Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
23/07 | 16:47 Xasay Həsənli əzmkar qələbə qazanaraq “EYOF 2019”un çempionu olub
23/07 | 16:37 Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb
23/07 | 16:14 Kişi və qadın voleybolçuların yarışlarında İtaliya və Türkiyə yığmaları qalib gəliblər
23/07 | 15:54 Güləş yarışlarının sonuncu günündə üç idmançımız finala yüksəlib
23/07 | 15:10 Çimərlik futbolu üzrə Azərbaycan millisi Macarıstan yığmasına qalib gəlib
23/07 | 14:50 “Bakı 2019”un atletika yarışlarının ikinci gününün səhər sessiyasında finalçılar müəyyənləşib
23/07 | 14:02 “EYOF Bakı 2019”: Azərbaycanın iki güləşçisi finala yüksəlib
23/07 | 13:33 “Bakı 2019”: Azərbaycan gimnastları komanda yarışlarına liderlik edirlər
23/07 | 13:01 Bakı Su İdmanı Sarayında üzgüçülük yarışları davam edir
23/07 | 12:35 “EYOF Bakı 2019”: güləşçilərimiz mübarizəyə qələbə ilə başlayıblar
23/07 | 12:10 Naxçıvan Şəhər Şahmat Mərkəzində keçirilən tempo turnirinin qalibləri müəyyənləşib
23/07 | 11:45 XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə yarışlara start verilib
23/07 | 11:13 “EYOF Bakı 2019”: güləş yarışlarının sonuncu günündə yeddi idmançımız mübarizə aparır
23/07 | 11:01 Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları başlayıb
23/07 | 10:04 Festivalın ikinci günündə güləşçilərimiz iki qızıl, üç gümüş və bir bürünc medal qazanıblar
23/07 | 09:54 Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının ikinci gününə start verilib
23/07 | 09:40 Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib
22/07 | 16:47 Asim Xudiyev “Lokomotiv”-“Spartak” oyununa təyinat alıb
22/07 | 16:09 XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın basketbolçuların mübarizəsi start götürüb
22/07 | 15:52 Binəqədidə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib
22/07 | 15:38 Çimərlik futbolu üzrə Azərbaycan millisi Latviya yığmasına qalib gəlib
22/07 | 15:01 Qadın həndbolçuların mübarizəsi başlayıb
22/07 | 14:35 “Grand Prix 2019”: Şəhriyar Məmmədyarov finalda fransalı Maksim Vaşe-Laqravla qarşılaşacaq
22/07 | 14:10 Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı imzalanıb
22/07 | 13:29 “Bakı 2019” komandası “I Əkinçi Kuboku” turnirinin qalibi olub
22/07 | 13:03 “EYOF 2019”: Atletika yarışlarının birinci gününün səhər sessiyasında finalçılar müəyyənləşib
22/07 | 12:00 AFFA-nın əməkdaşı UEFA tərəfindən yeni təyinat alıb
22/07 | 11:31 XV Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci günündə güləşçilər 7 çəki dərəcəsində yarışacaqlar
22/07 | 10:33 Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları başlayıb
22/07 | 09:51 Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci gününün oyunları başlayıb
22/07 | 08:54 Bu gün "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının voleybol yarışlarına start veriləcək
21/07 | 21:39 XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər
21/07 | 17:51 Azərbaycan güləşçiləri Festivalın birinci gününü 4 medalla başa vurublar
21/07 | 17:00 “EYOF 2019”: Azərbaycanın aktivinə ikinci qızıl medalı sərbəst güləşçimiz Murad Haqverdiyev yazdırıb
21/07 | 16:53 Güləşçimiz Nihad Məmmədli EYOF 2019-un bürünc medalına sahib olub
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 28 20 6 2 65-21 66
2 Neftçi 28 17 7 4 52-26 58
3 Səbail 28 12 5 11 34-37 41
4 Qəbələ 28 9 9 10 31-33 36
5 Zirə 28 8 7 13 30-40 31
6 Sabah 28 8 5 15 24-42 29
7 Sumqayıt 28 7 6 15 20-41 27
8 Keşlə 28 6 5 17 29-45 23
MOK-un Ədalətli Oyunlar Komissiyasının 20 illik yubileyi ilə bağlı tədbir keçirilib
Tarix: 17.09.2018 | Saat: 13:32:00 | E-mail | Çapa göndər
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının 20 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) prezidenti Jeno Kamuti, Avropa Ədalətli Oyunlar Hərəkatının baş katibi İoannis Psilopouos ölkəmizə dəvət olunmuş rəsmi qonaqlar, tanınmış idmançılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanda ədalətli oyunlar prinsipi, idmanın inkişafından bəhs edən videoçarx nümayiş etdirilib.

Gənclər və idman nazirinin müavini İ.İsmayılov çıxış edərək, ölkəmizdə idmana dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Azərbaycanda dünyanın ən mötəbər idman yarışlarının keçirildiyini vurğulayan nazir müavini: “Ölkəmizdə hər il beynəlxalq yarışlar, dünyanın ən böyük idman tədbirləri keçirilir. Bu isə dövlət tərəfindən idmanın, idmançıların, ədalətli oyunlar prinsipinin inkişafı üçün atılan mühüm addımdır. Ölkəmizdə “Bakı-2015” I Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları, müxtəlif növlər üzrə dünya və Avropa çempionatları yüksək səviyyədə keçirilib. Bir neçə gündən sonra Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək. Bütün bunlar Azərbaycanın dünyada idman ölkəsi olduğunun bariz sübutudur”.

MOK-un vitse-prezidenti Ç.Hüseynzadə çıxışında bildirib ki, dövlət başçımız İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçiləndən sonra o vaxta qədər mövcud olmayan bir neçə komissiya yaradıldı. Bu komissiylardan birincisi Ədalətli Oyunlar Komissiyası oldu. O, komissiyanın hər il 5 istiqamət üzrə nominasiyalarda mükafatlar təqdim etdiyini bildirib: “AzƏOK hər il idmançılar, məşqçilər, hakimlər, təbliğatçılar (jurnalistlər) və idman xadimləri arasında qaliblərə mükafatlar təqdim edir. Çünki bu insanların ədalətli oyunlar prinsiplərinin inkişafında xidmətləri olur. Azərbaycan ədalətli oyunlarla bağlı dünyada keçirilən bütün tədbirlərdə uğurla iştirak edir. Bu tədbirlərin ölkəmizdə keçirilməsi üçün isə bütün lazımi şərait yaradılır. Mən bütün idmançılara ədalət prinsipləri əsasında mübarizə aparmağı və beynəlxalq yarışlarda idmançılarımıza ədalət prinsipləri ilə yanaşılmasını arzulayıram”.

Sonra Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin prezidenti Jeno Kamuti çıxış edərək dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə dünyada olimpiya hərəkatının və ədalətli oyunlar prinsiplərinin inkişafı istiqamətində böyük xidmətlərinə görə minnətdarlığını bildirib.

O, “Bakı-2015” I Avropa Oyunlarının olimpiya hərəkatına və ədalətli oyunlar prinsiplərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb.

BƏOK-un rəhbəri 2019-cu ildə Azərbaycanda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcəyini, 50-dən artıq ölkənin bu festivalda çıxış edəcəyini qeyd edib.

J.Kamuti ilk Ədalətli Oyunlar Regional Ofisinin Bakıda açılacağını bildirib: “MOK-un vitse prezidenti, AzƏOK-in sədri Xəzər İsayev tanınmış idmançı və mütəxəssisdir. Ədalətli Oyunlar Regional Ofisinin rəhbəri də X.İsayev olacaq. Əminəm ki, o, böyük işlər görəcək. Bu ofisin uğurla fəaliyyət göstərməsi üçün BƏOK də əlindən gələn köməkliyi göstərəcək”.

Sonra digərləri çıxış ediblər.

AzƏOK-in 20 illik fəaliyyətindən bəhs edən “Azərbaycanda Ədalətli Oyunlar-20 il” kitabı və təşkilatın yeni loqosu təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası cənab İlham Əliyevin 1997-ci ildə MOK-un Prezidenti seçilməsindən sonra yaradılıb. Onun təşəbbüsü ilə fəaliyyətə başlayan təşkilat 1998-ci ildə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatına üzv seçilib. AzƏOK Avropa və Beynəxlaq Ədalətli Oyunlar Təşkilatları ilə sıx əməkdaşlıq edir. 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının konqresi və Assambleyası, 2015-ci ildə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatlarının birgə konqresi, Baş Assambleyası və qala gecəsi ölkəmizdə yüksək səviyyədə təşkil olunub. Gündəlik həyatda Olimpiya tərbiyəsinin, Ədalətli Oyunlar dəyərlərinin və prinsiplərinin vacibliyinə yönələn bütün təşəbbüslərə verdiyi hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı, 2015-ci ildə isə Beynəlxalq Ədalətli Oyunlar Təşkilatının xüsusi medalı ilə təltif edilib. 2015-ci ildə həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva I Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının xüsusi ordeni ilə təltif edilib.
Xəbər 244 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
16.07.2019 Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək idmançılarla Milli Olimpiya Komitəsində görüş keçirilib
24.06.2019 Çingiz Hüseynzadə Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi ilə görüşüb
22.06.2019 Minskdə Avropa Olimpiya Komitələrinin fövqəladə Baş Assambleyası keçirildi
19.06.2019 Milli Olimpiya Komitəsində “İdmançılar” İctimai Birliyinin təqdimatı keçirilib
15.06.2019 Avropa Gənclərinin Yay Olimpiya Festivalına həsr olunmuş rəsm müsabiqəsinə yekun vurulub
07.06.2019 Nazir Azad Rəhimov İsmayıllıda vətəndaşlarla görüşdü
22.05.2019 Azərbaycan Milli Olimpiya Komitəsi ilə “Caspiantech” QSC arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
06.05.2019 Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı tədbir keçirilib
01.05.2019 Formula 1 azarkeşləri “Olimpiya mədəniyyəti və təhsil” proqramı barədə məlumatlandırılıb
26.04.2019 Çingiz Hüseynzadə: Yay aylarında bütün idman növləri üzrə kurslar təşkil etməyi planlaşdırırıq


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
“Neftçi" sürət yığmaq istəyir, "Qəbələ"də gözlənilən süqut başlanır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru