Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Qarabağ" və qalanları...
Tarix: 14.08.2018 | Saat: 08:50:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Və ya natamam ümidlər çempionatı başlandı

Milli futbol mövsümünün ilk yazılan sətirləri ötən şənbə günü evində oynaya bilməyən "Sumqayıt"ın "Neftçi"ni uzaq-yaxın "Dalğa Arena"da qəbul etməsi oldu.
Hərçənd açılış matçını, təqvimə görə, çempion "Zirə" ilə keçirməli idi. Avropada növbəti dəfə əsas (bu dəfə həm də yeganə) ümidimiz olan "Qarabağ" Çempionlar Liqasının təsnifatında cavab görüşünün əhəmiyyətini nəzərə alaraq, çempionatdakı qonağını sentyabrın 26-da qəbul edəcək. Ona verilmiş bu hüquq əvvəldən elan edilib.

Təbii ki, mövsüm haqqında ilk sözlər yalnız hazırlıq dövrü ilə müqayisəli şəkildə proqnozlarla verilə bilər. Lakin 8 komandanın hər birinə bir daha nəzər salanda, bu çempionatın da alayarımçıq, ən yaxşı halda natamam olacağı aydındır. Çünki normal yarış, potensial imkanlara görə, favoritlər və autsayderlərlə yanaşı, ortababların da iştirakı ilə keçməlidir. Özü də bu ortabablar nə şiş, nə kabab olmamalıdır. Futbolu yönəldənlərimiz hələ də "qızıl orta" anlayışını "qızılı" da demirəm, heç olmazsa, "qızılımtıl" həddində də qəbul etmək istəmirlər - ona doğru addım atmaq niyyətində də deyillər, deyəsən. Axı, bunun "qızıl qayda"sı da məlumdur: elitar klublara, yəni üstqurumlara dəstək olmaqdansa, həmin vəsaiti altqurumlara, yanqurumlara və s. təbəqələrə sərf etmək daha məqsədyönlüdür. Belə olduqda, tənbəl, inkişafa meyl etməyən, hətta yerindən tərpənmək istəyənlərə də maneə olan bir icma, sözün kəsəsi, qeyri-nikbin mühit yaranır.

"Qeyri-nikbin" ifadəsi, ilk baxışda "bədbin" kəlməsindən yaxşıdır, amma daha təhlükəlidir: bədbinin son sığınacağı məlumdur, qeyri-nikbin isə daha çox unutqanlığa yaxın, çıxışı olmayan bir pat vəziyyətinə sürüklənəndir.

Əlbəttə, prinsipial maliyyə, sistem və s. tələbləri, şərtləri anlamaq və dəstəkləmək lazımdır. Yarıyolda "mənə kömək" deyə hay-küy salıb, yalvarıb, axırda oyun alqı-satqısına vərdişkar olacaq virus komandaların heç olmaması daha yaxşıdır. Bax, elə buna görə də, AFFA hətta milli komanda səviyyəsində belə xərclədiyi pulların çox böyük qismini məhz futbol mühitinin formalaşdırılmasına yönəltməlidir ki, qarşıdakı illərdə məhz bununla yerlərdə futbolun inkişafına, bununla da özünün yüksəlişinə dəstək olsun. Yoxsa futbolumuz özünü peşəkar sayan nadanların əlində oyuncağa çevriləcək. Bununla AFFA-nın da özü zərbə altında qalmaq təhlükəsi ilə üzləşəcək. Bir sözlə, sağlam mühit daralmaqdadır.

Bu mövzunu mövsüm boyu diqqətdə saxlayıb, keçək, yeni başlayan yarışın əsas məqamlarına. Mövsümün "Qarabağ"ın mütləq favoritliyi şəraitində keçəcəyi ehtimal olunur. Hətta ən güclülər belə, deyəsən, bu aqibəti ilə barışıb və Avropa Liqası uğrunda rəqiblərə köklənib. Amma bu məğlubluq düşüncəsi ilə işə yanaşanlar üçün təkcə mövsümün özünü deyil, futbolu bitmiş saya bilərik. Bu təfəkkür nə sistem, nə də təsərrüfat anlayışının irəli getməsinə səbəb ola bilər. Əksinə, indi "Qarabağ"a rəqib olmaq daha çox mümkündür; inam, bir az da oyun bacarmaq lazımdır. Üstəlik, çempion Avropada qala bilsə, işlər lap rəvanlaşacaq. Çünki Qurban Qurbanovun məşqçi kimi idarəedici ənənəsinə sadiq qalacağı aydın görünür. Onun dəyişmək istədiyi komanda düzəni, potensialı ilə əvvəlkindən fərqlənsə də, yenə mütəxəssisin düşüncə çərçviəsinə girməkdədir. Klubun problemləri buradan başlanır. Bundan mövsümün gedişində özünə güvənən hər bir klub yararlana bilər. İndi görək buna can atmaq istəyən varmı?

Digər klublardan az-çox "Neftçi" buynuzunu itiləyənə oxşayır. Çox maraqlıdır ki, rəqiblər çempionluqdan bəhs etmir. Hətta 2-ci yerdən, ya da kubokdan bəhs edəni də yoxdur. Yəni həmin yerlər "Qarabağ"la "Neftçi"nindir - mövsümün iştirakçıları belə düşünür. Halbuki "Keşlə"nin keçənilki nümunəsi çoxlarının iştahını açmalı, onu diş altına qaytarmalı idi. Əfsuslar ki, builki mövsüm "əsas vəzifə Avropa Liqasına vəsiqə verən yerlər uğrunda..." kimi ifadələrin təbiri altında başlanır. Hətta, yeri gələndə, "Sabah"ın da bu 3-cülüyə və 4-cülüyə iştahı var. Bundan qalan klublar utanmalıdırlar. Əlbəttə, reallığın gözünə düz baxaraq, bu ifadələri söyləyənləri anlamaq istərdim - amma olmur. Bax, elə buna görə ötən illərdə də deyirdik ki, bir-birini "qızıl ortasız" təqib edən mövsümlər belə qorxaqların yığnağına, yarışına çevrilir.

Təsəvvür edin ki, 6 klub mövsümə yeni sükançı ilə başlayır - yalnız çempion və maraqlıdır ki, ötən mövsümün ən uğursuzu da saya biləcəyimiz "Zirə" baş məşqçisini dəyişməyib. Lakin "Zirə" tamamilə yenidən qurulmağa başladığı üçün ehtiyatlı sözlər deyilir. "Sumqayıt" da tamamilə yenidən qurulur. Ancaq əvvəlki mövsümü yüksək notla keçirən "Zirə", ötən mövsüm ilk dəfə iddialılığın nə olduğunu duyan "Sumqayıt"ın rəhbərliyinin bu söz oyununu anlamaq mümkün deyil. Belə çıxır ki, həmin uğurlu dövrlər, sadəcə, bir təsadüf imiş. Yəni komandalarda bu illər ərzində heç bir iş görülməyib və onlar taxtadan qalxmaq istəyəndə "tap" edib düşdükləri üçün, "Gülsənəm" onları hər an "hap" edə bilər. Amma birdən "hap" edə bilməsə, siz bu klubların dikələn başını, dəyişən oturuş-duruşunun həngaməsindən ehtiyatlanın və qorunun...

Belə götürəndə, "Səbail" də ilk mövsümünü yola verə bildiyindən tamamilə yenidən qurulur, elitaya yüksələn "Sabah" da dişini itiləyə bilmək üçün başdan-ayağa dəyişir. "Keşlə" də qısa müddətdə artıq üçüncü məşqçini sayır və rəhbərliyin sonrakı qərarı da şübhə doğurur. "Qəbələ" də onlardan geri qalmır. İllər ərzində dəfələrlə qeyd etdiyimiz bəhərsiz ağacdan bərk yapışıb, onu bəsləyən klubun söz sahibləri indi həmin ağacı yenidən budamaqla effektsizliyi aradan qaldırmaq istəyirlər. Bəs bunun bioloji əsasları hara getdi, axı, hər ağacın budanması əsas deyil, çünki budanmayanda cır məhsul verir. Bar verən ağacın əkiləcəyi yerdən, səmtdən tutmuş ona qulluğun da öz tələbləri və şərtləri var. Budamaq onun ən son mərhələsidir...
"Neftçi" də yenidən qurulur. Avropa rüsvayçılığından əvvəl özünü itirib başı gicəllənən klubun ilk turda ən böyük qazancı heç qələbə də deyil: "ağ-qaralar" bu oyunla həmin biabırçılığı birüzə vermədən həzm etməyə yaxın olduqlarını göstərdilər və "selavi" prinsipi ilə "həyata davam" demək istəyirlər. Əvvəlki illərdə "Neftçi"yə tələb silkinib ayaq üstə durmaq idisə, post-Tərlan "Neftçi"sinə tələb, tərlan qanadı sallamaq olmasa da, "Qarabağ"a diş qıcamaqdır. Bunu bacara bilən heyət də var. Lakin rəhbərlik və məşqçi korpusunun futbolu anlaşması olsa, daxili təzyiqlərə tab gətirməyə qüvvə tapılsa, bəlkə də mövsümün xilası elə "Neftçi"nin hazırlıq formasında oldu. Axı, "Qəbələ" də daxil olmaqla, qalan komandaların avazı hələlik yaxşı deyil. Ümid edək ki, onların iştahı heç olmasa diş altında qalıb, ağızlarının dadı tam qaçmayıb və kiçik bir uğuru söz deyil, əsl oyun iddiasına çevirə biləcəklər. Yoxsa mövsüm, ən yaxşı halda, "Qarabağ" və onun milli komandası" adı altında keçəcək. Arzu edək ki, bu olmasa da, "Qarabağ" və qalanları" ifadəsini deyə biləcəyik. Ən pisini güman etmək belə istəmirəm. Çünki qalan "Qarabağ və ..." ifadələrində nöqtələrin yerinə qoymağa yaxşı heç nə yoxdur.

BATI YAR

Xəbər 1276 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru