Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
İlk üç tur kəm-kəsirləri əyani göstərdi
Tarix: 29.08.2018 | Saat: 08:57:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Səfərbərliyin ilk fasiləsi başlandı

Milli klub futbolu mövsümü gözlənildiyi kimi də başlandı. Hələ ki, boyundan yuxarı tullana biləcək kollektiv görünmür.

Mövsümün ilk sürprizi "Sabah"ın liderlər qrupuna sıçraması hesab edilə bilər. Komandanın doğma divarlar arasındakı oyununda üzləşdiyi acı məğlubiyyət debütant qeyri-sabitliyinin təzahürü də sayıla bilər. Komanda bu iddiasının nə qədər əsaslı olduğunu sübut etməlidir. İlkin qənaətə görə, mövsümlərarası dövrün transferləri və ilk turlardakı oyun forması kollektivin ciddi rəqiblərdən olacağını göstərir. "Səbail", "Zirə" və "Keşlə"nin ilk 3 turdan sonra düşdüyü vəziyyət isə, ilk baxışda, qəribə təsir bağışlaya bilər. Lakin onların hazırlıq dövrü və ötən illə müqayisəsi vəziyyətin heç də qeyri-adi olmadığını göstərir. Hər üç kollektivdə əsaslı yeniliklər var və dəyişikliklər kollektivlərin meydan formasında əksini tapır. Komandaların çiyliyi xətlərarası əlaqələrdə özünü büruzə verir. Mövsümün başlanğıcına baxsaq, bu natamamlıq bütün klublarda var. Bu səbəbdən hələ yaxın bir neçə tur ərzində klubların matçdan-matça ləngər vurmasının şahidi ola bilərik. Bununla belə sentyabrın 15-nə qədər yaranmış fasilə qeyd edilən bütün klublar üçün özünü toparlamağa ilk fürsət olacaq. 3 rəsmi oyundan sonra hər klub boşluqlarını əyani müşahidə etmək imkanı qazanıb və bunun üzərində iş aparılmalıdır. Yalnız futbolçuların potensiallarının buna nə qədər imkan verəcəyi şübhə doğuran məqamdır. Axı, bineyi-qədimdən klublarımız oyunçu siyasətini özlərinə lazım olanların transfer edilməsi ilə deyil, təklif edilənlər arasından götürərək apara bilirlər. Yerli futbolçu qıtlığı isə ələ düşən ilk fürsəti dəyərləndirmək üçün şansdır. Belə olanda, heç bir məşqçi strateji hədəflər bir kənara, heç istədiyi, düşündüyü taktiki gedişlərə əl ata bilmir və əlində olan futbolçuların imkanlarının əsiri olur. Mövsüm boyu həmin futbolçuları isə az-çox toparlamaq ilk turlarda müşahidə etdiyimiz vəziyyətə gətirib çıxarır.

Bu günə qədər olan vəziyyət yalnız bir həqiqəti üzə çıxarır. Mövsümün iki favoriti olacaq. Qalanlarının hər biri sürprizə can ataraq, avrokubok zonasında yer almağa çalışacaq. Bu mövsümün autsayderi barədə də indidən söz demək çətindir. Bunu da yalnız ilk dövrədən sonra təxmin etmək olacaq.

Ötən turların ən maraqlı oyunları "Neftçi"nin iştirakı ilə keçdi. Komanda az-çox prinsipiallığını qoruyan "Qəbələ", daha sonra isə mövsümün şəksiz favoriti "Qarabağ"la üz-üzə gəldi. Birinci halda, əldə olunan qələbə formalaşmış səviyyə fərqinin deyil, daha çox "Neftçi"nin yaxşı komplektləşməsinin nəticəsi idi. Mövsümü maraqlı edə biləcək əzəli "Qarabağ" - "Neftçi" dueli isə mövsümün şah oyunları seriyasını açdı. Çox maraqlıdır ki, "Qarabağ"ı Avropa arenasında axsadan cəhətlər bu oyunda da özünü büruzə verdi. Əlbəttə, bəxt amilini əsas gətirmək olar. Lakin dərindən baxsaq, klubda hələ rəqib qapısı ağzındakı quruculuq hərc-mərcliyi və qeyri-müəyyənliyi davam edir. Nəhayət ki, Emeqaranın qol siftəsini etməsi Ağdam klubunun özünü toparlaması istiqamətində mühüm qazancı sayıla bilər. Lakin hücumun təşkilində pleymeyker asılılığı məhz çoxşaxəli oyunun olmamasından irəli gəlir. Halbuki orta və arxa xəttin istənilən oyunçusu quruculuqda fəal iştirak etmək potensialına malikdir. Bunu tənzimləmək üçün məşqçilərin kifayət qədər materialı var. Hətta üslubu belə tez-tez çevirmək üçün əldə olan imkanların heç birindən istifadə olunmursa, qəribə suallar yaranır. Bu sualların ən başlıcası "bu komanda məşqlərdə nə ilə məşğuldur" kimi absurd həddə də çatmaq üzrədir.

"Neftçi" isə italiyalı sükançının təxəyyülünün əsirinə çevrilməkdədir. Bundan əvvəl qəribə şəkildə basılan əyləc komandanı Avropada büdrətdi. "Qarabağ"la hesabda irəli çıxan komandanın heç əks-hücumu da normal qura bilməməsi şübhələr yaratmağa başlayıb. Üstünlüyü "Qarabağ" kimi rəqibə verib arxa plandan oynamaq cəhdlərinin cəzası olur. Sadəcə, Ağdam klubunun ön xətdə dişsizliyi "Neftçi"ni özünün layiq olacağı məğlubiyyətdən qurtardı. "Ağ-qaralar" oyunun ipini rəqibə birdəfəlik verərək, dağılmış tifaq kimi bütün xətlərdə pərən-pərən düşməklə boşluqlara yol verir. Sanki hər futbolçu öz zonasından kənara çıxa bilməz və sığortalı oynamamalıdır. Petrov iki dəfə topun boş qapıya yolunu kəsməsəydi, ev sahiblərinin futbolçularının ələ düşən fürsəti fövtə verməsəydilər, "Neftçi" 1 xalın sevincini yaşaya bilməzdi. Amma oyunun əvvəli tam fərqli mənzərə yaratmışdı: "Neftçi" qol vurandan sonra özünü itirmiş və psixoloji təzyiq altında olan rəqibi “boğa” bilərdi. Əgər söhbət hansısa italyansayağı müdafiədən gedirsə, apenninli sükançı bunun "Neftçi"yə heç bir aidiyyatının olmayacağını indidən bilməlidir. Çünki İtaliya müdafiəsi taktiki düşüncə tərzinin və nizam-intizamın, əlaqəli oyunun optimal formasında baş verə bilər. Əldə olan futbolçuların buna qadir olmaması bir kənara, məşqçi bunun üçün orta və ön xətti tarazlamalıdır, cinahlar üzərində işləmələdir. İndiki "Neftçi"də faydalı iş əmsalı futbolçuların meydanda hərəkətlərinə tərs mütənasibdir. Bununla belə, "ağ-qaralar" üçün bu qaydalar yalnız "Qarabağ" kimi rəqiblə oyun üçündür. Yəni çempionluq döyüşündə indidən bir addım öndə olmağa çalışmasa, sonradan "Neftçi"yə çox çətin olacaq. Ölkə futbolunun ümidi də məhz "Neftçi"nin dirçələrək mövsümün bir klubun hegemonluğundan, heç olmasa, qış fasiləsinə qədər qurtarmasıdır.

Klubların düzənindən hələ çox söz açmaq imkanımız olacaq. Hələliksə, müşahidə etdiyimiz hazırlıq səviyyəsinin yaxın 15 gündən sonra hansı vəziyyətə gətiriləcəyidir. İlk ciddi qiyməti də ondan sonra vermək mümkün olacaq.

BATI YAR


Xəbər 1726 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru