaq irəliyə gedəcək, xalqımızı, Vətənimizi sevindirəcəklər.

Sonra çıxışını rus dilində davam etdirən Prezident İlham Əliyev dedi:

-Bizim komandada elə uşaqlar var ki, onlar Azərbaycan dilini o qədər də yaxşı bilmirlər. Buna görə mən onlara da müraciət etmək, onları uğurları, nailiyyətləri münasibətilə təbrik etmək istərdim. Siz ölkəmizi həmişə ləyaqətlə təmsil etmisiniz və xalqımızı sevindirmisiniz. Sizi təbrik edirəm və gələcəkdə sizə uğurlar diləyirəm.

X X X

Xatirə şəkilləri çəkdirildi.

X X X

Prezident Vladimir Putin də Rusiya yığmasının üzvləri ilə görüşdü.

X X X

Daha sonra Prezident İlham Əliyev çempionatda iştirak edən və mükafat qazanan Azərbaycan yığmasının üzvlərindən, cüdo üzrə Olimpiya çempionlarından və məşqçi heyətindən bir qrupunu Rusiya Prezidenti Vladimir Putinə təqdim etdi.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 439 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
10.12.2018 Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib
16.11.2018 Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib
13.11.2018 Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
26.09.2018 Prezident İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
06.06.2018 Prezident İlham Əliyev Beynəlxalq Velosipedçilər İttifaqının prezidentini qəbul edib
19.04.2018 Prezident İlham Əliyev İƏT Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyasında iştirak edən gənclər və idman nazirləri ilə görüşüb
18.01.2018 Ədalətli oyun prinsiplərinə sadiq idmançılar mükafatlandırılıb
28.12.2017 Cari ilin idman laureatlarının adları açıqlanıb
26.11.2017 Azərbaycanlı MMA döyüşçüsü Zaur Hacıbabayevin parlaq qələbəsi
29.10.2017 Azərbaycan idmançısı döyüş növləri üzrə dünya çempionatında qızıl medal qazanıb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
İlk üç tur kəm-kəsirləri əyani göstərdi
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru